Kommunal ödənişlərdə DƏYİŞİKLİK Hər ay 1 manat...
Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
"Qaz və elektrik enerjisinin sərfiyyatı haqqında" Qanuna edilən dəyişikliyə görə, yanvar ayından qaz və işığa görə 1 manat məbləğində sabit tarif ödənilir. Bu ödəniş ilk dəfə yerinə yetirildiyi üçün bəzi abonentlərdə çaşqınlıq yaradıb. Xüsusilə, sərfiyyata görə ödənişi onlayn şəkildə müxtəlif platformadan ödəyənlər sabit tarifin qeyd edilən borcun tərkibində olduğundan məlumtsızdırlar. Bəziləri sərfiyyata görə yığılan borcu ödədikdən sonra sistemdə əlavə olaraq 1 manatın borc kimi qeyd edildiyini iddia edirlər.
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı "Azərişıq" ASC-dən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, mənzillərə göndərilən bildirişlərdə sabit tarif əlavə olaraq qeyd edilir.
Yəni istifadə edilən elektrik enerjisinə görə yaranan məbləğlə sabit tarif üzrə aylıq 1 manat hesablanır və ödəniləcək son məbləğdə cəmlənir.
Qeyd edək ki, ötən il "Qaz və elektrik enerjisinin sərfiyyatı haqqında" Qanuna dəyişikliklər edildi və bu dəyişikliklər bu il yanvarın 1-dən qüvvədədir.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 17 Fevral 2026 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















