Icma.az
close
up
RU
Tramp Putinlə “siçan pişik” oynayır

Tramp Putinlə “siçan pişik” oynayır

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Ukrayna müharibəsinin sona çatma ehtimalı ilə bağlı Rusiya Prezidenti Vladimir Putinin son açıqlamaları diqqət çəkib. 

O, müharibənin bitişinin əsasən maddi resurslardan asılı olduğunu bildirərək, döyüş sursatlarının və maliyyə dəstəyinin tükənməsi halında münaqişənin 1,5 - 2 ay ərzində bitəcəyini qeyd edib. 

O, eyni zamanda Ukraynanın suverenliyinin “praktiki olaraq sıfıra endirildiyini” vurğulayıb. Bu ifadə Ukraynanın cari vəziyyətinin Rusiyanın təzyiqi altındakı həssas durumunu  göstərir.

Rusiya Prezidentinin ən çox diqqət çəkən digər fikri isə Ukrayna ilə müzakirələr və sülh sazişi dair olub. Putin  Ukrayna Prezidenti Volodimir Zelenskinin qanuni prezident olmadığını iddia edərək, onun Rusiyayla hər hansı bir sülh danışıqları aparmasını qeyri-legitim adlandırıb. 

Onun sözlərinə görə, Zelenskinin prezidentliyinin uzadılması Ukrayna Konstitusiyasına ziddir, çünki ölkədə heç bir prezident seçkisi qanuni şəkildə keçirilməyib.

Bundan əlavə, Putin Kiyev rəhbərliyinin Rusiya ilə danışıqları qadağan edən fərmanı ləğv etməsi üçün qanuni bir yol tapmasının vacibliyini qeyd edib: “Əks təqdirdə, hər hansı bir müzakirə qeyri-qanuni sayılacaq”. 

Putinin çıxışı müharibənin diplomatik həllinin mümkün olub-olmaması ilə bağlı ciddi suallar doğurur. Onun açıqlamalarından belə bir nəticə çıxarmaq olar ki, müharibənin sonlanması yalnız Rusiyanın maddi maraqlarına uyğun olaraq mümkündür və Ukrayna ilə danışıqlar mövzusunda ciddi hüquqi maneələr var. Bütün bunlar müharibənin nə zaman sona çatacağı və diplomatik həllin mümkünlüyü məsələsində qeyri-müəyyənlik yaradır.

“Putin özü də çox qorxub”

Mövzu ilə bağlı ukraynalı politoloq Aleksandr Oxrimenko “Cümhuriyət”-ə bildirib ki, son vaxtlar Putinin çıxışları  hazırda Kremlin özündə əsl panikanın hökm sürdüyünü göstərir:

“Amma ilk növbədə diqqətimi çəkən odur ki, Putin artıq iki dəfə xüsusi şəkildə çıxış edib və faktiki olaraq bu çıxışlar Trampa ünvanlanıb. Kremlin Trampın təhdidlərindən çox qorxduğu açıq-aydındır. Xüsusilə də Trampın Putin haqqında dediyi kobud sözlərdən sonra mən belə başa düşürəm ki, Putin özü də  çox qorxub. Buna görə də onun son açıqlamaları sırf Trampa yönəlib.

Məsələn, onun "Ukraynaya silah və pul göndərilməsə, müharibə bir-iki aya bitəcək" sözləri çox gülməlidir. Əslində, 2022-ci ildə o deyirdi ki, silah və pul göndərilməsə, müharibə 2-3 həftəyə bitər. Deməli, artıq vəziyyət tam dəyişib. Amma reallıqda Ukraynaya əvvəl necə dəstək verilirdisə, indi də eyni şəkildə dəstək davam edir".

“Məğlubiyyət artıq var”

Ekspert qeyd edib ki, Tramp prezident olduqdan sonra Ukraynaya silah tədarükü  azalmayıb, əksinə daha da artıb:

"Bayden dövründə vəd edilən  hər şey indi də çatdırılır. Hətta Trampın Ukraynaya çox sayda "Patriot" sistemlərini vermək qərarı haqqında da məlumat yayılıb. Putinin açıqlamaları Kremlin məğlubiyyətdən qorxduğunu göstərməmək cəhdləridir. Məğlubiyyət isə artıq faktiki olaraq var. Onun Ukraynanın suverenliyinə dair açıqlamaları isə tamamilə gülüncdür. Hamı bilir ki, Putini heç kim seçməyib, seçkilər saxtalaşdırılıb, faizlər uydurulub, bunu Rusiyanın özündə də hamı bilir. Buna görə də bu halda qeyri-legitim olan məhz Putindir.

Ukrayna prezidenti Zelenski isə illər əvvəl Putinin qeyri-legitim olduğunu açıq şəkildə bildirmişdi. Əslində, Rusiyada hakimiyyəti dəyişmək lazımdır, yalnız bundan sonra hər hansı danışıqlar aparmaq mümkündür".

“Müharibəni artıq uduzublar”

A. Oxrimenko hesab edir ki, bu gün reallıq Putinin artıq Kremlin daxilində də heç bir təsirinin olmadığını göstərir. Bunu artıq Kreml mütəxəssisləri də açıq şəkildə deyirlər:

"Putin özünü güclü göstərməyə çalışır.  Zelenski xalq tərəfindən seçilib və doğrudan da Ukrayna xalqının seçilmiş prezidentidir. Bu onun adətidir, o, həmişə qarışıq danışır. Məsələn, Zelenskini “qeyri-legitim” adlandırır, amma eyni zamanda ondan fərmanını ləğv etməyi istəyir. Bu, məntiqdən çox uzaqdır.

Əslində, Putinin məlum fərmanla bağlı dedikləri də tamamilə başqa məqsədə xidmət edir. O, bu fərmanın Medvedçukun Putinlə Ukrayna barədə danışıqlar aparmasının qarşısını almaq üçün verildiyini yaxşı bilir.

Hazırda Kreml anlayır ki, müharibəni artıq uduzublar. İşğal edilmiş əraziləri saxlaya bilməyəcəklər. Orduda və iqtisadiyyatda tamamilə çöküş müşahidə olunur. 

Buna görə də onlar müharibənin mümkün qədər uzadılmasını istəyirlər. Düşünürlər ki, bu yolla Rusiyada baş verə biləcək üsyanı bir qədər gecikdirə bilərlər.

Maraqlıdır ki, Putin Trampla görüşməyə çox can atır, amma Tramp Putinə bir pişiyin siçanla oynadığı kimi davranır. Bu gün Trampın bəyanatları və təhdidləri Putin üçün xüsusi olaraq planlaşdırılıb. Tramp bilir ki, Kreml kritik vəziyyətdədir və bundan öz lehinə istifadə edir.

Bu gün Rusiya artıq ölkə deyil, sadəcə müəyyən bir ərazidir. Əvvəl güclü dövlət idi, indi isə hər şeyini itirib. Məsələn, Şimali Qafqazda artıq Putinin heç bir hakimiyyəti qalmayıb. Bu, hələ başlanğıcdır. Gələcəkdə vəziyyət daha da pisləşəcək.

Buna görə də Putinin çıxışları daha çox söz oyunlarına bənzəyir. Amma onun dediklərinə düz xətt üzrə baxmaq lazım deyil, əslində nə demək istədiyini anlamaq lazımdır. O, daha çox başqalarının yazdığı mətnləri oxuyur və öz düşüncələrini deyil, ona deyiləni danışır. Çünki artıq hakimiyyət onun əlində deyil".

Səbinə Uğur
"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 31 Yanvar 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see417

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see410

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see284

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see268

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see257

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see250

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see247

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see244

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see242

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see226

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see215

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see211

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see210

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see203

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see199

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see199

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri