Konqoda dəhşətli yanğın: 15 şagird öldü
Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.
Konqo Demokratik Respublikasının Cənubi Kivu əyalətinin paytaxtı Bukavuda dəhşətli yanğın baş verib.
“Yeni Sabah” xəbər verir ki, Kadutu rayonunun Cimpunda məhəlləsində evlərdən birində başlayan yanğın qısa müddətdə ətraf ərazilərə və iki məktəbə yayılıb. Hadisə nəticəsində 15 şagird həyatını itirib, çox sayda uşaq yaralanıb.
Məlumata görə, alovlar Ujamaa və Furans ibtidai məktəblərinə də keçib. Yanğın zamanı məktəblərdə olan şagirdlər arasında ölən və yaralananlar olub. Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir. Marqarita pizza
Xəsarət alanlar şəhərdəki xəstəxana və tibb mərkəzlərinə yerləşdirilərək müalicəyə cəlb olunublar.
Yanğının başladığı Funu küçəsində təxminən 500 ev və bir tibb mərkəzinin də alovlardan zərər gördüyü açıqlanıb.
Hazırda yanğının vurduğu ziyanın miqyası müəyyənləşdirilir. Hadisənin hansı səbəbdən baş verdiyi isə hələlik məlum deyil.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 11 Sentyabr 2026 12:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















