Icma.az
close
up
RU
Kondisioner, sərinkeş... Yayda işıqpulunu necə azaldaq?

Kondisioner, sərinkeş... Yayda işıqpulunu necə azaldaq?

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Yayda elektrik enerjisi sərfiyyatı da nəzərəçarpacaq dərəcədə yüksəlir. İyun-avqust aylarında kondisioner, sərinkeş, soyuducu və digər məişət avadanlıqlarının daha çox işləməsi ilə sayğacın təkəri sürətini artırır. Bir çoxları hər ay ödədiyi işıqpulunun qəbzdə “fantastik” hesabını gördükdə gözləri alnına çıxır. 
Bizim.Media “yenisabah.az”a istinadla xəbər verir ki, yay mövsümündə elektrik enerjisi istehlakının əsas səbəbi kondisionerlərdir. 
İsti və bürkülü hava şəraitində insanlar günün böyük hissəsini soyuducu cihazlarla keçirdiyindən enerji sərfiyyatı qış ayları ilə müqayisədə xeyli yüksəlir.
Bir kondisionerin gün ərzində 8-10 saat işləməsi aylıq elektrik istehlakını onlarla kvatt/saat artırır. 
Amma sərfiyyatı artıran təkcə kondisionerlər deyil. Soyuducular da daha çox işləyir. Havanın temperaturu yüksəldikcə soyuducu daxildəki temperaturu sabit saxlamaq üçün daha intensiv fəaliyyət göstərir. Bundan başqa, insanlar isti havalarda daha çox soyuq içki və ərzaq saxladığından soyuducunun qapısı tez-tez açılıb-bağlanır.
Elektrik sərfiyyatını artıran amillərdən biri də evlərin istilik izolyasiyasının zəif olmasıdır. Bir çox mənzildə Günəş şüaları birbaşa otaqlara daxil olur, pəncərələrdən istilik keçir və nəticədə kondisioner evi sərin saxlamaq üçün daha çox işləməli olur.
Mütəxəssislər hesab edirlər ki, bəzi sadə vərdişlərlə elektrik xərclərini əhəmiyyətli dərəcədə azaltmaq mümkündür.
İlk növbədə, kondisioneri 18-20 dərəcədə deyil, 24-26 dərəcə arasında işlətmək tövsiyə olunur. Bir çox insan otağın daha tez soyuması üçün temperaturu minimum həddə endirir. Halbuki bu, həm enerji sərfiyyatını artırır, həm də cihazın yükünü yüksəldir. İnsan orqanizmi üçün ən rahat temperatur 24-26 dərəcə hesab olunur.
Digər vacib məsələ günəş şüalarının qarşısını almaqdır. Günün ən isti saatlarında pərdələrin və jalüzlərin bağlı saxlanılması otağın temperaturunu bir neçə dərəcə aşağı sala bilər. Bu isə kondisionerin daha az işləməsinə imkan verir.
Enerji qənaəti üçün istifadə olunmayan cihazların elektrik şəbəkəsindən ayrılması da tövsiyə edilir. Televizor, kompüter, modem və digər qurğular söndürülmüş vəziyyətdə olsa belə müəyyən qədər enerji sərf edir.
Soyuducunu sobanın və ya günəş şüalarının yaxınlığında yerləşdirmək enerji istehlakını artırır.
Həmçinin isti yeməklərin birbaşa soyuducuya qoyulması cihazın daha çox işləməsinə səbəb olur.
Ekspertlər bildirirlər ki, bir ailə sadalanan qaydalara əməl etməklə yay aylarında elektrik enerjisi sərfiyyatını 15-30 faizədək azalda bilər. Bu isə ay ərzində həm xərclərə qənaət etməyə, həm də enerji resurslarından daha səmərəli istifadə etməyə imkan verir.
Bizim.Media 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://bizim.media
archiveBu xəbər 22 İyun 2026 08:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see415

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see278

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see277

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see275

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see261

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see257

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see243

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see237

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see234

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see212

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see202

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see197

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see196

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see192

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see191

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see191

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see183

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see168

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see168

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri