Icma.az
close
up
RU
Komitə sədri: Vaşinqtonda əldə olunan razılaşma regionda əməkdaşlıq mühitinin yaranmasına təkan verir

Komitə sədri: Vaşinqtonda əldə olunan razılaşma regionda əməkdaşlıq mühitinin yaranmasına təkan verir

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 9 sentyabr, AZƏRTAC

Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşma Cənubi Qafqazda uzunmüddətli sülhə doğru atılmış mühüm addım kimi qiymətləndirilir. Son dövrlərdə Azərbaycanın həyata keçirdiyi prinsipial və ardıcıl diplomatik siyasət, ölkə rəhbərliyinin müdrik və uzaqgörən yanaşması beynəlxalq vasitəçilərlə əməkdaşlıq çərçivəsində konkret nəticələrə gətirib çıxarıb. Vaşinqtonda əldə olunan razılaşma isə bu prosesin məntiqi davamı olaraq, regionda sabitlik və əməkdaşlıq mühitinin yaranmasına təkan verir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusunda keçirilən bugünkü xüsusi iclasda çıxışı zamanı səsləndirib.

Ə.Hüseynli vurğulayıb ki, hazırkı geosiyasi reallıq Azərbaycan və Ermənistanın sülh müqaviləsinin imzalanmasına hazırlıqlı olduğunu göstərir. Onun sözlərinə görə, bu razılaşma təkcə iki ölkə arasında münasibətlərin normallaşmasına deyil, həm də Cənubi Qafqazın bütövlükdə davamlı inkişafı və təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır.

Komitə sədrinin sözlərinə görə, Vaşinqtonda aparılan danışıqlar və əldə olunan nəticələr bir daha göstərdi ki, konstruktiv dialoq və qarşılıqlı etimada əsaslanan diplomatik təşəbbüslər münaqişələrin həllində effektiv vasitə kimi çıxış edə bilər. Bu prosesin əsas məğzi isə liderliyin müdrikliyində və tərəflərin qarşılıqlı siyasi iradəsindədir.

“Azərbaycan bundan sonra da sülh və əməkdaşlıq gündəliyinə sadiq qalaraq, regionda davamlı sabitliyin təmin olunması üçün bütün imkanlardan istifadə etməyə hazırdır”, - deyə Əli Hüseynli əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Sentyabr 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2012

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see232

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see195

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see153

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see144

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see142

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see142

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see137

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see132

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see129

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see128

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see127

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see126

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see125

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see125

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see124

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see123

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see123

“Çox yaxşısan, Bakı”

08 Dekabr 2025 09:53see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri