Icma.az
close
up
RU
Konsert İtaliyanın Nobel mükafatçısından hekayə

Konsert İtaliyanın Nobel mükafatçısından hekayə

Icma.az, Kulis.az portalına istinadən məlumat yayır.

Bu gün italyan şair, nasir, ədəbi tənqidçi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Eucenio Montalenin doğum günüdür.

Kulis.az onun "Konsert" hekayəsini Əyyub Qiyasın tərcüməsində təqdim edir.

Gəlib-gedən maşınları və insan axınını görüb fikrindən daşınmaq istəsə də, dəqiq bilirdi ki, girişi səhv salmayıb, çünki səhv sala bilməzdi. Buna baxmayaraq haradasa səhv buraxmışdı, yoxsa, indi qaranlıq və rütubətli mağara ilə getməzdi, atdığı hər addım onu pavilyonları və kölgəlikləri ilə göz oxşayan parkdan uzaqlaşdırmazdı. O, bütün bunlardan məhrum olduğunu illər sonra bildi. S.yə qayıtmışdı, uşaqlıqdan tərk etdiyi yerlərə və bu illər ərzində dünyada çoxlu dəhşətli hadisələr baş vermişdi. Baş verənlər hər kəsin içində olan ən vacib şeyi - həyat eşqini və sabaha olan inamı almışdı onların əlindən. Amma ona dedilər ki, S. hələ də rahatlıq və azad fikir oazisi olaraq qalır və afişadan oxunan Yanus Obreqon adı bunun doğrudan da belə olduğunu düşünməyə imkan verirdi.

Yanusla məktəbdə bir yerdə oxumuşdu, sonra kənardan seyr etmişdi onun şöhrət zirvəsinə yüksəlişini və S.-yə gəldiyi üçün bu axşam məktəb yoldaşını qucaqlamaq imkanı əldə etmişdi, həm də inanırdı ki, bugünkü çıxışı da dostunun həyatında mühüm rol oynayacaq. Musiqidən başı çıxmırdı, amma həqiqətin bir adı var, Oberqonun sənəti bütün şərti maneələri aşır, dahiliyin bütün çalarları ilə dil açıb danışırdı və hər kəs buna əmin idi. Qeyd etmək lazımdır ki, səyyahımız məşhur adamdır. Tale özü onu bura göndərmişdi və bayrama şərəf verəcəyindən əmin idi.

Amma teatrın girişində adam necə aza bilər? Açıq səma altında olan teatrda, əgər belə demək mümkünsə, amfiteatrda, ya da teatra çevrilmiş ingilis çəmənliyi meydançasında (o, buraların əvvəlki halını dumanlı da olsa xatırlayırdı), qeyri-adi teatr, mübahisə edən yoxdur, amma buna baxmayaraq, əsl teatr, hansı ki, burada azmaq mümkün deyil, buranın biletsatanları, biletyoxlayanları var, teatrda necə olursa elə, burada azmaq olmaz, amma o azmışdı; dəqiqələr ötüb keçirdi, gecə ümidsizliyə yuvarlanmışdı, səyyah kiminləsə qarşılacağına ümid edirdi, kiminsə onu bu iyrənc zirzəmidən çəkib çıxaracağına, şəhər küçələrindən birinə ötürəcəyinə ümid edirdi; oradan mehmanxananı tapmaq çətin olmazdı.

İrəlidən səs gəldi, arx daha da genişlənmiş, açıq səma altında gözəl bir mənzərə yaratmışdı: səmada ulduzlar sayrışırdı. Amma aşağıda qaranlıq idi və səyyah burundan bir addım o yanda heç nə görmürdü. Qaranlıqda ayağı daşa toxundu, bir qədər oturdu - sakitləşmək üçün. Pıqqıltı səsi qəflətən artdı. Şəlalə səsiydi, qayalara çırpılırdı - xoşbəxtlikdən çox da yaxın deyildi. Səyyah qorxdu, yoluna eyni istiqamətdə davam etmək mənasız idi. Təəssüf ki, papiros çəkmirdi, yoluna işıq salmaq üçün üstündə kibrit yox idi. Fikirləşdi ki, yaxşı olar çevrilib gəldiyi istiqamətə geri qayıtsın, amma zamanı qarışıq salmışdı: onun səmt seçmək bacarığı ilə bir yerə çıxmaq (bəlkə də artıq, ağlında olan səmtdən çox uzaqlaşmışdı) mümkün deyildi. C. kimi sivilizasiyalı bir yerdə şəhərə gələnləri bu cür riskə atmaq olmazdı!

Özündə deyildi. Sağ tərəfdən gələn çəkic səslərini eşidəndə qətiyyətsiz şəkildə qalxdı: elə bil yeşik mismarlayırdılar. Sonra siqnal səsi eşidildi, maşın uğultusu yayıldı, zəif maşın işıqları bərq vurdu. Demək, bura yoldur və mağarının çıxışı var. Gözəyarı irəlilədi, tələsirdi, ona elə gəlirdi ki, yük maşınına tərəf gedir, amma bir an sonra qarşısına maneə çıxdı. Ayaq saxladı. Bu dəfə əvvəlkindən bir qədər uca səslə çəkiclər guppuldadı, çəkic səsləri bir qədər azalandan sonra kişi səsi eşidildi, nəsə oxuyurdu, qarışıq sözlər və rəqəmlər, vağzal elanına oxşar bir şey. Səyyah elə bildi ağlını itirir, amma özünü ələ almağa çalışdı, nə olursa-olsun burada tək deyil, əgər suya düşməsə, ya da maşın altında qalmasa gec-tez buradan bir yerə çıxacaq, özü kimi bir avara ilə qarşılaşacaq və düşdüyü vəziyyəti ona izah edə biləcək. Üstünə şığıyan yük maşını görüb divara sıxıldı. Ən pis halda səhərin açılmağını gözləmək olardı. Özünü niyə çətinə salırdı?

Taqqıltıdan, gurultudan, nə bilim, fitdən bir neçə dəqiqə sonra qəflətən özündən bir-iki addım aralıda, işıq şüasının altında qarapaltarlı bir gənc dəydi gözünə, elə onun gözü qarşısında tüfəngi alnına dirəyib dalbadal iki atəş açdı və yıxıldı, ölümqabağı qıcolma ilə yerində qıvrılmağa başladı.

- Kömək edin! Kömək edin! - səyyah çaşqınlıq içində çığırdı, amma heyrətə gəlmiş adamların xoru onun çığırtısını boğdu:

- Cəhənnəm ol! Rədd edin onu, qoy mane olmasın! Rədd ol teatrdan!

Bir neçə əl ondan yapışıb yan çıxışa doğru sürüdü. Bir qədər də keçdi və o, artıq, çəmənlikdə idi. Üzünə fənər işığı düşdü. Polis səyyahın adını soruşdu, sənədlərinə baxandan sonra dedi ki, maestronun köməkçisinin sözlərinə görə onun çığırtısı partiturada yoxdur, bu səbəbdən böyük miqdarda cərimə olunur, çünki yersiz müdaxiləsi ilə Yanus Obreqonun Beşinci simfoniyasının ilk ifasını korlayıb.

Az sonra mehmanxanada onunla görüşən jurnalist C.-də məşhur olan festivalla bağlı səyyahdan müsahibə aldı. Ertəsi gün qonağa maraqlı bir məqalə həsr edib, adını "Aydan enən adam" qoydu. Məqalə Obreqonmu, maestromu, hər nə isə, bax, onun diqqətini qətiyyən çəkmədi və təəssüf ki, məktəb yoldaşının adı ona öz keçmişini xatırlatmadı.

Tarixi qalereyanı və sarayı su basdı "Hindli həyatını məhz Qərb formasında nəql etmək..." - "Gecəyarısı uşaqları"nı niyə oxumalıyıq? Tanınmış fotoqrafın sərgisi nümayiş olunacaq
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://kulis.az
archiveBu xəbər 12 Oktyabr 2026 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1063

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see372

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see369

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see321

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see248

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see234

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see228

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see228

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see219

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see211

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see198

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see194

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see192

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see187

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see185

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see177

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see176

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see171

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri