Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Bu meyvələrin qabığını yemək olarmı?

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

Kommunal sektora özəlləşmə gəlir?

Kommunal sektora özəlləşmə gəlir?

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycanda vətəndaşlar istilik xidmətini özəl sektordan da ala biləcəklər. Azərbaycanda mərkəzi istilik sisteminə qoşulmaq mənzil mülkiyyətçilərinin öz iradəsindən asılı olacaq”.

Bunu energetika nazirinin müavini Elnur Soltanov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında - "İstilik təchizatı haqqında" Qanun layihəsi ilə bağlı ictimai dinləmədə bildirib. 

"Çoxmənzilli yaşayış binalarının sakinləri istilik xidmətindən istifadə etmək üçün həm "Azəristiliktəchizat" ASC-yə müraciət edə, həm özəl şirkət tuta, həm də özləri şirkət yarada bilərlər. Belə olduqda, artıq tarif müəyyən etməyin də mənası qalmır. Vətəndaşlar hər ayın sonunda istilik xərclərini öz aralarında bölüşdürə bilərlər.

Təbii ki, sayğac quraşdırılana qədər. Bu mənada bizim bildiyimiz ənənəvi sistem dəyişir. Bu sahə daha liberal olur. Əsas məsələ odur ki, təchizatçının seçilməsi mənzil mükiyyətçilərindən asılı olacaq, birini bəyənməsələr, digərini seçə bilərlər. Bu istiqamətdə onlara heç kim təsir edə bilməz", - o qeyd edib. 

Bəs, Azərbaycanda kommunal xidmət sahəsində özəlləşmənin hansı üstün cəhətləri olacaq? Özəlləşmə rəqabət mühitini necə formalaşdıracaq? 

Mövzu ilə bağlı “Cümhuriyət”-ə açıqlamasında iqtisadçı-ekspert Razi Abbasbəyli bildirib ki, kommunal xidmətlərin özəlləşdirilməsi sahəsində bu gün atılan addımlar Azərbaycanda ilk təcrübə deyil. Onun sözlərinə görə, bu sahədə uğur əldə olunması üçün ən mühüm amil rəqabətli mühitin formalaşdırılmasıdır. Çünki kommunal xidmətlərin keyfiyyətinin artması və qiymətlərin sabit qalması məhz bu mühitdən asılıdır:

“Əvvəla, bu ilk təcrübə deyil. Azərbaycanda elektrik enerjisinin pərakəndə satışının həyata keçirilməsi ilə bağlı xarici investisiya əsasında yaradılmış “Barmek” adlı şirkət fəaliyyət göstərmişdi. Həmin şirkət Bakı şəhərinin elektrik enerjisi ilə təminatını həyata keçirirdi və dövlətin birbaşa nəzarətində olmayan, xarici investisiya ilə qurulmuş təşkilat idi. Müəyyən nailiyyətlər əldə olunsa da, əsas çatışmazlıq rəqabət mühitinin olmaması idi.

O zamanlar “Barmek”in bazarda rəqibi yox idi. Burada ən vacib məsələ rəqabət mühitinin yaradılmasıdır. Kommunal xidmətlər üzrə özəl şirkətlərin fəaliyyət göstərə bilməsi, onların bu sahədə pay sahibi olması üçün ilk növbədə çeşidlilik və fərqlilik olmalıdır. Tariflərin tənzimlənməsinə isə yenə də dövlət nəzarət etməlidir. Əgər bazar özünü sərbəst şəkildə tənzimləyərsə və ya tariflər tamamilə sərbəst buraxılarsa, bu, vətəndaşların maliyyə yükünün artmasına səbəb ola bilər. Ona görə də maksimum tariflər dövlət tərəfindən müəyyən olunmalıdır. Bu səviyyədən aşağı olan tariflərə isə müdaxilə edilməməlidir”. 
O bildirib ki, dünya təcrübəsində də bu model mövcuddur, ən yüksək qiymət üzrə kommunal xidmət göstərən şirkət müəyyən olunur, bundan sonra rəqabət mühiti yaradılır:

“Nəticədə qiymətlər tədricən aşağı düşməyə başlayır. Çünki qiymət artımı qanunla tənzimlənir və müəyyən qadağalar tətbiq olunur”. 

“İnvestor əmin olmalıdır ki...”

Ekspert bildirib ki, kommunal xidmətlərin, xüsusilə istilik təminatı sisteminin özəlləşdirilməsi planlaşdırılırsa, burada yalnız rəqabət deyil, eyni zamanda investisiya təhlükəsizliyi və dövlət zəmanəti də nəzərə alınmalıdır:

“Əgər belə bir sistem və mexanizm yaradılacaqsa, bir deyil, bir neçə şirkət istilik təminatı sahəsində fəaliyyət göstərə biləcəksə, onda burada ərazilər üzrə pay bölgüsü, investisiya risklərinin qiymətləndirilməsi və investisiyaların sığorta mexanizmi də mütləq şəkildə təmin olunmalıdır. Xüsusilə də nəzərə almaq lazımdır ki, Bakı şəhərində istilik sistemləri üzrə infrastrukturda ciddi problemlər var.

Elə binalar var ki, ümumiyyətlə mərkəzləşdirilmiş istilik sisteminə qoşulmayıb. Məsələn, əgər bir investor şirkət hansısa binanın istilik təminatını üzərinə götürürsə, bu, böyük həcmdə investisiya tələb edir. İnfrastrukturu sıfırdan yaratmalı, sonra isə xidmət göstərməyə başlamalıdır. Bu mərhələdən sonra həmin şirkətə süni inzibati maneələr yaradılmayacağına, yaxud bazardan çıxarılmayacağına dair təminat olmalıdır. Əks halda, həmin investorun qoyduğu vəsait risk altında qalar. Bu səbəbdən dövlət tərəfindən sığorta mexanizmi qurulmalıdır.

İnvestor əmin olmalıdır ki, əgər beş ildən sonra hər hansı səbəbdən bazardan çıxsa belə, qoyduğu investisiya sığortalanacaq və ona geri qaytarılacaq. Əgər bu təminat və rəqabət mühiti yaradılarsa, təbii ki, investorlar bu sahəyə maraq göstərəcəklər”. 

Su, qaz, işıq da özəlləşdirilir?

O qeyd edib ki, bütün bunlar təkcə bir qanunla, yaxud sadəcə təşəbbüslə həyata keçirilə bilməz. Bu məsələyə kompleks şəkildə yanaşmaq lazımdır:

“Hazırda istilik sistemləri ilə bağlı müəyyən təşəbbüslər var. Lakin bu proses su, qaz və digər kommunal xidmətlərə də şamil oluna bilərmi? Məncə, bu, real deyil. Çünki Azərbaycanda elektrik enerjisi və təbii qaz təminatı sahəsində milyardlarla dollar həcmində dövlət zəmanətli kreditlər götürülüb və ölkə üzrə genişmiqyaslı infrastruktur layihələri həyata keçirilib. Gəlin etiraf edək ki, bu sahədə ciddi işlər görülüb.

Dünya Bankı, Asiya İnkişaf Bankı və digər beynəlxalq maliyyə qurumlarından alınmış kreditlər, eyni zamanda dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına bu infrastruktur qurulub. Belə bir mərhələdə qaz və elektrik enerjisi təminatının özəl şirkətlərə verilməsi dövlətin bu günə qədər yatırdığı vəsaitlərin geri qaytarılmasını çətinləşdirər. Əgər bu xidmətlər özəl sektora verilsə, sual yaranır ki, həmin investor əldə etdiyi gəlirin nə qədərini dövlətin götürdüyü kreditlərin ödənilməsinə yönəldəcək? Məsələn, 1995-ci ildə bağlanan "Əsrin müqaviləsi" zamanı da bənzər məsələ gündəmdə idi. Sovet dövründə neft yataqlarının kəşfiyyatı üçün xərclənmiş vəsaitlər sonradan hasilatdan əldə edilən mənfəət bölgüsündən çıxılırdı”. 

“Yalnız bir şirkət olarsa, heç nə dəyişməyəcək”

Razi Abbasbəyli vurğulayıb ki, kommunal xidmətlərin özəlləşdirilməsi və bu sahədə rəqabət əsaslı modelin tətbiqi nəzəri cəhətdən mümkün görünsə də, yaxın gələcəkdə bu istiqamətdə ciddi irəliləyişin olacağı real deyil:

“Bu model bəlkə hansısa formada mümkündür. Lakin mən düşünmürəm ki, bu qədər irihəcmli layihəyə özəl investor maraq göstərəcək. Ən azı yaxın gələcəkdə bu, real görünmür. Əlbəttə, əgər bu sistem tətbiq olunsa və rəqabətə əsaslanan model formalaşsa, bu, vətəndaşların kommunal xidmətlərə daha rahat çıxışını təmin edə bilər. Xidmətin keyfiyyəti yüksələr, vətəndaşla şirkət arasında daha şəffaf və effektiv münasibətlər formalaşar. Amma əgər yenə də yalnız bir şirkət olarsa, heç nə dəyişməyəcək. Avropa ölkələrində bu təcrübə var və bu model vətəndaşların xeyrinə işləyir. Gürcüstanda da bu sahədə araşdırmalar aparılıb. Orada alternativ enerji mənbələri və ucqar kəndlərin təminatı məsələsi var. Gürcüstanda hökumət nə qaz, nə infrastruktur olan ucqar dağ kəndlərində tender elan edib. Deyir ki, siz gedin orada boru çəkin, investisiya qoyun, sayğaclaşmanı həyata keçirin və biz sizə topdansatış qaz verək.

Daha sonra o qazı vətəndaşa satın, gəlirinizi götürün. Yəni, onlar qaz və elektrik enerjisi təminatı olan kəndlər deyil. Bunlar pilot layihələr idi. Xüsusilə də Amerikanın ayırdığı kreditlə bu həyata keçirildi. Biz bu təcrübəni Azərbaycanda da tətbiq edə bilərik. Qazlaşdırılmayan ərazilərdə tender elan edilərək, həm podratçı, həm də investor kimi özəl şirkətlərin bu sahəyə cəlb olunması mümkündür. Beləliklə, infrastruktur yenilənər, xidmət təmin olunar və qarşılığında investor gəlir əldə edə bilər". 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 İyun 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see696

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see292

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see291

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see274

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see271

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see265

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see259

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see258

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see258

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see256

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see250

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see240

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see236

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see235

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see235

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see231

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see231

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see223

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see222

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri