Icma.az
close
up
RU
Tramp Putin görüşü: “Siçan pişik oyunu”nda kim udub, kim qazanacaq?

Tramp Putin görüşü: “Siçan pişik oyunu”nda kim udub, kim qazanacaq?

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya prezidenti Vladimir Putin növbəti dəfə ABŞ lideri Donald Trampı məyus etdi. Bundan öncə Putin Trampla istər telefon danışıqlarında, istərsə də avqustun 15-də Alyaskada keçirilən görüşündə Rusiya-Ukrayna müharibəsində atəşkəsin əldə edilib münaqişənin bitməsi istiqamətində ciddi addımlar atacağını bəyan etsə də, hər dəfə də Kreml müəyyən vaxt qazanmaq şansı əldə etməklə verdiyi sözə əməl etməyərək geri çəkilib.

Alyaska görüşünün ardınca Trampın Zelenski və avropalı liderlərlə sammitində Putin hətta Zelenski ilə görüşə hazır olduğunu bəyan edib yaxın iki həftə ərzində görüşün baş tutacağını desə də, sonda bundan boyun qaçırıb. Bu dəfə də elə oldu. Oktyabrın 16-da baş tutan telefon danışığı zamanı Putin Macarıstan paytaxtı Budapeştdə iki həftə ərzində Trampla görüşməyə razılıq versə də, yenə də Ağ Ev rəhbərini aldatdı.

Prosesin belə xarakter alması isə “siçan-pişik” oyununu xatırladır. Belə ki, Kreml oktyabrın 17-də Trampın Ukrayna lideri Zelenski ilə görüşündən sonra Kiyev və Moskvanı cəbhə xəttində olduqları mövqelərdə hərbi əməliyyatları dayandırmasını bəhanə edərək Budapeşt danışıqlarından imtina etdi. RF XİN başçısı Sergey Lavrov bəyan etdi ki, Ukraynada dərhal atəşkəs çağırışları Trampla Putin arasında Alyaskada əldə olunmuş razılaşmalara ziddir.

“Bu yanaşma prezidentlər Trampla Putinin Ankoricdə münaqişənin əsas səbəbləri üzərində fokuslanmağa razılaşdıqlarının tam əksidir.

İndi biz Vaşinqtondan eşidirik ki, biz dərhal dayanmalıyıq, daha heç nəyi müzakirə etməməliyik. "Dayan və qoy tarix mühakimə etsin". Sadəcə dayanmaq bu münaqişənin əsas səbəblərini unutmaq deməkdir”, – Lavrov deyib.

Məhz bundan sonra iki ölkə liderinin görüşünə hazırlıq məqsədilə ABŞ dövlət katibi Marko Rubio ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında nəzərdə tutulan danışıqlar təxirə salındı və bununla da danışıqlar dayandırıldı. Çünki Putin hazırkı məqamda Ukraynadakı müharibəni indiki sərhədlərində bitirmək niyyətində deyil. Kreml Rusiya ordusunun mövqeyini yaxşılaşdırmaq və danışıqlar masasında əlini gücləndirmək üçün hər dəfə sülh danışıqlarını təxirə salır. Kreml həm də hesab edir ki, bu yolla Qərbi Kiyevi dəstəkləməkdə yormaqla məqsədinə nail ola bilər.

Kreml belə bir mövqe sərgilədikdən sonra ABŞ Prezidenti Donald Tramp Vladimir Putinlə Budapeştdə keçiriləcək sammitin ləğv edildiyini bəyan edib. “Mən sadəcə olaraq bunun düzgün olduğunu düşünmürdüm. Bizə lazım olanı əldə edə biləcəyimizi hiss etmirdim. Ona görə də görüşü ləğv etdim. Amma bunu gələcəkdə əldə edəcəyik”, – Tramp deyib.

İstədiyi nəticəni əldə edə bilməyən Tramp artıq Putini danışıqlara vadar etmək üçün sərt sanksiyalar yolunu seçib. Tramp bundan əvvəl Putini sanksiya hədəsi ilə görüşə vadar etməyə çalışırdı və gördü ki, bu, lazımi nəticəni vermir. İndi isə Ağ Ev Moskvanı danışıqlara vadar edəcək genişmiqyaslı, daha sərt sanksiyaları real olaraq həyata keçirmək yolunu seçib.

Bu səbəbdən də sammitin ləğvi ilə eyni vaxtda Tramp Rusiyanın iki ən böyük neft şirkəti olan “Rosneft” və “Lukoyl”a qarşı sanksiyalar tətbiq edib. ABŞ prezidentinin sözlərinə görə, sanksiyaların tətbiqinin vaxtı yetişib. “Biz kifayət qədər uzun müddət gözlədik. Düşünürdüm ki, biz Ukraynadakı müharibəni bitirmək üçün Yaxın Şərqdən çox əvvəl edə bilərik”, – Tramp deyib. O, Putinin bundan sonra “daha ağıllı olacağına” ümid etdiyini bildirib.

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi bildirib ki, “Rosneft” və “Lukoyl”a qarşı sanksiyalara onların Rusiyada yerləşən törəmə şirkətləri də daxildir. Siyahıya ümumilikdə 34 şirkət daxildir. Məhdudiyyətlərə ABŞ-dakı aktivlərin dondurulması daxildir. ABŞ Maliyyə Nazirliyi zərurət yaranarsa, Prezident Trampın Ukraynadakı müharibəni sona çatdırmaq səylərini dəstəkləmək üçün əlavə tədbirlər görməyə hazır olduğunu bəyan edib. Nazir eyni zamanda avropalı müttəfiqləri də bu sanksiyalara qoşularaq onun şərtlərinə əməl etməyə çağırıb. “İndi qətli dayandırmağın və dərhal atəşkəs elan etməyin vaxtıdır”, – ABŞ maliyyə naziri Skot Bessant deyib.

Brüssel də artıq Rusiyaya qarşı 19-cu sanksiya paketini rəsmən təsdiqləyib.
Aİ-nin 19-cu sanksiya paketi əsasən Rusiyanın enerji sektorundan gəlirlərini məhdudlaşdırmaq, maliyyə məhdudiyyətlərini gücləndirmək və üçüncü ölkələr vasitəsilə yan keçid sxemlərinə nəzarəti gücləndirmək məqsədi daşıyır.

Bu taktika nə qədər effektiv olacaq, bunu zaman göstərəcək. Amma ABŞ və Aİ sanksiyaların icrasına ciddi şəkildə əməl edərsə, o zaman istənilən halda bu məhdudiyyətlər Rusiya iqtisadiyyatına öz təsirlərini göstərəcək.

Mürtəza
Ölkə.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://olke.az
archiveBu xəbər 23 Oktyabr 2025 19:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see212

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see203

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see190

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see180

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see173

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see163

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see142

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see141

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see140

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri