Icma.az
close
up
RU
Konfrans iştirakçıları: Deportasiya insanlığa qarşı cinayətdir

Konfrans iştirakçıları: Deportasiya insanlığa qarşı cinayətdir

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İştirakçılar “XQ”-nə ürək sözlərini söyləyiblər.

Konfrans iştirakçıları:

Şamil Ayrım, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə–Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri:

– Keçən il də bu konfransa gəlmişdim. Açılışda Prezident Administrasiyasının “Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr” şöbəsinin müdiri Ədalət Vəliyev Prezident İlham Əliyevin müraciətini tədbir iştirakçılarına oxudu. Bu müraciət şəxsən məni çox təsirləndirdi. Qərbi azərbaycanlıların haqlı olaraq öz hüquqlarını müdafiə etməsi, onların Vətənlərinə qayıdışı üçün mücadilə aparmaları beynəlxalq qanunlara əsaslanır. Çünki, o torpaqlar azərbaycanlıların dədə-babalarından yadigardır. Torpaq sevgisindən qüdrətli nə ola bilər?! Bizim keçmiş Xarici işlər naziri Mövlud Çavuşoğlu haqlı olaraq onların səsinə səs verdi və dedi: “Azərbaycanlıların doğma torpaqlarına qayıtması beynəlxalq hüquq normalarına əsaslanır. Bizim qardaşlarımızın bir istəyi var: Öz torpaqlarına qayıtsınlar, onların vətəndaş haqqı beynəlxalq səviyyədə öz həllini tapsın. Ona görə də bütün dünya bu haqsızlığa qarşı barışmaz olmalıdır”.

Dünyanın bir ədalət tərəzisinə ehtiyacı var. Bunu hər kəs duymalıdır. Ədalətsizliyin yuvası olan bəzi ermənipərəst ölkələr Qərbi Azərbaycan İcmasının Qayıdış hüququna qarşı amansızlıqla çıxır və Ermənistanı qızışdırırlar. Hətta bütün cahana ağ yalanlarını bəyan etmək üçün çirkin təbliğata əl atıb deyirlər ki, Azərbaycan Ermənistandan torpaq istəyir.

Halil Korkmaz, AK partiyanın xarici əlaqələr başkanının köməkçisi:

– Mən keçən il də bu tədbirdə iştirak etmişdim. Türkiyə dövləti və xalqı olaraq, hər zaman can Azərbaycanın yanındayıq və qardaşlarımızı dəstəkləməklə qürur hissi keçiririk. Aldığım məlumata görə, 51 ölkədən 100-dən çox iştirakçı konfransa qatılıb. Bu, sanki, bütün dünya xalqlarının sülhə çağırış səsidir. Bu insanların hər biri inanaraq Azərbaycana gəlmişdir. Bu, bir vicdan məsələsidir. Təkrar edirəm, insanlığın zor dünyaya barışmaz olduğu, vicdanlarının səsini dinləməyə sonsuz ehtiyacı göz qabağındadır. Biz türklər eyni torpaqların, eyni soyların övladlarıyıq. Qoy, bunu bütün dünya eşitsin və bilsin. Bu sadəcə, tarix və hüquq məsələsi deyil. Bu, azərbaycanlıların keçən əsrlərdən başlayaraq, zorla dədə-baba yurdlarından qovulma siyasətidir. Ona görə də, fikrimi keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlunun sözləri ilə tamamlamaq istəyirəm: “İki dövlət, tək millət” sözünün üzərinə lazım gələrsə, həm tək dövlət, həm tək millət olaraq davranmasını da bilirik!”

Zaur Məmmədov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri:

– 1987-ci ilin dekabrından başlayaraq, azərbaycanlılar qədim torpaqlarımızdan qovuldular. Bunun ardınca Qarabağ torpaqlarımız, Şərqi Zəngəzur işğal olundu. 30 il torpaq acısı ilə yaşadıq. 2020-ci ilin Vətən müharibəsində Zəfər qazandıqdan sonra torpaqlarımız işğaldan azad olundu. Məhz bu qələbəmizdən sonra cənab Prezident Qərbi Azərbaycan İcmasının yerləşdiyi binaya gəldi və çıxış edərək bildirdi ki, qədim İrəvan torpaqlarından deportasiya olunmuş azərbaycanlılar sülh yolu ilə doğma torpaqlarında yaşamaq hüququna malikdirlər. Biz o torpaqlara silahsız, əmin-amanlıqla qədəm qoyacağıq. Bu, bizim haqqımızdır! Çünki o yurd yerləri dədə-babalarımızdan bizlərə yadigardır. Çox təəssüf ki, bu gün biz o tariximizdən – keçmişimizdən, o torpaqlardakı yaşamaq hüququmuzdan məhrum olmuşuq. Amma inanırıq ki, gec-tez o yerlərə qayıdacağıq.

Cənab Prezidentin tarixi Azərbaycan torpaqları haqqındakı çıxışından sonra bütün Qərbi azərbaycanlılar inandılar ki, vətənlərinə geri dönəcəklər. Siz bilirsiniz ki, yüz illər boyu Azərbaycan qədim İrəvan torpaqlarında böyük bir tarix yaradıb. O tarixi silmək olmaz. Deportasiya isə insanlığa qarşı cinayətdir.

Belə bir konfransın keçirilməsi tarixi əhəmiyyət daşıyır. Bütün dünyanın sülhsevər qüvvələri, beynəlxalq ictimaiyyət bu gün Azərbaycana toplaşıb. Bu o deməkdir ki, ermənilərin silahla qovub çıxardığı azərbaycanlılar beynəlxalq hüquq normalarına arxalanaraq tarixi vətənlərinə qayıdacaqlar.

Bentslav Sabev, Cenevrə Universitetinin müşahidə şurasının nümayəndəsi:

– Bu gün biz çox vacib bir mövzu haqqında danışırıq. Bu, sadəcə bir anlayış, kağız üzərindəki məsələ deyil. Bu, çox dərin bir mövzudur. Çünki bu, insanların psixoloji və insani ehtiyaclarının müdafiəsi ilə bağlıdır. Bu o deməkdir ki, insanlar öz milli-mənəvi köklərinə sahib olmalıdırlar. Bu konfransın əhəmiyyəti ondadır ki, ulu əcdadlarımızın kökünə, onların qoyub getdikləri irsə sahib çıxmalıyıq. Çünki, bu torpaqlar bizə o tarixi köklərdən miras qalıb. Mən bu konfransı belə dərk edirəm. Bizim üç prinsipimiz var:

Birincisi, ləyaqətdir. Şəxsiyyətinizlə mənsub olduğunuz kökləriniz arasında yenidən əlaqə qura bildiyiniz zaman ləyaqəti bərpa edirsiniz.

İkincisi, qarşılıqlı hörmətdir. Məşhur bir deyim var: Özünə rəva bilmədiyini başqalarına da rəva görmə. Qarşılıqlı hörmət gələcək münaqişələrin, ayrı-seçkiliyin qarşısını almaq üçün çox vacibdir.

Üçüncü, ən əsası isə insan hüquqları və bu anlayışa hörmətlə yanaşma cəhdləridir. Beynəlxalq humanitar hüququn qanunlarına əməl etmək hər bir ölkənin borcudur. Bütün dünyaya sülh lazımdır!

Ramil Baxtizin, Başqırdıstan Respublikasının elm xadimi:

– Mən uzun illər Azərbaycanda yaşamışam. Milliyətcə başqırdam. Azərbaycan Neft və Sənaye Universitetində elmi karyeramı qurmuşam. Akademik Azad Mirzəcanzadə mənim həm müəllimim, həm də elmi rəhbərim olub. Mən bu dövlətdə, xalqın içində hər zaman hörmət və məhəbbət görmüşəm. Vətənim Başqırdıstana qayıdandan sonra Azərbaycanda baş verən hadisələr, xüsusilə, Qarabağ torpaqlarının işğal olunması, 1 milyondan çox azərbaycanlının qaçqın düşməsi ürəyimi göynətdi. Bu insanların günahı nə idi?!

Mən uzun illər Başqırdıstanda müxtəlif xalqların nümayəndələri ilə görüşəndə Azərbaycanın başına gətirilən müsibətlərdən danışmışam və bu ağrıları özümünkü bilmişəm. Çünki mən Azərbaycanda öz doğma Vətənim kimi yaşamışam. Böyük ürək sahibi olan elm xadimləri ilə görüşmüşəm. Şəxsən akademik Azad Mirzəcanzadənin böyük qayğısını görmüşəm. Məhz onun sayəsində elmi uğurlara imza atmışam. İnsan ona qoyulan hörməti, qayğını unutmamalıdır. Bugünkü konfransa da belə bir ruhla gəlmişəm. Və bütün dünyaya səsimi çatdırmaq istəyirəm: Azərbaycanlıların heç kimin torpağında gözü yoxdur. Onların haqlı mübarizəsinə mən də qoşuluram. İnanıram ki, illər əvvəl – keçən əsrdə yurdlarından sürgün olunan və böyük acılar yaşayan irəvanlılar ata-baba yurdlarına qayıdacaqlar.

Hazırladı:
Kəmalə ABDİNOVA
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Dekabr 2024 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see155

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri