Icma.az
close
up
RU
Komitə sədri: Ailə siyasəti Azərbaycanda prioritet sahələrdən biri kimi müəyyən edilib

Komitə sədri: Ailə siyasəti Azərbaycanda prioritet sahələrdən biri kimi müəyyən edilib

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 15 may, AZƏRTAC

Həm cəmiyyətin, həm də dövlətin rifahı sağlam ailə institutuna bağlıdır. Ailə cəmiyyətin təməl strukturu olmaqla yanaşı, milli dəyərlərin formalaşdığı, qorunduğu və ötürüldüyü başlıca sosial mühitdir. Gənclərin mənəvi tərbiyəsində ailənin rolu əvəzsizdir və bu istiqamətdə atılan hər bir addım dövlətin strateji inkişaf xəttində mühüm yer tutur.

AZƏRTAC xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova mayın 15-də Beynəlxalq Ailə Günü münasibətilə təşkil olunan “Ənənəvi dəyərlərin və ailə institutunun qorunması təhsil prosesində vacib amil kimi” mövzusunda keçirilən konfransda çıxışı zamanı söyləyib.

Komitə sədri qeyd edib ki, Azərbaycan ailəsi həm mənəviyyat, həm birlik, həm də milli kimlik baxımından nadir və güclü bir strukturdur: “Bizim əsas gücümüz də bu ailə modelindən və onun hökumət tərəfindən dəstəklənməsindən qaynaqlanır. Ailənin dağılması, dayaqlarının sarsılması cəmiyyət üçün ciddi təhlükələr yarada bilər və bu səbəbdən məsələyə yanaşma hər zaman diqqət mərkəzində saxlanılmalıdır”.

Dövlət Komitəsi sədrinin sözlərinə görə, ailə institutunun qorunması istiqamətində kompleks yanaşma tələb olunur: “Bu məqsədlə konseptual sənədlər hazırlanır, hüquqi və sosial mexanizmlər təkmilləşdirilir. Prezident İlham Əliyevin ailə institutuna, milli dəyərlərə göstərdiyi xüsusi diqqət bu sahədə fəaliyyətlərin daha effektiv və davamlı şəkildə həyata keçirilməsinə şərait yaradır. Ailə ilə bağlı məsələlərin diqqətdən kənarda qalması, dövlət siyasətində gecikmələrin yaşanması ölkənin milli təhlükəsizliyinə birbaşa təsir göstərə bilər. Məhz bu səbəbdən ailə siyasəti Azərbaycanda prioritet sahələrdən biri kimi müəyyən edilib”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 May 2025 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see359

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see235

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see179

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see174

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see164

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see158

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see157

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see153

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see143

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see141

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see140

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see137

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see136

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see136

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see135

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri