Icma.az
close
up
RU
Komitə sədri Aİİ də təhsil alan tələbənin evini ziyarət edib

Komitə sədri Aİİ də təhsil alan tələbənin evini ziyarət edib

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “Qonağınız müəllimlərinizdir” layihəsi çərçivəsində institutun “İslamşünaslıq” ixtisasının I kurs tələbəsi Həmzə Həsənovun ailəsini ziyarət edib.

Görüş zamanı Ramin Məmmədov ölkə rəhbərliyi tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan bəhs edərək bildirib ki, dövlətin təşəbbüsü ilə həyata keçirilən proqramlar gənclərin bilik və bacarıqlarının artırılmasına, sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir. O, milli-mənəvi dəyərlərə sadiq, məsuliyyətli və savadlı gənclərin yetişdirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb.

Komitə sədri gənclərin sosial həyata fəal şəkildə cəlb edilməsi, dünyagörüşlərinin zənginləşdirilməsi və sağlam təhsil mühitinin yaradılması məqsədilə Aİİ-də müxtəlif maarifləndirici və sosial təşəbbüslərin həyata keçirildiyini bildirib. Qeyd olunub ki, bu layihələr tələbələrin fərdi inkişafına mühüm töhfə verməklə yanaşı, cəmiyyətdə sağlam dini düşüncənin formalaşdırılması, tolerantlıq və multikultural dəyərlərin qorunmasına xidmət edir.

Ramin Məmmədov bu cür görüşlərin tələbə, ailə və ali təhsil müəssisəsi arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə, tələbələrin sosial vəziyyətinin yaxından öyrənilməsinə və zəruri dəstək mexanizmlərinin müəyyənləşdirilməsinə imkan yaratdığını qeyd edib.

Tələbənin valideynləri övladlarının təhsili üçün yaradılan şəraitə, göstərilən diqqətə, eləcə də mövcud təqaüd və dəstək mexanizmlərinə görə Azərbaycan dövlətinə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Həmzə Həsənov Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında 618 bal toplayaraq Azərbaycan İlahiyyat İnstitutunun “İslamşünaslıq” ixtisasına qəbul olunub. O, ali təhsil müəssisəsinə yüksək nəticə ilə qəbul olduğu üçün Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən təsis edilən “Həmzə Nigari” adına təqaüdlə təltif edilib.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Yanvar 2026 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri