Icma.az
close
up
RU
Komitə sədri Azəriqaz İB dəki islahatlar ı görünməyən tərəflərini sadaladır: Qaz təsərrüfatından anlayışı olmayan şəxslərin yüksək postlara gətirilməsi...

Komitə sədri Azəriqaz İB dəki islahatlar ı görünməyən tərəflərini sadaladır: Qaz təsərrüfatından anlayışı olmayan şəxslərin yüksək postlara gətirilməsi...

Icma.az bildirir, Mia.az portalına istinadən.

""Azəriqaz İB -nin yeni strukturunun ştat vahidləri düzgün tərtib olunmayıb"

Mia.az xəbər verir ki, bu barədə "Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyib.

O bildirib ki, “ Azəriqaz İB-nin yeni strukturunda rayon qaz istismar xidmətlərində ştat sayının azaldılması və Regional qaz istismarı idrələrində ştatların coxaldılması addımı qeyri-peşakər addım hesab olunur:

MİRVARİ QƏHRƏMANLI

"Regional qaz istismarı idarələrində lazımsız şöbələrin yaradılması və rayon qaz istismarı idarələrində mühəndis texniki işcilərin azaldılması “Azəriqaz” İB-i üçün gələcəkdə hec də yaxşı nəticələnməyəcək. "Azəriqaz" İB-də yaxın bir ildə rəhbər heyətinin dəyişdirilməsi, qaz təsərrüfatından anlayışı olmayan şəxslərin yüksək postlara gətirilməsi , rayon qaz istismarı idarələrinin iş prinsipi ilə tanış olmaması və onların birdən birə bu addimi atması həqiqətən bu sahədən uzaq adam olduğunun bir daha subutudur.

Məsələn:

Göyçay xidmət sahəsində 27600 əhali abonenti, 400 sayda qeyri əhali abonent sayı mövcuddur, 10.000 dən artıq əhali qaz sayğacının dövrü yoxlama müddəti bitmişdir, plan üzrə 2025-ci ildə 10.000 sayğac əvəzlənməlidir. Həm də qeyri-əhali abonentlərinin 100-dən cox sayda qaz sayğacına texniki baxış olunmalı və əksəriyyəti əvəzlənməklə dövlət yoxlamasına göndərilməlidir. "Azəriqaz" İB-nin strukturunda Göyçay rayonu üzrə sayğac əməliyyatları xidmətində 1 ştat vahidi rəis, 1 ştat vahidi 11 ci dərəcəli mühəndis satış üzrə, 1 ştat vahidi 11-ci dərəcəli mühəndis metrologiya üzrə ştatları mövcuddur.

Sual oluna bilər: Göyçay rayon sayğac əməliyyatlarına təyin olunan 11 ci dərəcəli mühəndis metrologiya üzrə il ərzində öz vəzifə öhdəliklərini icra edə bilərmi?

Bildiyimiz kimi il ərzində 2025-ci il üçün 1908 iş saatı nəzərdə tutulub 1 saat ərzində 3 sayğac əvəz edə bilsə buda il ərzində 5700 sayğac edir lakin mühəndis metrolqun işi təkcə sayğac əvəz etməkdən ibarət deyil, onun aşağıda göstərilən əmək funksuyası mövcuddur:

1.Beynəlxalq standartların, Mövcud Dövlət Standartlarının Texniki Normativ sənədlərin, Rəhbər sənədlərin (RS), texnoloji təlimatların tələblərinə uyğun olaraq ölçü vasitələrinin istismar edilməsinin metroloji yoxlanmasını, texniki xidmət və təmir işlərinin aparılmasını təşkil etmək;

2.Qaz sayğaclarının quraşdırılmasının, əvəzlənməsinin, birləşmələrinin plomblanmasının, aktlar tərtib edilməklə sənədləşməsinin “Əhali abonentlərinin mənzillərində (evlərdə) qaz sayğaclarının quraşdırılması və istismarı Qaydaları və “Qeyri-yaşayış sahələrində qaz sayğaclarının quraşdırılması və istismarı Qaydaları”nın tələblərinə uyğun yerinə yetirilməsini təmin etmək;

3.Əhali, qeyri-əhali sektoru üzrə quraşdırılmış (əvəzlənmiş) sayğacların, plombların, tərtib edilmiş xüsusi nömrəli aktların “AGİS” proqramında müvafiq klasifikatorlar üzrə vaxtında və düzgün qeydiyyata alınmasını təmin etmək;

4.Quraşdırılması və istifadə olunması üçün anbardan təhvil alınmış sayğacların, plombların, xüsusi nömrəli aktların saxlanılmasına, qeydiyyata alınaraq istismara verilməsinə cavabdehlik daşımaq;

5.Dövlət yoxlaması zamanı yararsız hesab edilən ölçü vasitələrinin, həmçinin plombların, xüsusi nömrəli aktların istismardan çıxarılması işini təşkil etmək;

6.Metroloji qayda və normalara uyğun olmayan ölçmə vasitələrinin istismarını qadağan etmək;

7.İnsanların həyatına, sağlamlığına, əmlakına, istehlakçıların hüquq pozuntularına, ətraf mühitin təhlükəsizliyinə mənfi təsir göstərən hallarda, həmçinin ölçmə vasitələri metroloji qayda və normalara uyğun olmadığı halda ölçmə vasitələrinin istismardan çıxarılmasına nəzarət etmək;

8.Ölçmə vasitələrinin, eləcə də ölçmə qovşaqlarının müqayisəli yoxlanılmasının və ölçmənin yerinə yetirilmə üsullarının düzgünlüyünə nəzarət etmək;

9.Quraşdırılacaq və istifadəyə veriləcək ölçü vasitələrinin planlarını hazırlayır, təsdiq olunmasını təşkil etmək;

10.Ölçmə metodikalarının mükəmməlləşdirilməsi və alınan nəticələrin düzgün hesablanması, ölçmələrin vəhdətinin təmin edilməsi üzrə metroloji qayda və normaların qanunauyğunluğuna nəzarət etmək;

11.İdarənin nəzdində olan ölçmə vasitələrini vaxtlı-vaxtında müqayisəli yoxlamaya təqdim etmək;

12.İdarə üzrə olan ölçmə vasitələrinin ümumi texniki uçotunu aparmaq, qaz sərfi ölçü cihazlarına metroloji nəzarət sistemini təşkil etmək, cihazların işlək və saz vəziyyətdə olmasını təyin edən yoxlamaları təşkil etmək;

13.Ölçmə vasitələrinin “Dövlət yoxlama cədvəlləri”nin tərtib edilməsini və onların vaxtlı-vaxtında yoxlanılmasını təşkil etmək;

14.Ölçmə vasitələrinin vəziyyətinə və düzgün istismar olunmasına nəzarət etmək;

15.Sayğacların quraşdırılması işlərinin layihə sənədləri əsasında aparılmasına, qüvvədə olan standartların, texniki şərtlərin düzgün tətbiq edilməsinə, əhali sektorunda, dövlət və özəl təşkilatlarda qaz sərfi ölçü cihazlarının istismara verilməsi zamanı metroloji tələb və qaydalara tam nəzarət etmək;

16.Ölçmə vasitələrinin tələbləri pozulduqda, yararsız ölçmə vasitələrindən istifadə olunan hallarda müvafiq tədbirlərin görülməsi barədə təkliflər vermək;

İndi gəlin Ağsu RQİİ də olan işçi sayına və Regiondan bir başa metroloqa göstəriş verənlərin sayına:

1. Texniki istismar şöbəsi: 1 rəis, 11 mühəndis

2. Sayğacların idarə olunması və metrologiya şöbəsi: 1 rəis, 11 mühəndis

3. Mühəndislik və layihə şöbəsi: 1 rəis, 5 mühəndis

4. Kommersiya şöbəsi: 1 rəis, 12 mühəndis

Bu ştat vahidlərini kim tərtib edib?

 Məlumdur ki, bu ştat vahidini təsdiq edən şəxs və ya şəxslər umumiyyətlə qaz təsərrüfatindan anlayişı olmayan şəxslərdir.

Göyçay rayonu üzrə müayinə və istismara qəbul xidmətində isə 1 rəis, 1(bir) mühəndis və 3 (üç) Qaz təsərrüfatının nəzarətcisi, yəni hər çilingərə 9100 abonent düşür.

İndi gəlin araşdıraq: il ərzində 1908 saat iş saatı mövcuddur bununda 21 gün yəni 168 saat çilingər məzuniyyətdə olmağını nəzərə alsaq 1740 saat işləməliir. Belə olan halda gərək cilingər bir saata 6 abonentin qaz təsərrüfatina baxiş keçirməli, akt tərtib etməlidir. Təhsili olmayan, bir şəxs bu öhdəliyi yerinə yetirə biləcəkmi? Mümkün deyil. O cilingər sizi aldadacaq, nömrəli aktları çayxanalarda, parklarda yazib abonentin yerinə özü imza atacaq..."

Samir MUSAYEV

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://mia.az
archiveBu xəbər 29 Aprel 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Rəhimovun gömrükdə işləyən qohumu həbs edildi

11 Dekabr 2025 16:56see192

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see187

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see187

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see162

Xırdalanda ŞOK: qadın cinsi əlaqə istəyən ərinin başını yardı

11 Dekabr 2025 19:40see151

Zelenski yeni sülh planı vəd edir: Müharibə bu həftə dayanacaq? ŞƏRH

11 Dekabr 2025 17:36see149

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see149

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see147

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see143

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see138

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see138

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see136

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see132

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see130

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see130

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see129

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see129

Azərbaycan Ərdəbil ilə investisiya üzrə birgə fəaliyyətini gücləndirə bilər FOTO

12 Dekabr 2025 04:52see128

Ukrayna və ABŞ nümayəndə heyətləri görüşdü

11 Dekabr 2025 23:50see125

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri