Icma.az
close
up
RU
“Bu sənəd iki qardaş xalqı daha sıx birləşdirən tarixi addımdır”

“Bu sənəd iki qardaş xalqı daha sıx birləşdirən tarixi addımdır”

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazın Azərbaycan Respublikasına səfəri iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu səfər Azərbaycan–Türkiyə münasibətlərinin bütün sahələr üzrə inkişafına yeni impuls vermişdir. Yüksək səviyyəli görüşlər zamanı siyasi, iqtisadi və ticari əməkdaşlıq məsələləri geniş müzakirə olunmuşdur. Tərəflər qarşılıqlı maraq doğuran regional və beynəlxalq mövzular ətrafında fikir mübadiləsi aparmışlar. Səfər çərçivəsində əldə olunan razılaşmalar iki ölkə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin daha da dərinləşdiyini göstərir.

Demokrat.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyədəki nümayəndəsi Hulusi Kılıç bildirib ki, hər yüksək səviyyəli səfər ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir:

“Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazın Azərbaycana rəsmi səfəri də bu baxımdan olduqca uğurlu keçmiş və Azərbaycan–Türkiyə qardaşlıq münasibətlərinin inkişafına növbəti mühüm töhfə vermişdir. Səfər çərçivəsində iki ölkə arasında Hökumətlərarası Komissiyanın 12-ci iclası keçirilmişdir. İclas zamanı qarşıdakı dövr üçün görüləcək işləri əhatə edən fəaliyyət planı müzakirə olunmuşdur. Plana əsasən, kənd təsərrüfatı, turizm, səhiyyə və digər sahələrdə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan bir sıra sənədlərin imzalanması planlaşdırılır. Səfər zamanı həmçinin Türkiyə–Azərbaycan İnvestisiya Forumu təşkil edilmişdir. Forumda Türkiyə və Azərbaycandan 500-dən artıq sahibkar və iş adamı iştirak etmiş, qarşılıqlı görüşlər keçirilmişdir. Bu tədbir ikitərəfli ticarət əlaqələrinin, xüsusilə şirkətlərarası əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Cevdet Yılmaz səfər çərçivəsində Azərbaycanın Baş naziri Əli Əsədovla, eləcə də Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşlər keçirmişdir. Türkiyənin ticarət nazirinin də səfərdə iştirak etməsi bu görüşlərə əlavə məna qazandırmış, ticarət-iqtisadi əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu göstərmişdir”.
O deyib ki, səfər zamanı Orta Dəhlizin əhəmiyyəti xüsusi vurğulanmış, bu nəqliyyat marşrutunun Azərbaycan üçün strateji önəm daşıdığı qeyd edilmişdir:
“Cənubi Qafqazda davamlı sülhün təmin olunması Türkiyə, Azərbaycan və digər türk dövlətləri arasında iqtisadi və nəqliyyat əlaqələrinin daha da inkişafına şərait yaradacaq. Zəngəzur dəhlizinin açılması isə regionu mühüm logistika və rəqabət mərkəzinə çevirə bilər. Son üç il ərzində Azərbaycan üzərindən Orta Dəhlizlə daşınan yüklərin həcmi 90 faiz artmışdır ki, bu da marşrutun artan strateji rolunun göstəricisidir. Şuşa Bəyannaməsinin iki ölkə arasında strateji müttəfiqlik səviyyəsini daha da yüksəltdiyi vurğulanmışdır. Karma İqtisadi Komissiyanın iclas protokolunda Azərbaycan və Türkiyə arasında Serbest Ticarət Sazişinin imzalanması ilə bağlı danışıqların aparılması nəzərdə tutulmuşdur. Bu sazişin imzalanması iki ölkə arasında ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artmasına imkan verə bilər. Səfər zamanı həmçinin Xəzər dənizi üzərindən həyata keçirilən dəniz daşımalarının və dəniz ticarət limanlarının Orta Dəhlizin tərkib hissəsi kimi əhəmiyyəti də xüsusi qeyd edilmişdir. Ümumilikdə, Cevdet Yılmazın Azərbaycana rəsmi səfəri Azərbaycan–Türkiyə münasibətləri baxımından mühüm və strateji əhəmiyyət daşıyan bir hadisə kimi qiymətləndirilir”.
Politoloq Zeynal Əmrəliyev qeyd edib ki, Şuşa Bəyannaməsi, ümumilikdə, Azərbaycan və Türkiyə arasındakı strateji müttəfiqlik münasibətlərini daha yüksək səviyyəyə qaldıran mühüm sənəddir:

“Bu sənəd, iki ölkə arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərini hüquqi müstəviyə daşımaqla yanaşı, gələcək əməkdaşlığın əsas istiqamətlərini də müəyyənləşdirir.  Bəyannamədən sonra Azərbaycan və Türkiyə arasında münasibətlərin daha da istiləşməsi üçün münbit şərait yaranıb. Hazırda əlaqələr ən yüksək səviyyədədir və dünyada bu qədər bir-birinə yaxın ikinci dövlət tapmaq çətindir. Türkiyənin vitse-prezidentinin Azərbaycana səfəri və səsləndirdiyi fikirlər də bu münasibətlərin inkişafı üçün qarşılıqlı siyasi iradənin mövcud olduğunu bir daha təsdiqləyir”. 
Onun sözlərinə görə, yaxın gələcəkdə hərbi, siyasi, iqtisadi və diplomatik sahələrdə əməkdaşlığın daha da genişlənəcəyi gözlənilir:
“Şuşa Bəyannaməsi, əslində, bu münasibətlərin zirvəsi deyil, başlanğıcıdır. Bu sənəd gələcək inkişaf üçün yol xəritəsi rolunu oynayır və qarşılıqlı əməkdaşlığın yeni mərhələyə keçməsinə zəmin yaradır.  Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyənin strateji tərəfdaşlığını daha da gücləndirən, bütün sahələr üzrə əlaqələrin dərinləşməsini təmin edən əsas sənədlərdən biridir. Bu sənəd iki qardaş xalqı daha sıx birləşdirən tarixi addımdır”.
Leyla Turan
Demokrat.az
Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqamətində hazırlanıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 Yanvar 2026 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see523

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see476

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see369

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see317

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see257

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see253

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see235

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see234

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see231

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see224

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see221

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see218

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see208

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see201

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see199

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see193

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see188

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see183

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri