Gecə kondisionerlə yatmağın təhlükələri haqda XƏBƏRDARLIQ
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Gecə boyu kondisionerin işlək vəziyyətdə qalmasının sağlamlığa mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edilib.
Redaktor.az xəbər verir ki, bu haqda tibb bacısı Xorxe Angel aif.ru-ya müshaibəsində məlumat verib.
Onun sözlərinə görə, kondisioner otaqdakı rütubəti azaldır. Bu isə hava yollarının və dərinin qurumasına səbəb olur, allergiya, astma və bronxit kimi xəstəlikləri ağırlaşdıra, həmçinin dəri qıcıqlanmasına yol aça bilər.
Mütəxəssis bildirib ki, soyuq hava bədənin həddindən artıq soyumasına səbəb olaraq əzələ spazmları və qıcolmalar yarada bilər.
Xorxe Angel yatmazdan əvvəl otağın sərinlədilməsini, gecə isə kondisionerin söndürülməsini tövsiyə edib. O, həmçinin havanın çox qurumasının qarşısını almaq üçün təbii havalandırmaya üstünlük verilməsini və lazım gəldikdə nəmləndiricidən istifadə olunmasını məsləhət görüb.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 02 İyul 2026 14:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















