Icma.az
close
up
RU
Kommunist Partiyasına üzv olan amerikalı yazıçı Drayzeri hansı əsərinə görə əxlaqsızlıqda günahlandırmışdılar?

Kommunist Partiyasına üzv olan amerikalı yazıçı Drayzeri hansı əsərinə görə əxlaqsızlıqda günahlandırmışdılar?

Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

27 avqust görkəmli ABŞ yazıçısı və ictimai xadim Teodor Drayzerin doğum günüdür.

Kulis.az bu münasibətlə məşhur yazıçının həyat və yaradıcılığı ilə bağlı diqqətçəkən faktları təqdim edir.

Teodor Drayzer 1871-ci ildə ABŞ- nin İndiana ştatındakı Terre-Haut şəhərində anadan olub.

Drayzer çoxillik yoxsulluq üzündən İndiana şəhərləri və Çikaqo arasında tez-tez köçməyə məcbur olan bir ailənin sağ qalan 10 uşağının doqquzuncusu idi.

Alman mühaciri olan atası sərt və dar dünyagörüşlü, Roma Katolikliyinə üzv olan, əsasən işsiz bir dəyirman işçisi olub. Anası isə mülayim xasiyyəti və mərhəmətli qəlbi ilə seçilirdi.

Gənclik illərində yoxsulluqla bağlı ağır təcrübəsi, zənginlik və uğur arzusu yazıçının romanlarında əsas mövzulara çevrilib və erkən yetkinlik dövründə qardaş və bacılarının uğursuz macəraları ona personajlarını daha dolğun ifadə etmək üçün əlavə material verib.

Drayzer milli ədəbi hərəkatın aparıcı simalarından biri olub və Viktoriya dövrünün ədəb-ərkan anlayışlarına riayət edilməsini real həyat mövzusunun sarsılmaz təqdimatı ilə əvəz edib. Onun romanları sürətlə sənayeləşən Amerikada yaranan yeni sosial problemləri araşdırıb.

Drayzer təhsili qənaətbəxş deyildi, cəmi bir il (1889–1890) İndiana Universitetində oxuyub.

1892-ci ildə Çikaqoda qəzet müxbiri kimi işə başlayıb.

Drayzer elm adamı T.H. Huxley və filosof Herbert Spencerin əsərlərini oxuyaraq insanın instinktlərin və nəzarətdən kənar sosial qüvvələrin əlində aciz olduğunu qəbul etmişdi.

Onun "Kerri bacı" əsəri Amerika ədəbiyyatında dönüş nöqtəsi sayılır. Romanın qəhrəmanı öncə evli adamın məşuqəsi, sonra isə məşhur aktrisa olan bir qızdır. Yazıçının ilk irihəcmli bu əsəri ona şöhrətdən daha çox, rüsvayçılıq gətirmişdi.

Nəşriyyat reklamı məhdudlaşdırdığına görə, 1250 nüsxədə çap edilmiş kitabın yalnız 450-si satıldı, qalan nüsxələr isə "donduruldu"; tənqidçilər Drayzeri qəddarlıqda, əxlaqsızlıqda günahlandırıb, ona "gəncləri pis yola çəkən" damğası vurdular. Əxlaq normalarını pozan qəhrəmanın cəzasız qalması o dövr üçün qalmaqallı hadisə olub. Otuz yaşlı yazıçı buna görə depressiyaya düşüb 10 il sükuta qərq olsa da, sonradan özünü yenidən ədəbiyyata həsr edib.

Yazıçının ədəbi irsinə daxil olan "Cenni Herhardt", "Arzular trilogiyası", " Maliyyəçi", "Titan", "Dahi", "Amerika faciəsi" , "Dayaq" kimi romanları, "Vur, təbil!" pyesi, "Drayzer Rusiyaya baxır" , "Faciəli Amerika" və "Məktublar" kimi publisistik əsərləri ona sonradan böyük şöhrət qazandırıb.

"Dahi" romanı avtobioqrafik səciyyə daşıyırdı və həmin əsər də cəmiyyət tərəfindən tənqid olunub.

1925-ci ildə nəşr olunan "Amerika faciəsi" əsəri isə ilk dəfə böyük məmnuniyyətlə qarşılanıb.

1927-ci ildə Drayzer oktyabr inqilabının 10 illik yubileyi münasibəti ilə bağlı SSRİ-yə səfər edir.

Bu səfər zamanı bir çox şəhərləri gəzən ədib Bakıda da olub. Səfər təəssüratlarını “Drayzer Rusiyaya baxır” publisistik əsərində qələmə alıb.

1930-cu illərdə "Böyük Depressiya" onun sosial ədalət mövzularına marağını gücləndirib.

Əvvəllər kommunizmə qarşı olsa da, sonralar bu mövqeyini yumşaldıb.

1938-ci ildə sevgilisi Helen Riçardsonla Los-Ancelesə köçüb, 1944-cü ildə onunla evlənib və Kommunist Partiyasına üzv olub.

27 dekabr 1945- ci ildə Los-Ancelesdə vəfat edib və yerli məzarlıqda dəfn edilib.

Türk aktyor yenidən İsmet İnönü rolunda Əskişəhər Caz Festivalı keçiriləcək Çəkilişlərdə eynəyi 160 dəfə dəyişdirilən məşhur film personajı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:34
embedMənbə:https://kulis.az
archiveBu xəbər 27 Avqust 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see242

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see241

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see209

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see191

Sahibkar obyekti qanunsuz şəkildə genişləndirib dövlətdən gizlətməyə çalışdı; vətəndaşlar İFŞA ETDİ FOTO

24 Noyabr 2025 20:56see169

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see162

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see156

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see151

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see145

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see142

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see142

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see135

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see132

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see129

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see129

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see122

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see121

Bakıda SPE 2025 Xəzər Texniki Konfransı keçiriləcək

24 Noyabr 2025 21:12see119

“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi

25 Noyabr 2025 19:07see119

ABŞ Maduronu terrorçu elan etdi

25 Noyabr 2025 03:32see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri