Icma.az
close
up
RU
Konqresmen Trampı Ukraynanın “Putinin iqamətgahına hücum iddiasıyla bağlı tənqid etdi

Konqresmen Trampı Ukraynanın “Putinin iqamətgahına hücum iddiasıyla bağlı tənqid etdi

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Nümayəndələr Palatasının üzvü, nebraskalı respublikaçı Don Beykon, bazar ertəsi, 29 dekabrda prezident Donald Trampın Ukraynanın Vladimir Putinin iqamətgahına dron hücumu təşkil etməsi barədəki iddialara verdiyi reaksiyanı sərt tənqid edib.

Qaynarinfo "The Hill”ə istinadla xəbər verir ki, Beykon Trampı faktları yoxlamadan Kremlin yalanlarına inanmaqla sanki Rusiyanı dəstəklədiyini qeyd edib.

"Prezident Tramp və onun komandası məsuliyyəti üzərinə götürməzdən əvvəl faktları araşdırmalıdır. Putin tanınmış və həyasız bir yalançıdır", – deyə Beykon "X" sosial şəbəkəsində yazıb.

Nəşr bildirir ki, ABŞ prezidenti Rusiyanın "Ukrayna gecə saatlarında 91 uzaqmənzilli dronla prezident iqamətgahına hücum etməyə çalışıb" iddiasına görə "çox qəzəblidir".

Dekabrın 29-da Floridada İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşdən sonra Tramp jurnalistlərə bildirib ki, Putin həmin gün səhər saatlarında ona zəng edərək bu barədə məlumat verib:

"Təcavüzkar olmaq bir şeydir, onun evinə hücum etmək tamamilə başqa şey. İndi belə hərəkətlərin vaxtı deyil... Mən buna görə çox hirsliyəm. Bu, həssas bir dövrdür", – deyə Tramp davam edən sülh danışıqlarına işarə vurub.

Lakin hücumla bağlı sübutun olub-olmaması sualına Tramp belə cavab verib: "Bunu araşdıracağıq. Siz deyirsiniz ki, bəlkə də hücum olmayıb? Hesab edirəm ki, bu mümkündür, amma prezident Putin bu səhər mənə belə dedi".

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın ittihamlarını "tam uydurma" adlandırıb. O bildirib ki, bu iddialar Ukraynaya qarşı yeni hücumlara bəhanə yaratmaq və sülh danışıqlarını pozmaq məqsədi daşıyır. Zelenski həmçinin xəbərdarlıq edib ki, Rusiya bu uydurmalar fonunda Kiyevdəki dövlət binalarına zərbə endirməyə hazırlaşır.

Bundan əvvəl Rusiya XİN rəhbəri Sergey Lavrov iddia etmişdi ki, dekabrın 29-na keçən gecə Ukrayna ordusu Putinin Valdaydakı (Novqorod vilayəti) iqamətgahına 91 dronla hücum edib. O, Rusiyanın buna cavab zərbəsi endirəcəyini, lakin sülh prosesindən çıxmayacağını bəyan etmişdi.

Alpər

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 30 Dekabr 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see300

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see218

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see172

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see165

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see164

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see156

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see151

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see150

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see149

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see147

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see147

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see144

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see142

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri