Icma.az
close
up
RU
Koreyalı jurnalistlər “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar məlumatlandırılıb

Koreyalı jurnalistlər “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar məlumatlandırılıb

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Azərbaycanın Koreya Respublikasındakı səfirliyində ölkəmizdə “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar koreyalı jurnalistlər üçün brifinq təşkil edilib.

AZƏRTAC xəbər verir ki, səfir Ramin Həsənov Azərbaycanda cari ilin ölkə konstitusiyasının qəbul edilməsinin 30-cu və Vətən Müharibəsində əldə etdiyimiz şanlı Qələbənin 5-ci ildönümü ilə əlamətdar olduğunu, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” kimi qeyd olunduğunu diqqətə çatdırıb.

Diplomat vurğulayıb ki, müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulu Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. 1995-ci il noyabrın 12-də onun rəhbərliyi ilə hazırlanmış və referendumda qəbul edilmiş Azərbaycan Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil edib, hüquqi və dünyəvi dövlətçiliyimizin gücləndirilməsi, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynayıb.

Bildirilib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və torpaqlarımızın 30 il davam edən işğalı Konstitusiyanın və respublikanın suveren hüquqlarının bütün ölkə ərazisində tətbiqinə imkan verməyib. Yalnız 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində qazanılan tarixi Qələbə və 2023-cü ilin sentyabrındakı uğurlu antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib, Konstitusiyanın hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı ərazilərimizdə də bərqərar olub. Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən, 20 sentyabr Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilib.

Brifinqdə habelə, cari ildə Azərbaycanın xarici siyasətdə əldə etdiyi uğurları, o cümlədən Ermənistanla münasibətlərin normallaşması prosesi barədə məlumat verilib. Bu xüsusda, Prezident İlham Əliyevin tarixi Vaşinqton səfərinin nəticələri vurğulanıb, eləcə də keçmiş münaqişənin dinc yolla həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun dekabrın 1-dən tarixə qovuşduğu diqqətə çatdırılıb. Bildirilib ki, hazırda regionda davamlı sülhə nail olmaq üçün yaxşı imkan var və ölkəmiz bu hədəfə sadiqdir.

Şahin Cəfərov 
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Dekabr 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see271

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see205

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see198

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see192

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see182

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see179

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see176

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see162

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see160

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see156

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see152

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see149

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see147

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see144

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see143

Türkiyənin Ticarət Nazirliyi: Hindistandan idxal rüsumlarının azaldılması planlaşdırılmır

01 Fevral 2026 04:41see139

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri