Icma.az
close
up
RU
Konstitusiya ilə erməni rəqsi və revanşizmə sürüşmə ŞƏRH

Konstitusiya ilə erməni rəqsi və revanşizmə sürüşmə ŞƏRH

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistanın baş naziri Nikol Paşinyan son televiziya müraciətində ölkə vətəndaşlarını dünyaya səpələnmiş erməni millətini deyil, dövlətin və xalqının maraqlarını müdafiə etməyə çağırıb. Bunun üçün o, ölkə konstitusiyasının dəyişdirilməsini və əsas qanunun yeni redaksiyasına referendumda səs verməyi təklif edib. Amma eyni zamanda, Paşinyan Azərbaycana qarşı ərazi iddialarının Ermənistan konstitusiyasından çıxarılıb-çıxarılmaması barədə bir kəlmə də danışmayıb– bununla belə, Bakı Ermənistanla gələcək dialoqa əsas maneə kimi məhz bu məqamı müəyyən edib.

Belaruslu politoloq, siyasi elmlər namizədi Svetlana Korniçenko Caliber.Az-a şərhində qeyd edib ki, Paşinyanın dövlətin və ölkə konstitusiyasının dəyişdirilməsi təklifi ilə erməni cəmiyyətinə təmtəraqlı müraciəti Ermənistanın baş nazirinin ölkə daxilində siyasi mövqelərini, eləcə də parlamentdə irəli sürdüyü namizədləri gücləndirmək üçün sadəcə yeni cəhdidir.

“Sorğular göstərir ki, Paşinyanın reytinqi nəzərəçarpacaq dərəcədə aşağı düşür və ictimaiyyətin ona inamı aşağıdır, bu da öz növbəsində bir sıra amillərlə bağlıdır. Erməni xalqı öz baş nazirinin tez-tez heç nəyə çevrilən yüksək səsli bəyanatlarından yorulub. Bu, ilk növbədə, ölkədə iqtisadi vəziyyətin pisləşməsi ilə bağlıdır, baxmayaraq ki, Paşinyan bir neçə il əvvəl ən dramatik dəyişiklikləri vəd etmişdi. Paşinyanın ölkənin siyasi kursunu tamamilə dəyişmək cəhdi indi öz mənfi bəhrəsini verir– Ermənistan nəhayət Aİİ-dən çıxdıqdan sonra Rusiyada yaşayan və işləyən ermənilərin taleyi necə olacaq,- bu, tam aydın deyil. Əsas gəliri Rusiyadan gələn bir çox ailələr bu cür dəyişikliklərdən qorxurlar, bu, onlar üçün ağır zərbə və şokdur.

Digər tərəfdən, Paşinyanın Türkiyə ilə sərhədi açmaq və ticarətə başlamaq vədləri də blef olur. Çünki Türkiyə bu addımı atmağa o halda razılaşır ki, İrəvan Bakı ilə sülh müqaviləsinin bütün bəndlərində razılaşsın, həmçinin Zəngəzur dəhlizinin açılmasına razı olsun. Ermənilərin çoxuna aydındır ki, onların hökuməti regional izolyasiyaya meyllidir və heç bir ciddi müsbət geosiyasi addımlar atmır. Erməni xalqı isə yoxsulluq içərisindədir və siyasi oyunların spesifikliyinə çox da varmadan, sadəcə olaraq sərhədlərin açılmasını və ticarətin qurulmasını gözləyir.

Üçüncü amil Bayden komandasının gedişi və Makronun ölkə daxilində mövqelərinin zəifləməsi ilə bağlı Ermənistanın siyasi nüfuzunun nəzərəçarpacaq dərəcədə azalmasıdır. Görünür, Makron indi Yerevana əhəmiyyət vermir.

Deməli, Ermənistanın baş nazirinin təmtəraqlı müraciəti sadəcə olaraq növbədənkənar parlament seçkiləri prosesinə başlamaq cəhdidir, bu prosesdə Paşinyanın planlarına görə, ona sadiq olan siyasi qüvvələr böyük fərqlə qalib gəlməlidir ki, bu da onun yaxın illərdə ölkədəki mövqelərini gücləndirəcək. Lakin Paşinyan, deyəsən, Ermənistanın Azərbaycanla münasibətlərin yaxşılaşdırılması istiqamətində kursunu, o cümlədən konstitusiyanı dəyişdirməklə, ciddi şəkildə dəyişməyi planlaşdırmır”,- S.Korniçenko əmindir.

Qazaxıstanlı politoloq Ruslan Salixovun fikrincə, Paşinyan indi seçicilərini birtəhər saxlamaq üçün yeni şou hazırlayıb.

“Paşinyanın Azərbaycana qarşı ərazi iddialarını konstitusiyadan çıxarmaqdan imtina etməsi narahatedicidir. Əksinə, İrəvan bu məsələdə daim bəhanələr gətirir. Keçən il Ermənistanın Konstitusiya Məhkəməsi Müstəqillik Bəyannaməsi ilə Konstitusiyanın məzmununun eyni olmadığını və buna görə də Konstitusiyada Azərbaycanın ərazi bütövlüyünə dair heç bir iddianın olmadığını və Bakının narahat olmağa dəyəcək heç nə olmadığını bildirib. İndi də o, xalq üçün heç nəyi kökündən dəyişmədən və Azərbaycanla fikir ayrılıqlarını aradan qaldırmadan daxili siyasi gündəmə müəyyən dinamika gətirmək, elektoratı cəlb etmək üçün erməni seçiciləri üçün yeni siyasi şou hazırlayıb.

Əksinə, Paşinyan getdikcə daha çox revanşizmə doğru sürüşür, açıq-aydın Fransa və digər Avropa ölkələrinin dəstəyinə ümid edir ki, bu da Bakını qıcıqlandırmaya bilməz. “Təəssüf ki, Cənubi Qafqazda vəziyyətin sabitliyinin pozulması davam edir”, - deyə R.Salihov yekunlaşdırıb.

Tərcümə - Elçin Bayramlı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Fevral 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri