Icma.az
close
up
RU
Kompüterdə oğru var: “Stealka” adlı yeni troyan “Windows” istifadəçilərinin məlumatlarını oğurlayır

Kompüterdə oğru var: “Stealka” adlı yeni troyan “Windows” istifadəçilərinin məlumatlarını oğurlayır

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kaspersky mütəxəssisləri “Windows” əməliyyat sistemi ilə işləyən kompüterləri hədəf alan yeni məlumat oğurluğu proqramı aşkar edib və ona “Stealka” adını veriblər. “Stealka” yoluxmuş cihazlardan login və şifrələr, ödəniş kartı məlumatları və kriptovalyuta cüzdanı məlumatları da daxil olmaqla böyük həcmdə məxfi məlumatı gizlincə toplayır.

Bizimyol.info xəbər verir ki, Kaspersky-nin məlumatına görə, bu troyanla ən çox istifadəçi Rusiyada qarşılaşıb. Bununla belə, zərərli proqramın hücumları Türkiyə, Braziliya, Almaniya və Hindistan da daxil olmaqla digər ölkələrdə də aşkar edilib.

Cihaza necə daxil olur. Təcavüzkarlar stileri (oğurluq proqramı), məsələn, kompüter oyunları üçün saxta modlar və yayınma fəndləri, müxtəlif proqramlar üçün aktivatorlar kimi maskalayırlar. Onlar zərərli proqramı əsasən “GitHub” və ya “SourceForge” kimi məşhur platformalarda və ya oyun resurslarını təqlid edənlər də daxil olmaqla təcavüzkarlar tərəfindən yaradılan zərərli veb-saytlarda yayırlar. Saxta səhifələr çox real görünə bilər ki, bu da onların süni intellekt vasitəsilə yaradılmaq ehtimalını göstərir. Potensial qurbanların sayıqlığını azaltmaq üçün saxta resurslardan birində yoluxmuş faylı yükləməzdən əvvəl onun guya "təhlükəsizlik həlli" tərəfindən skan edilməsi simulyasiya edilib.

Təhlükə nədən ibarətdir? “Stealka” başqa bir stiler – “Rabbit Stealer” əsasında yaradılıb və yoluxmuş cihazdan login və şifrələri, ödəniş məlumatlarını, sistem məlumatlarını – əməliyyat sistemi versiyasını, quraşdırılmış tətbiqlərin siyahısını və işə salınmış prosesləri – toplaya bilir. Troyan bir qayda olaraq quraşdırılmış brauzerlərdəki məlumatları oğurlayır. “Stealka” həmçinin kompüter ekranının görüntülərini çəkmək və bəzi hallarda yoluxmuş kompüterə mayner yükləmək kimi digər funksiyalara da malikdir.

“Brauzer məlumatlarına əlavə olaraq, “Stealka” müxtəlif mənbələrdən – kriptovalyuta cüzdanlarından, messencerlərdən, e-poçt müştərilərindən, qeyd tətbiqlərindən və oyun layihələrindən məxfi məlumatları oğurlayır. Bundan əlavə, təcavüzkarlar zərərli proqramı yaymaq üçün giriş məlumatları kimi artıq ələ keçirilmiş məlumatlardan istifadə edə bilərlər. Xüsusilə, hadisələrin birində hücum edənlərin ələ keçirilmiş hesabdan stilerlə yoluxmuş GTA V modunu ixtisaslaşmış veb-sayta yüklədiyinə dair dəlillər tapmışıq”, - deyə Kaspersky-nin kibertəhlükəsizlik üzrə mütəxəssisi Artyom Uşkov bildirib.

Kaspersky həlləri bu təhlükədən qoruyur və zərərli proqramı “Trojan-PSW.Win64.Stealka.gen” kimi aşkarlayır.

Riskləri minimuma endirmək üçün Kaspersky istifadəçilərə tövsiyə edir:

rəsmi mağazalardan proqramların yalnız lisenziyalı versiyalarını yükləyin;əlavə hesab təhlükəsizliyi üçün ikifaktorlu identifikasiyanı qurun;

texnologiyalarının effektivliyi müstəqil testlərlə təsdiqlənmiş satıcının etibarlı təhlükəsizlik həllərindən istifadə edin.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 24 Dekabr 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri