Icma.az
close
up
RU
Komitə sədri QHT sədrini təbrik edib

Komitə sədri QHT sədrini təbrik edib

Turkstan.az saytına istinadən Icma.az xəbər verir.

Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Dr. Fazil Mustafa “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri, “Türküstan” Media Qrupunun baş redaktoru Aqil Camalı 50 illik yubileyi ilə bağlı təbrik edib. Təbrik məktubunda yubilyarın ictimai və media fəaliyyətinə xüsusi diqqət yetirilib.

Turkustan.az təbrik məktubunu təqdim edir:
“Sizi 50 illik əlamətdar yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür və fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram!
Çox şadam ki, bu ilki yubileyinizi doğma Kəlbəcərdə, işğaldan azad olunmuş digər şəhər və rayonlarımızda uğurla həyata keçirilən “Böyük Qayıdış”ın sevinci, qüruru içində keçirirsiniz.
Siz ictimai fikir mühitində, mediada, ümumən vətəndaş cəmiyyəti sek­torunda fəal iştirak edən, milli-mənəvi dəyərlərin qorunması və təbliği yönündə ardıcıl, məqsədyönlü fəaliyyəti ilə seçilən aydınlarımızdansınız. “Ortaq Dəyərlər” İctimai Birliyinə rəhbərlik etməklə yanaşı, “Türküstan” Media Qrupunun baş redaktoru kimi göstərdiyiniz fəaliyyət Azərbaycan mediasında, ümumən Türk dünyası informasiya məkanında təqdir görür.
Sizin fəaliyyətinizdə milli kimlik, ortaq mədəni irs və Türk dünyası ideallarının sistemli şəkildə təşviqi, ictimai şüurun formalaşdırılmasına verdiyiniz töhfələr xüsusi diqqətə layiqdir. Bu istiqamətdə gördüyünüz işlər yalnız bu gün üçün deyil, gələcək nəsillər üçün də dəyərli bir irsdir.
50 illik ömür yolunda qazandığınız təcrübə və ictimai güvən bundan sonrakı fəaliyyətiniz üçün də möhkəm zəmin yaradır. İnanıram ki, bundan sonra da təşəb­büsləriniz, layihələriniz milli və beynəlxalq səviyyədə öz müsbət təsirini göstərəcəkdir.
Bu əlamətdar gündə Sizə bir daha möhkəm cansağlığı, tükənməz enerji, yeni ideyalar və uğurlu layihələr arzulayıram”!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 06 Aprel 2026 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see440

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see437

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see322

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see290

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see279

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see273

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see269

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see266

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see251

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see235

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see224

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see221

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see221

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see216

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see216

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see211

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see211

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see209

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see192

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri