Icma.az
close
up
RU
Səhiyyə naziri I Beynəlxalq elmi praktik konfransda çıxış edib FOTOLAR

Səhiyyə naziri I Beynəlxalq elmi praktik konfransda çıxış edib FOTOLAR

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi və nazirliyin 2 nömrəli Bakı Baza Tibb Kollecinin təşkilatçılığı ilə Bakıda “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Tibb bacısı və Mamalıq sahələri üzrə I Beynəlxalq elmi-praktik konfransı” keçirilib.

Nazirlikdən Bakıvaxtı.az-a bildirilib ki, beynəlxalq tədbirdə dövlət qurumlarının rəhbər şəxsləri, millət vəkilləri, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirləri, səhiyyə sektorunun rəsmi nümayəndələri, Azərbaycanda və xaricdə fəaliyyət göstərən ali və orta tibb təhsili müəssisələrinin təmsilçiləri, aparıcı səhiyyə müəssisələrinin rəhbərləri həmçinin Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrinin səhiyyə sahəsində tanınmış elm adamları iştirak ediblər.

Əvvəlcə beynəlxalq konfransın iştirakçıları Fəxri Xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də tər çiçəklər düzülüb.

Qonaqlar Şəhidlər xiyabanını ziyarət edərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini hörmət və ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə tər gül dəstələri düzüblər.

Beynəlxalq elmi-praktik konfransın iştirakçıları, həmçinin Zəfər Parkını ziyarət ediblər. Qonaqlara Vətən müharibəsindəki tarixi Qələbəmizi əks etdirən ekspozisiya barədə məlumat verilib və abidə önünə gül dəstələri qoyulub.

Daha sonra ”Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Tibb bacısı və Mamalıq sahələri üzrə I Beynəlxalq elmi-praktik konfransı”nın açılış mərasimi keçirilib.

Giriş sözü ilə çıxış edən səhiyyə naziri Teymur Musayev tədbirin mahiyyətini vurğulayaraq, ümummilli lider Heydər Əliyevin Azərbaycanda tibb təhsilinə böyük diqqət yetirdiyini diqqətə çatdırıb: “Ulu Öndərin göstərişi ilə 2 nömrəli Bakı Tibb Məktəbi üçün yeni bina tikilib. Bu, ümummilli lider Heydər Əliyevin səhiyyəyə, tibb təhsilinə, orta tibb personalının hazırlığına verdiyi böyük diqqətin təzahürü idi”.

Azərbaycan Prezidenti İlham Əliyevin müdrik siyasəti və gərgin zəhməti sayəsində hər sahənin inkişaf etdiyini vurğulayan nazir deyib: “Bu tərəqqi ölkə səhiyyəsinin timsalında bariz şəkildə görünür. Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın irəli sürdüyü humanitar təşəbbüslər və qayğıya ehtiyacı olan şəxslərə sonsuz diqqəti bu sahənin inkişafında mühüm rol oynayır”.

Teymur Musayev hazırda Səhiyyə Nazirliyinin 2 nömrəli Bakı Baza Tibb Kollecinin kollektivinin orta ixtisas tibb kadrlarının müasir tələblərə uyğun səviyyədə yetişdirilməsi yolunda yorulmadan çalışdığını diqqətə çatdırıb: “Bu gün bu qabaqcıl tibb təhsili ocağının qarşısında ölkə səhiyyəsi üçün savadlı, bacarıqlı, dünya təbabətinin yeniliklərindən xəbərdar olan, yüksək ixtisaslı orta tibb mütəxəssisləri hazırlamaq vəzifəsi dayanır”.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin: “Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir” ifadəsinin uğurla reallaşmasının şahidiyik. Əminəm ki, hər birimiz bu istiqamətdə səylərimizi birləşdirib, çoxsaylı uğurlara birgə imza atacağıq”, - deyə səhiyyə naziri fikrini tamamlayıb.

Öz növbəsində Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “TDT-nin üzv ölkələrinin Tibb bacısı və Mamalıq sahələri üzrə I Beynəlxalq elmi-praktik konfransı”nın Bakıda keçirilməsindən məmnunluq duyduğunu qeyd edib.

Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinin direktoru Dilarə Məmmədəliyeva öz çıxışında qeyd edib ki, konfransın məqsədi tibb bacıları və mamaların səhiyyədə oynadığı mühüm rolu vurğulamaq, onların peşəkar inkişafının dəstəklənməsinə şərait yaratmaq və bu sahələrin inkişafı ilə bağlı aktual məsələlərin müzakirəsini təmin etməkdir.

Öz çıxışlarında Türkiyə səfiri Birol Akgün, Özbəkistan səfiri Baxrom Aşrafxanov, Qazaxıstan səfiri Alim Bayel və Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov vurğulayıblar ki, xalqlarımız arasında mövcud olan tarixi və mədəni ortaqlıqlar dövlətlər arasında əlaqələrin əsasını təşkil edir. Eyni zamanda, dövlət başçıları arasındakı dostluq əlaqələri bütün sahələrdə, o cümlədən səhiyyə sahəsində sıx əməkdaşlığın inkişafına və möhkəmlənməsinə əvəzsiz töhfə verir. Tədbirin yüksək səviyyədə təşkil olunduğunu qeyd edən səfirlər elmi-praktik konfransın işinə uğurlar arzulayıblar.

Daha sonra Türk Dövlətlərinin inkişafını və Azərbaycanda səhiyyə sahəsində əldə olunan nailiyyətləri əks etdirən qısa videoçarxlar nümayiş olunub.

Beynəlxalq konfransda çıxış edən Türkiyə Respublikası Ege Universiteti Sağlamlıq Elmləri Fakültəsinin dekanı Esin Çeber Turfan, Özbəkistan Respublikası Səhiyyə Nazirliyinin Tibb Bacısı İşi üzrə baş mütəxəssisi Rixsi Salixodjayeva, Qazaxıstan Respublikası “EMİLİ” Ali Tibb Kollecinin direktoru Nurjan Bijanov, Qırğızıstan Respublikasının Bişkek Ali Tibb kollecinin direktoru Çolpon Usubaliyeva və digərləri tədbirin Azərbaycanda keçirilməsindən məmnunluqlarını ifadə ediblər. Onların sözlərinə görə, bu cür tədbirlər Türk dövlətlərinin səhiyyəsində son illərdə əldə olunan nailiyyətləri paylaşmasına, həm də təcrübə mübadiləsinin aparmasına imkan yaradır.

Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib.

Daha sonra beynəlxalq elmi-praktiki konfransda panel sessiyalar keçirilib.

Sessiyalarda “Azərbaycanda tibb bacısı (qardaşı) və mamalıq ixtisasları üzrə mütəxəssislərin hazırlığı və təhsilin inkişaf istiqamətləri”, ”Tibb bacısı və mamalıq təhsilində rəqəmsallaşma və süni intellektin rolu”, ”Mamalıq təhsilində keyfiyyətin təminatı: beynəlxalq standartlar” və digər məruzələr dinlənilib. Sonra məruzələr ətrafında geniş müzakirələr aparılıb, mövzuya dair suallar cavablandırılıb.

Konfransın sonunda məruzəçilərə və xarici qonaqlara sertifikatlar təqdim olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 27 Noyabr 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see126

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see122

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri