Icma.az
close
up
RU
Komitə sədri Daxili qoşunlar haqqında yeni qanundan DANIŞDI

Komitə sədri Daxili qoşunlar haqqında yeni qanundan DANIŞDI

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Azərbaycanın daxili qoşunları onlara həvalə olunmuş vəzifələri yerinə yetirən zaman şəxsiyyətin cəmiyyətin və dövlətin mənafeyini vətəndaşların konstitusiya hüquqlarını və azadlıqlarını cinayət və digər hüquqa zidd qəsdlərdən qoruyur. Daxili qoşunların hərbi qulluqçuları 1992-94-cü illərdə baş verən Birinci Qarabağ müharibəsində və 2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsində qəhrəmancasına savaşmışdılar".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev "Azərbaycan Respublikasının daxili qoşunları haqqında" qanun layihəsinin ilk oxunuşda müzakirəsi zamanı bildirdi.

Onun sözlərinə görə, 1992-94-cü illərdə ümumi olaraq Daxili qoşunların şəxsi heyətindən 680 nəfər şəhid olub, 1177 nəfər yaralanıb:

"Səkkizi ölümündən sonra olmaqla, doqquz nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Vətən müharibəsi zamanı Daxili qoşunların şəxsi heyəti bütün istiqamətlərdə gedən döyüşlərdə şücaətlə vuruşub. 44 gün ərzində ümumi olaraq Daxili qoşunların şəxsi heyətindən 66 nəfər şəhid olub. 346 nəfər isə yaralanıb. 4 nəfər ölümündən sonra Vətən müharibəsi qəhrəmanı adına layiq görülmüşdür.

Daxili qoşunların hal-hazırda Azərbaycan ərazisində beş şəhərdə və doqquz rayonda hərbi hissəsi mövcuddur. Həmçinin Daxili qoşunların xüsusi təyinatlı hərbi qulluqçuları, əsasən gizirlərdən və zabitlərdən ibarət olan xüsusi təyinatlı dəstələri mövcuddur. Ümumi olaraq Daxili qoşunların doqquz xüsusi təyinatlı dəstəsi mövcuddur".

Komitə sədri bildirdi ki, hazırda ölkəmizdə Daxili qoşunların hüquqi statusu 1994-cü il 8 fevral tarixində qəbul edilmiş “Daxili qoşunların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Arzu Nağıyev əlavə etdi ki, qüvvədə olan qanun həmin dövrün tələblərinə uyğun hazırlanıb.

"Təklif olunan yeni qanun layihəsinin qəbulu ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi və daxili sabitliyin təmin edilməsi baxımından zəruridir. Və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tələblərinə əsasən, norma yaratma texnikasına uyğun hazırlanıb.

Layihədə Daxili qoşunların funksiyaları və səlahiyyətləri daha da təkmilləşdirilərək müasir təhlükəsizlik çağırışlarına uyğunlaşdırılıb. Müzakirə üçün təqdim edilən “Azərbaycan Respublikasının Daxili qoşunları haqqında” Azərbaycan Respublikasının qanun layihəsi Milli Məclisə İlham Əliyevin imzası ilə daxil olub. Qanun layihəsi preambula, altı fəsil və 30 maddədən ibarətdir", - deyə o bildirdi.

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 Oktyabr 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see192

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see187

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see187

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see183

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see176

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see165

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see151

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see148

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see137

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see135

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see125

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see125

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri