Icma.az
close
up
RU
Komitə sədri Amerika Perezin ilə görüşdü FOTOLAR

Komitə sədri Amerika Perezin ilə görüşdü FOTOLAR

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Aprelin 3-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov ölkəmizdə səfərdə olan Venesuela Bolivar Respublikası Milli Assambleyasının sədr müavini, Venesuela-Azərbaycan Dostluq qrupunun rəhbəri Amerika Perezin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Unikal" xəbər verir ki, komitə sədri Sadiq Qurbanov qonaqları salamlayaraq, Azərbaycanla Venesuelanın dostluq əlaqələrindən söhbət açıb. O, hər iki ölkənin neft sənayesi sahəsində böyük təcrübəyə malik olduğunu deyərək, neft-qaz sahəsi ilə yanaşı, bu gün Azərbaycanda bərpa olunan enerji istehsalının sürətlə artdığını bildirib. Hazırda ölkəmizin Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rolunu qeyd edib.

Sadiq Qurbanov 2024-cü ildə Azərbaycanın evsahibliyi ilə keçirilmiş COP29 konfransının  yekunlarının iqlim dəyişikliyi ilə mübarizə sahəsində mühüm töhfələr verdiyini söyləyərək, tədbir çərçivəsində ölkəmizin irəli sürdüyü təşəbbüsləri dəstəklədiyinə görə Venesuela tərəfinə təşəkkürünü ifadə edib. O, iqlim dəyişikliyi ilə mübarizə, ekoloji tarazlığın qorunması kimi məsələlərin dünya miqyasında mühüm əhəmiyyət kəsb etdiyini bildirərək, ölkəmizdə bu istiqamətdə həyata keçirilən tədbirlər, o cümlədən mövcud qanunvericilik bazası barədə məlumat verib.

Komitə sədri dövlətlərarası münasibətlərin möhkəmləndirilməsində parlamentlər arasında əməkdaşlığın önəmli rolunu qeyd edib. Deputatlarımızın dostluq qrupları çərçivəsində əlaqələrinin, habelə parlament komitələri arasında münasibətlərin genişləndirilməsinin vacibliyini vurğulayıb.

Venesuela Milli Assambleyasının sədr müavini, Azərbaycanla Dostluq qrupunun rəhbəri Amerika Perez ölkəmizə səfərindən, burada keçirdiyi görüşlərdən məmnunluğunu ifadə edib. Mütəmadi təmasların, aparılan müzakirələrin əlaqələrin möhkəmləndirilməsi baxımından önəmli olduğunu söyləyib. Ölkəsinin iqtisadi inkişafı barədə söhbət açan qonaq, bu sahədə  müvafiq dövlət proqramlarının qəbul edildiyini deyib. Neft-qaz sahəsinin inkişafı ilə yanaşı, təbii ehtiyatların  səmərəli istifadəsinin, ekologiya və ətraf mühitin mühafizəsinin də önəm daşıdığını vurğulayıb.

Söhbət zamanı Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işğal dövründə təbiətə vurulmuş ziyan, torpaqların minalarla çirkləndirilməsinin fəsadları barədə qonaqlara məlumat verilib. Habelə, iki ölkənin parlament əlaqələrinin gələcək inkişaf istiqamətləri və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Görüşdə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım, üzvləri Asif Əsgərov, Bədəl Bədəlov, Eyvaz Qurbanov, Venesuela ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Tamam Cəfərova, Venesuela nümayəndə heyətinin üzvləri və digər rəsmi şəxslər iştirak ediblər.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://unikal.az
archiveBu xəbər 04 Aprel 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see551

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see499

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see378

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see318

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see270

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see249

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see241

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see222

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see216

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see212

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see204

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see202

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see198

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see192

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see191

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see185

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see184

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see180

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri