Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Konstitusiya və Azərbaycan suverenliyi ŞƏRH

Konstitusiya və Azərbaycan suverenliyi ŞƏRH

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Konstitusiya hər bir müstəqil dövlətin hüquqi təməlini, siyasi quruluşunu və inkişaf istiqamətlərini müəyyən edən ali qanundur. O, yalnız dövlət hakimiyyətinin təşkili və idarəetmə mexanizmlərini tənzimləyən hüquqi sənəd deyil, eyni zamanda xalqın suveren iradəsini, milli dövlətçilik ənənələrini, hüquq və azadlıqlarını, gələcək nəsillər qarşısında məsuliyyətini ifadə edən fundamental sənəddir. Bu baxımdan Azərbaycan Respublikasının Konstitusiyası dövlət müstəqilliyimizin hüquqi təminatı, milli suverenliyimizin əsas dayağı və müasir Azərbaycan dövlətçiliyinin inkişafında mühüm tarixi mərhələdir.
Hər il noyabrın 12-də qeyd olunan Konstitusiya Günü xalqımızın dövlətçilik tarixində xüsusi əhəmiyyətə malik hadisəni – müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsini xatırladır. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən, həmin ayın 27-də qüvvəyə minən Əsas Qanun Azərbaycanın müstəqil dövlət kimi hüquqi və siyasi inkişafının əsas istiqamətlərini müəyyənləşdirdi. Bu sənədin hazırlanması və qəbul edilməsi ölkədə sabit dövlət idarəçiliyinin formalaşdırılması, hüquqi dövlət quruculuğunun təmin edilməsi və demokratik institutların inkişafı baxımından tarixi əhəmiyyət daşıyırdı.
Azərbaycanın konstitusiya quruculuğu tarixi müstəqillik dövrü ilə məhdudlaşmır. Bu proses xalqımızın dövlətçilik ənənələrinin müxtəlif tarixi mərhələlərdə hüquqi müstəvidə ifadə olunması ilə bağlıdır. 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti qısa fəaliyyət müddətində dövlət idarəçiliyinin hüquqi əsaslarını formalaşdırmaq istiqamətində mühüm addımlar atsa da, mürəkkəb siyasi şərait və bolşevik işğalı səbəbindən ayrıca Konstitusiya qəbul edə bilmədi.
Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da Azərbaycan Sovetlər Qurultayında qəbul edildi. 1925-ci il martın 14-də SSRİ-nin yaradılması ilə əlaqədar həmin Konstitusiyaya əlavə və dəyişikliklər edildi. 1927-ci il martın 26-da isə Azərbaycan SSR-in növbəti Konstitusiyası təsdiq olundu. 1936-cı ildə SSRİ-nin yeni Konstitusiyasının qəbulundan sonra, 1937-ci il martın 14-də Azərbaycan SSR-in yeni Konstitusiyası qüvvəyə mindi. Sovet dövrünün sonuncu Konstitusiyası isə 1978-ci il aprelin 21-də qəbul edildi. Bu sənədlər sovet siyasi-hüquqi sisteminin tərkib hissəsi olmaqla yanaşı, Azərbaycanın konstitusiya tarixinin formalaşmasında müəyyən mərhələləri təşkil edirdi. Sovet dövrünün konstitusiya tarixində milli kimlik və dövlət dili məsələsi xüsusi yer tutur. 1978-ci il Konstitusiyasının hazırlanması zamanı Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi mühüm siyasi və tarixi hadisə idi. Ümummilli Lider Heydər Əliyevin 1978-ci il aprelin 2-də Azərbaycan SSR Ali Sovetinin sessiyasında irəli sürdüyü prinsipial mövqe nəticəsində Konstitusiyanın 73-cü maddəsində Azərbaycan dilinin dövlət dili olduğu təsbit edildi. Bu qərar sovet ideoloji məhdudiyyətlərinin mövcud olduğu bir şəraitdə milli-mənəvi dəyərlərin, ana dilinin və milli kimliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyırdı. Beləliklə, dövlətçilik tariximizdə ana dilinin hüquqi statusunun möhkəmləndirilməsi gələcək müstəqillik dövrü üçün də mühüm mənəvi və siyasi zəmin yaratdı.
1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi ölkəmizin tarixində yeni mərhələnin başlanğıcı oldu. Lakin müstəqilliyin ilk illərində ölkədə hökm sürən siyasi qeyri-sabitlik, hakimiyyət böhranı, iqtisadi çətinliklər və Ermənistanın hərbi təcavüzü dövlət quruculuğu prosesini ciddi şəkildə çətinləşdirirdi. Dövlət idarəçiliyinin möhkəmləndirilməsi, qanunçuluğun təmin olunması və müstəqilliyin qorunması həyati əhəmiyyət kəsb edirdi.
1993-cü ildə xalqın tələbi ilə Ümummilli Lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsinə çevrildi. Onun rəhbərliyi ilə ölkədə siyasi sabitliyin təmin edilməsi, dövlət institutlarının möhkəmləndirilməsi və hüquqi dövlət quruculuğunun həyata keçirilməsi istiqamətində ardıcıl tədbirlər görüldü. Məhz bu mürəkkəb şəraitdə müstəqil Azərbaycanın yeni Konstitusiyasının hazırlanması dövlət quruculuğunun əsas prioritetlərindən biri kimi müəyyənləşdirildi.
Heydər Əliyevin sədrliyi ilə yaradılmış Konstitusiya komissiyasının fəaliyyəti nəticəsində hazırlanmış layihə 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı və qəbul edildi. Beş bölmə, on iki fəsil və 158 maddədən ibarət olan Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətimizin hüquqi əsaslarını müəyyənləşdirdi. Konstitusiyada Azərbaycan demokratik, hüquqi, dünyəvi və unitar respublika kimi təsbit edildi, dövlət hakimiyyətinin mənbəyinin xalq olduğu bəyan olundu, hakimiyyətlərin bölünməsi prinsipi, insan və vətəndaş hüquq və azadlıqlarının təminatı, qanunun aliliyi və yerli özünüidarəetmənin əsasları hüquqi baxımdan möhkəmləndirildi.
Konstitusiyanın preambulasında dövlət müstəqilliyinin, suverenliyin və ərazi bütövlüyünün qorunması xalqın ali niyyətlərindən biri kimi ifadə edilmişdir. Bu müddəa Azərbaycan dövlətçiliyinin strateji mahiyyətini əks etdirir. Çünki suverenlik yalnız dövlətin müstəqil qərarlar qəbul etmək hüququ deyil, həm də öz ərazisində konstitusion hakimiyyətini həyata keçirmək, milli maraqlarını qorumaq və gələcəyini sərbəst müəyyənləşdirmək imkanına malik olmasıdır.
1995-ci il Konstitusiyasının qəbulundan sonra ölkədə hüquqi və institusional islahatların yeni mərhələsi başlandı. Konstitusiyanın müddəalarının həyata keçirilməsi, qanunvericilik sisteminin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi mexanizmlərinin gücləndirilməsi istiqamətində mühüm addımlar atıldı. 1997-ci il oktyabrın 21-də “Konstitusiya Məhkəməsi haqqında” Qanunun qəbul edilməsi konstitusiya nəzarəti institutunun formalaşması üçün hüquqi zəmin yaratdı. 1998-ci il iyulun 14-də Milli Məclisin qərarı ilə Konstitusiya Məhkəməsinin yeddi hakimi təyin edildi, iyulun 18-də isə müvafiq Prezident fərmanı ilə Məhkəmə rəsmən fəaliyyətə başladı. Bu institut Konstitusiyanın aliliyinin təmin edilməsi və fundamental hüquqların müdafiəsi baxımından mühüm dövlət təsisatına çevrildi.
Sonrakı illərdə Konstitusiyaya ümumxalq referendumları əsasında bir sıra əlavə və dəyişikliklər edildi. 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumlar nəticəsində Əsas Qanunun ayrı-ayrı müddəaları təkmilləşdirildi. Bu dəyişikliklər dövlət idarəçiliyinin müasir tələblərə uyğunlaşdırılması, hüquqi mexanizmlərin inkişaf etdirilməsi və siyasi-hüquqi sistemin təkmilləşdirilməsi baxımından əhəmiyyət daşıdı.
Azərbaycanın müasir dövlətçilik tarixində Konstitusiyanın müəyyən etdiyi suverenlik və ərazi bütövlüyü prinsiplərinin tam təmin olunması xüsusi yer tutur. Uzun illər ərzində Ermənistanın hərbi təcavüzü nəticəsində ərazilərimizin işğal altında qalması dövlətimizin suveren hüquqlarının həmin torpaqlarda tam şəkildə həyata keçirilməsinə mane olurdu. Bu vəziyyət yalnız ərazi itkisi deyil, həm də konstitusion hüquq və səlahiyyətlərin ölkənin bütün ərazisində tətbiqinə ciddi məhdudiyyət yaradırdı.
2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının milli birliyini, dövlətimizin siyasi iradəsini və Silahlı Qüvvələrimizin gücünü nümayiş etdirdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Qələbə nəticəsində torpaqlarımızın böyük hissəsi işğaldan azad edildi. 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş antiterror tədbirlərindən sonra ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Bununla da Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsinin dövlətimizin bütün ərazisində təmin edilməsi üçün tarixi şərait yarandı.
Bu hadisələr Azərbaycan dövlətçiliyinin inkişafında yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, Konstitusiyanın preambulasında bəyan edilmiş ali məqsədlərin həyata keçirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Suverenliyin tam bərpası dövlətimizin hüquqi məkanının bütövləşməsi, qanunların ölkənin bütün ərazisində tətbiqi və dövlət idarəçiliyinin vahid konstitusion əsaslar üzərində həyata keçirilməsi deməkdir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan bərpa-quruculuq işləri, infrastrukturun yenidən qurulması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı da bu yeni mərhələnin mühüm istiqamətlərindəndir.
Prezident İlham Əliyevin 2024-cü il dekabrın 28-də imzaladığı 432 nömrəli Sərəncamla 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edildi. Bu qərar 1995-ci ildə qəbul edilmiş Konstitusiyanın 30 illiyinin və Vətən müharibəsində tarixi Qələbənin beşinci ildönümünün qeyd edilməsi ilə yanaşı, dövlət müstəqilliyi və suverenlik dəyərlərinin ictimai şüurda daha da möhkəmləndirilməsi baxımından mühüm məna daşıyırdı. 2025-ci il fevralın 11-də isə həmin ilin elan edilməsi ilə bağlı Tədbirlər Planı ayrıca Prezident Sərəncamı ilə təsdiq edildi.
Konstitusiya və suverenlik anlayışlarının vahid məfhum kimi dəyərləndirilməsi təsadüfi deyil. Konstitusiya dövlətin hüquqi sərhədlərini və idarəçilik prinsiplərini müəyyən etdiyi kimi, suverenlik də həmin hüquqi sistemin müstəqil və bütöv dövlət çərçivəsində həyata keçirilməsini təmin edir. Bu iki anlayışın qarşılıqlı əlaqəsi dövlətin siyasi müstəqilliyinin, hüquqi sabitliyinin və milli təhlükəsizliyinin əsasını təşkil edir.
Bununla belə, Konstitusiyanın əhəmiyyəti yalnız onun qəbul edilməsi, maddələrinin hüquqi qüvvəsi və dövlət institutlarının fəaliyyəti ilə məhdudlaşmır. Əsas Qanunun real ictimai dəyəri onun müddəalarının gündəlik həyatda tətbiqindən, vətəndaşların hüquq və azadlıqlarının qorunmasından, dövlət orqanlarının qanun qarşısında məsuliyyətindən və cəmiyyətdə hüquq mədəniyyətinin inkişafından asılıdır. Konstitusiyaya hörmət, ilk növbədə, qanunlara riayət etmək, başqalarının hüquqlarını tanımaq, dövlət və cəmiyyət qarşısında məsuliyyətini dərk etmək deməkdir.
Bu baxımdan Konstitusiya Günü yalnız tarixi hadisənin ildönümü kimi deyil, həm də hüquqi dövlətçilik dəyərlərinin, milli birliyin və vətəndaş məsuliyyətinin xatırlanması baxımından əhəmiyyət daşıyır. Xüsusilə gənc nəslin Konstitusiyanın mahiyyətini, dövlət müstəqilliyinin tarixi əsaslarını, suverenliyin və ərazi bütövlüyünün milli dövlətçilik üçün əhəmiyyətini dərindən mənimsəməsi gələcək inkişafın mühüm şərtlərindən biridir.
Nəticə etibarilə, Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinin müasir hüquqi ifadəsi, müstəqilliyimizin və suverenliyimizin əsas təminatıdır. 1995-ci ildə qəbul edilmiş Əsas Qanun ölkəmizin siyasi, hüquqi və ictimai inkişafında mühüm rol oynamış, dövlət institutlarının formalaşmasına və hüquqi dövlət quruculuğunun möhkəmlənməsinə zəmin yaratmışdır. Bu gün ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edilmiş Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri Konstitusiyanın prinsiplərinə sadiq qalaraq hüquqi dövlət quruculuğunu daha da inkişaf etdirmək, qanunun aliliyini möhkəmləndirmək və hər bir vətəndaşın hüquq və azadlıqlarının etibarlı təminatına nail olmaqdır.
12 noyabr – Konstitusiya Günü Azərbaycan xalqının müstəqil dövlətçilik iradəsinin, hüquqi suverenliyinin və milli birliyinin rəmzidir. Bu gün həm də gələcək nəsillərə ötürülən mühüm bir həqiqəti ifadə edir: güclü dövlətin təməli yalnız siyasi və iqtisadi imkanlarla deyil, hər şeydən əvvəl möhkəm hüquqi əsaslarla, qanunun aliliyi və xalqın dövlətinə olan inamı ilə qurulur.

Namiq Muradov

YAP Sabunçu rayon təşkilatının fəal üzvü

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Noyabr 2026 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see344

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see270

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see257

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see253

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see249

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see235

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see230

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see215

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see208

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see204

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see200

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see199

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see196

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see194

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see190

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see186

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see178

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see178

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see175

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri