Icma.az
close
up
RU
Komitə sədri: Ümummilli Liderin tarixi qərarları gənclərin ana dilinə hörmət və sevgi ruhunda tərbiyə olunmasını təmin edib

Komitə sədri: Ümummilli Liderin tarixi qərarları gənclərin ana dilinə hörmət və sevgi ruhunda tərbiyə olunmasını təmin edib

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 23 aprel, AZƏRTAC

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ömrünü doğma Vətənə və xalqa xidmətə həsr edib. Dahi şəxsiyyətin zəngin siyasi-fəlsəfi irsi, ideyaları, dövlətçilik təcrübəsi ölkəmizin tərəqqisində müstəsna rola malikdir. Fenomenal şəxsiyyət, nadir natiqlik istedadına sahib dövlət xadimi Heydər Əliyev Azərbaycan dilinin inkişafını, zənginləşməsini, saflığının qorunmasını daim diqqətdə saxlayırdı.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov söyləyib.

Zaman keçdikcə dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörən siyasətinin, habelə taleyüklü məsələlərlə bağlı verdiyi müdrik qərarların tarixi əhəmiyyətinin daha aydın göründüyünü söyləyən komitə sədri deyib: “Dilə xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan amil kimi yanaşan dahi şəxsiyyət siyasi hakimiyyətdə olduğu dövrlərdə ana dilinin daha da inkişaf etdirilməsi məqsədilə mühüm addımlar atdı. Məhz Ulu Öndərin təşəbbüsü, qətiyyətli iradəsi ilə 1978-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında maddə əlavə edildi. Ağır dövrdə belə bir qərarın qəbulu Ümummilli Liderin nüfuzu və qətiyyəti sayəsində mümkün oldu. Ulu Öndərin doğma xalqına sevgisindən qaynaqlanan bu addım ana dilimizin qorunmasında tarixi əhəmiyyətə malikdir”.

Komitə sədri bildirib ki, xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizin dil siyasətinin birmənalı şəkildə formalaşdırılması, ana dilinin dövlət dili kimi tətbiqi və bu işin təkmilləşdirilməsi istiqamətində zəruri addımlar atıldı. Müstəqil Azərbaycanın 1995-ci ildə qəbul olunmuş ilk Konstitusiyasında Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili kimi təsbit olunmasını xüsusi qeyd etmək lazımdır. “O zaman Konstitusiya hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülürdü. Ulu Öndər müstəqil dövlətimizin yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın 5 noyabr 1995-ci ildə keçirilən iclasında məsələ ilə bağlı qətiyyətli mövqeyini ifadə edərək dedi: “Mən hər bir dilə hörmət edirəm və ehtiramımı bildirirəm. Hesab edirəm ki, Azərbaycan dili ilə fəxr edə bilərik. Çünki bu, zəngin dildir, artıq dünyada tanınmış dildir. Xalqımızın da, dilimizin də adı tanınıb. Bu, reallıqdır”. Eyni zamanda Ümummilli Liderin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmanları, eləcə də “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun ölkəmizin dil siyasətinin uğurla həyata keçirilməsini, Azərbaycan dilinin dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilməsini, gənclərin ana dilinə hörmət və sevgi ruhunda tərbiyə olunmasını təmin etdi.

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə ötən illər ərzində Ulu Öndərin bu sahədə müəyyənləşdirdiyi siyasət uğurla davam etdirilib. Bu xüsusda, Azərbaycan dilinin zamanın tələblərinə uyğun istifadəsi və azərbaycançılıq ideologiyası əsasında inkişafı, ədəbi dilin normalarına ciddi surətdə əməl edilməsi, bu sahədə yüksəkixtisaslı kadrların hazırlanması istiqamətində mühüm addımlar atılıb. Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, ölkədə dilçilik araşdırmalarının əsaslı şəkildə yaxşılaşdırılması, dilçiliyin aparıcı istiqamətlərində fundamental tədqiqat işlərinin həyata keçirilməsi daim diqqətdə saxlanılıb, - deyən Şahin İsmayılov vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Aprel 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see300

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see238

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see216

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see206

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see194

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see187

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see186

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see183

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see171

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see170

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see164

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see154

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see152

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see151

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see151

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see151

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see151

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see147

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri