Icma.az
close
up
RU
“Konstitusiya və Suverenlik İli” ilə əlaqədar gənclər arasında intellektual oyun təşkil edilib

“Konstitusiya və Suverenlik İli” ilə əlaqədar gənclər arasında intellektual oyun təşkil edilib

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 1 fevral, AZƏRTAC

Fevralın 1-də Heydər Əliyev Mərkəzində “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı, “Azərlotereya” ASC-nin dəstəyi ilə 2 Fevral - Gənclər Günü münasibətilə gənclər arasında “Gənc Vətənpərvərlər: Konstitusiya və suverenlik - Nə? Harada? Nə zaman? İntellektual oyunu" keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova, “Regional İnkişaf” İctimai Birliyinin bölmə rəhbəri İlkin Muradov və “Azərlotereya” ASC-nin İctimaiyyətlə əlaqələr və korporativ sosial məsuliyyət üzrə departament rəhbəri Seymur Teymurov çıxış edərək cəmiyyətin aparıcı qüvvəsi, bu günün və sabahın qurucuları olan gənclərin hərtərəfli inkişafı, biliklərinin artırılması, milli-mənəvi dəyərlərə bağlı vətənpərvər gənc kimi formalaşdırılmasının dövlətin gənclər siyasətinin başlıca məqsəd və amalı olduğunu bildiriblər. Natiqlər “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar gənclər arasında keçirilən intellektual oyunun gənclərin ölkəmizin çoxəsrlik tarixi, mədəniyyəti, tarixi hadisələri, dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğunda keçdiyi tarixi yolu barədə məlumatlarının artmasında əhəmiyyətli rol oynayacağını diqqətə çatdırıblar.

İntellektual oyunda əsas məqsədin intellektual dünya görüşünə malik gənclərin üzə çıxarılması, onların bilik və bacarıqlarının artırılması, eyni zamanda, şəhid övladları ilə Azərbaycan cəmiyyətində önəmli rolu olan digər gənclərin dostlaşması, sosiallaşması olduğu vurğulanıb. Məğrur və qüdrətli dövlətin gənclərinin harada olmalarından asılı olmayaraq daim Azərbaycanın başını uca edəcəklərinə əminlik ifadə edilib.

150-yə yaxın gəncin iştirakı ilə keçirilən intellektual oyunun ərazi bütövlüyümüz və suverenliyimizin bərpasında canından keçən qəhrəmanların övladlarının iştirakı ilə əlamətdar olduğu və bu günün onların yaddaşında xoş xatirələrlə qalacağı qeyd olunub.

Rəsmi hissədən sonra “Xəzər” İntellektual Gənclər Klubunun peşəkar komandasının təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” oyununa start verilib. Üç turdan ibarət yarışda hər birində 6 nəfər olmaqla ümumilikdə 25 komanda iştirak edib. Yarışda iştirak edən 8 komandanın üzvləri gənc şəhid övladlarından ibarət olub. Oyunun sonunda münsiflər heyəti tərəfindən komandaların cavabları sayılıb və nəticələrə əsasən “Zəngəzur” komandası I, “Parabrain” komandası II, “Torpaq” komandası isə III yerə layiq görülüb.

Sonda qalib komandalar müxtəlif mükafatlar və sertifikatlarla təltif olunub.

İlk dəfədir belə yarışda iştirak etdiyini deyən "Zəngəzur" komandasının üzvü Amal Vəliyev çətin və maraqlı suallarla dolu olan oyunun ədalətli şəkildə keçdiyini bildirib: "Rəqiblərimiz də kifayət qədər hazırlıqlı idi. Qalib olduğumuza sevinir, digər komandalara uğurlar arzulayıram. İntellektual oyunun təşkilatçılarına minnətdarlığımı bildirirəm".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Fevral 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see213

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see212

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see191

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see174

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see172

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see167

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see166

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see163

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see159

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see155

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see148

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see144

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see144

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see140

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see138

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see138

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri