Icma.az
close
up
RU
Vaşinqtonda imzalanan sənədlər regionda sülh və əməkdaşlıq üçün böyük ümidlər yaradır Adəm İsmayıl Bakuvi

Vaşinqtonda imzalanan sənədlər regionda sülh və əməkdaşlıq üçün böyük ümidlər yaradır Adəm İsmayıl Bakuvi

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində səsləndirdiyi fikirlər, xüsusilə İranla münasibətlər və Zəngəzur dəhlizi ilə bağlı açıqlamaları, Cənubi Qafqazın geosiyasi mənzərəsini anlamaq baxımından böyük əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının səsləndirdiyi fikirlər regionun gələcəyi, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı və Azərbaycanın strateji əhəmiyyətinin artması baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu, yalnız milli maraqların ifadəsi deyil, eyni zamanda regional sabitlik və əməkdaşlıq üçün yol xəritəsi xarakteri daşıyır”.
Bu sözləri aia.az-a verdiyi açıqlamasında ictimai-siyasi xadim, Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi deyib.
Partuya sədri bildirib ki, beynəlxalq arenada siyasi və iqtisadi böhranın dərinləşdiyi bir vaxtda bütün bu proseslərin dəqiq və düzgün analiz edilib yönləndirilməsində şəxsiyyət və lider amili olduqca mühüm əhəmiyyət kəsb edir: “Bu müsahibə bir daha sübut etdi ki, Azərbaycanın uğurlarının mərkəzində Prezident İlham Əliyevin siyasi uzaqgörənliyi, liderlik bacarığı və hadisələrə dərin yanaşması dayanır. Liderlik yalnız qərar vermək deyil, həm də mürəkkəb beynəlxalq münasibətlər sistemində düzgün mövqe sərgiləməkdir. Dövlət başçımız məhz bu mövqeyi ilə ölkəmizi həm regional, həm də qlobal miqyasda söz sahibi olan güclü dövlətə çevirib. Azərbaycan öz gücü, iradəsi və milli birliyi sayəsində beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü bərpa edib. Avqustun 8-də Vaşinqtonda imzalanan sənədlər isə regionda sülh və əməkdaşlıq üçün böyük ümidlər yaradır. Bu hadisə Azərbaycan-Amerika münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi və uzunmüddətli münaqişənin diplomatik yolla həllinə doğru atılan əhəmiyyətli addım olacaq. Həmin sənəddə hər iki tərəf bir-birinin ərazi bütövlüyünü tanıyır və gələcək təmaslarını beynəlxalq hüququn bu fundamental tezisi əsasında planlaşdırmaq öhdəliyini öz üzərinə götürüb. Əgər onlar Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina etsələr, biz də onların ərazi bütövlüyünü tanımaqdan imtina edəcəyik. Dövlətimizin başçısı bu məsələyə xüsusi toxunaraq qeyd etdi ki, “Vaşinqtonda imzalanan sənədlər bu, iki dövlət arasında razılaşmadır. Bu, Paşinyan ilə mənim razılaşmamız deyil”. Həmin razılaşmanın Ermənistan tərəfindən pozulması isə bütün dünyaya qarşı çıxmaq deməkdir. Bu da Ermənistanın özü üçün ciddi problem yarada bilər. Çünki regiondakı güc balansı hər baxımdan tamamilə ölkəmizin xeyrinədir. Prezidentimizin bəyan etdiyi kimi, əgər Ermənistan bir daha bizim ərazi bütövlüyümüzü şübhə altına qoysa, biz də adekvat cavab verəcəyik”.
A.İ.Bakuvi həmçinin qeyd edib ki, Zəngəzur dəhlizinin açılması yalnız Azərbaycan üçün deyil, bütövlükdə region üçün böyük strateji faydalar vəd edir: “Bu layihə Naxçıvanla Azərbaycanın əsas hissəsinin birləşdirilməsi ilə yanaşı, beynəlxalq nəqliyyat dəhlizlərinin, eləcə də iqtisadiyyatın inkişafına da mühüm töhfə verəcək. Eyni zamanda, bu, regionun iqtisadi inteqrasiyasını gücləndirəcək, əməkdaşlıq imkanlarını artıracaq və yeni geosiyasi reallıq yaradacaq”.
Politoloq fikirlərini davam etdirərək cənab Prezident İlham Əliyevin beynəlxalq münasibətlər sistemində baş verən hadisələrə də adekvat münasibət göstərdiyini deyib: “Donald Trampın sülh təşəbbüslərini yüksək qiymətləndirir və onun Nobel Sülh Mükafatına namizədliyini dəstəklədiyini bildirib. Trampın Asiya, Afrika və Cənubi Qafqazda əldə etdiyi uğurlar, Bakı tərəfindən tanınır. Əksinə, Bayden administrasiyasının 907-ci düzəlişi bərpa etməsi, ABŞ-Azərbaycan münasibətlərində gərginlik yaradıb. Türk Dövlətləri Təşkilatı artıq sadəcə mədəni platforma deyil, siyasi, iqtisadi və hərbi əməkdaşlıq üçün güclü bir blok halına gəlir. Azərbaycanın xarici siyasəti artıq sadəcə enerji ixracatı ilə məhdudlaşmır. Sülh təşəbbüsləri, diplomatik vasitəçilik, multikulturalizm və regional inteqrasiya modeli ilə Bakı qlobal səviyyədə proqnozlaşdırıla bilən, etibarlı və sülhpərvər tərəfdaş kimi tanınır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan, həm Qərb, həm Şərq, həm Şimal, həm də Cənub arasında körpü rolunu gücləndirməkdədir. Bu isə ölkənin strateji rolunu daha da artırır və regional sabitliyin əsas dayaqlarından biri kimi mövqeyini möhkəmləndirir” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.
 
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 Avqust 2025 19:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see177

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see148

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see133

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri