Icma.az
close
up
RU
Kombi ya mərkəzi istilik sistemi hansı daha sərfəlidir? AÇIQLAMA

Kombi ya mərkəzi istilik sistemi hansı daha sərfəlidir? AÇIQLAMA

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, artıq dünəndən etibarən mənzillərə istilik sistemi verilib. İstər çoxmənzilli binalarda, istərsə də fərdi evlərdə istilik mənbələrinin seçimi vacibdir. Hazırda ölkəmizdə mənzillər və evlər müxtəlif üsullarla isidilir. Paytaxt Bakı və digər iri şəhərlərdə çoxmənzilli yaşayış binalarının əksəriyyəti mərkəzi istilik sistemi ilə təmin edilir. Bununla yanaşı, kombi istilik sistemlərinə də böyük maraq var. Bir çox vətəndaş, xüsusən fərdi evlərində və çoxmərtəbəli binaların mənzillərində istilik sistemlərinin rahatlığı və sərfəliliyi səbəbindən kombi qurulmasına üstünlük verirlər. Lakin, hansı istilik sisteminin daha etibarlı və iqtisadi cəhətdən sərfəli olduğu barədə mübahisələr hələ də davam edir.

Kombi ya mərkəzi istilik sistemi hansı daha sərfəlidir?
Mövzu ilə bağlı Milli.Az-a əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev danışıb.

O bildirib ki, kombi cihazlarının ekologiyaya və vətəndaşların maddi vəziyyətinə vurduğu zərər, xüsusilə geniş sahəli mənzillərdə daha çox nəzərə çarpır. Məsələn, belə mənzillərdə aylıq istilik ödənişləri 50 manatdan 150 manata qədər dəyişə bilir. 

"Bu, həm ekoloji, həm də iqtisadi baxımdan problem yaradır. Çünki çoxmənzilli yaşayış binaları fərdi şirkətlər tərəfindən inşa edildiyindən gələcəkdə hər bir binada mərkəzi istilik sisteminin qurulması üçün avtomobil yollarının qazılması və digər infrastrukturların yenidən sıradan çıxması tələb oluna bilər. Bununla yanaşı, Bakı şəhərinin baş planı artıq 2040-cı ilə qədər hazır olunmuş formada olacaq. Şəhər yeni bir quruluş alacaq. Bu plana əsasən, gələcəkdə bütün binaların mərkəzi istilik sistemləri ilə təmin olunması nəzərdə tutulur. Beləliklə, yaxın gələcəkdə yeni tikilən binalar bu xətlə uyğun inşa edilərsə, vətəndaşlar öz mənzillərində istifadə etdikləri kombi sistemlərindən imtina edə bilərlər". 

Ekspert qeyd edib ki, bütün bunlar ekologiyanın qorunmasına kömək edəcək və vətəndaşların maliyyə yükünü azaldacaq. Mərkəzi istilik sistemlərinin genişlənməsi həm enerji sərfiyyatını daha səmərəli hala gətirəcək, həm də ətraf mühitə vurulan təsiri minimuma endirəcək.

Aysel Əkbər
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 16 Noyabr 2024 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see342

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see327

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see270

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see262

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see255

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see240

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see230

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see219

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see209

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see208

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see208

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see204

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see199

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see199

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see186

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see184

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see176

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see176

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see169

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri