Icma.az
close
up
RU
Komitə sədri Naxçıvanla bağlı dəyişikliklərdən DANIŞDI

Komitə sədri Naxçıvanla bağlı dəyişikliklərdən DANIŞDI

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilir.

Redaktor.az-a danışan Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc sözügedən dəyişkiliklərlə bağlı bildirdi ki, bu islahatlar Vətən müharibəsindəki qələbənin nəticələridir:

"Əgər qələbəmiz olmasaydı, bunları gerçəkləşdirmək olmazdı. Hazırkı dəyişikliklər üçün 100 illik yol keçilib. Naxçıvanın coğrafi baxımdan Azərbaycandan ayrı düşməsi Qərbi Zəngəzurun Ermənistanın yaradılması layihəsinə qurban verilməsi ilə başlayıb. Sonra isə əraziyə muxtariyyət statusu verilmişdi. Bu isə idarəetmə sisteminin yaranmasına yol açıb. Qaz müqaviləsi də Naxçıvan üzərində həmin statusu möhkəmləndirib. Naxçıvanın xilasında önəmli rollardan biri ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtması idi. Konstitusiyalar və hüquqi qanunlar Naxçıvanın qurulmasında önəmli rol oynayıb".

Millət vəkilinin sözlərinə görə, Zəngəzur yolunun açılması və Naxçıvanın coğrafi olaraq Azərbaycanla birliyinin təmin olunması, gələcəkdə digər siyasi islahatların keçirilməsinə zəmin yarada bilər.

"Amma biz hazırkı vəziyyətdə məsələyə hüquqi aspektdən baxıb qiymət verməliyik. Kadrların təyinatı ilə bağlı məsələlərdə olan hansı qarışıqlıqlar varsa, onlar aradan qalxmış olur. “Ali vəzifəli şəxs” termininin sənəddən çıxarılması, Konstitusiyadakı dəyişikliklərin Azərbaycan dövləti tərəfindən həyata keçirilməsi böyük dəyişiklik hesab edilir. Xüsusi nümayəndəlik institutunun burada tətbiqi sübut edir ki, idarəçilik sistemi bir tərəfdən ali mərkəzi icra hakimiyyəti orqanına tabeçiliyi qoruyur. Bunlar gələcəkdə hüquqi islahatların möhkəmləndirilməsinə imkanlar deməkdir. Ona görə də parlamentdə bu məsələdə çıxış edən millət vəkilləri bunu müdafiə etdilər", - deyə Zahid Oruc vurğuladı.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:232
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 21 İyun 2025 19:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri