Icma.az
close
up
RU
“Konstitusiya və Suverenlik İli” ilə əlaqədar Milli Məclisin Bəyanatı

“Konstitusiya və Suverenlik İli” ilə əlaqədar Milli Məclisin Bəyanatı

Icma.az bildirir, Oxumeni.az portalına istinadən.

“Konstitusiya və Suverenlik İli” ilə əlaqədar Milli Məclisin Bəyanatı

Azərbaycan Respublikasının Milli Məclisi 2025-ci il mayın 8-də keçirilən xüsusi iclasında “Konstitusiya və Suverenlik İli” ilə bağlı bəyanat qəbul edib.

AZƏRTAC bəyanatı təqdim edir:

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi mühüm siyasi əhəmiyyət və rəmzi məna daşımaqla, dövlətin hüquqi əsasları ilə ərazi bütövlüyü və suverenliyi arasında qırılmaz bağlar olduğunu göstərir. Bu sərəncam xalqımızın və dövlətimizin Konstitusiya və suverenlik prinsiplərinə sadiqliyini bir daha təsdiq edir, ölkəmizin öz dəyərlərinə və mirasına, keçmişin nailiyyətlərinə əsaslanaraq qlobal çağırışlara cavab vermək əzmini nümayiş etdirir.

Azərbaycan Respublikasının Milli Məclisi son 32 ildə Ümummilli Lider Heydər Əliyevin dövlətçilik konsepsiyasının həyata keçirilməsi yolunda əldə edilmiş uğurların, xüsusən, ilk Konstitusiyamızın qəbul edilməsinin, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunmasının tarixi əhəmiyyətini qeyd edir.

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası müstəqil inkişaf yoluna qədəm qoyduqdan sonra dövlətin idarə edilməsində, daxili və xarici siyasətin həyata keçirilməsində, milli təhlükəsizliyin qorunmasında yol verilən kobud səhvlər ölkəni dərin siyasi, iqtisadi və hərbi böhran vəziyyətinə salmışdı. Ermənistanın silahlı təcavüzünün qarşısını almağa qadir olan nizami ordunun qurulmaması Azərbaycan ərazilərinin işğalının genişlənməsinə şərait yaradır, yüz minlərcə soydaşımızın yurd-yuvasından didərgin düşməsinə səbəb olurdu. Üstəlik, ölkənin müxtəlif bölgələrində separatizm meyilləri baş qaldırmış, real vətəndaş müharibəsi təhlükəsi törənmişdi.

1993-cü il iyunun 15-də dünya miqyaslı siyasi və dövlət xadimi, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xalqın təkidli tələbi ilə ali dövlət hakimiyyətinə qayıdışı milli dövlətin varlığı üçün təhdid yaradan problemlərin aradan qaldırılmasında, sabitliyin və hüquq qaydasının təmin edilməsində, Azərbaycanın davamlı inkişaf yoluna çıxarılmasında həlledici rol oynamışdır. Xalqımız müstəqil dövlətini qorumaq və yaşatmaq üçün tarixin verdiyi imkanı Heydər Əliyevin xilaskarlıq və quruculuq missiyası sayəsində reallaşdıra bilmişdir.

Ulu Öndərin strateji təfəkkürü, siyasi və dövlətçilik məharəti milli birliyi və həmrəyliyi təmin etməyə, siyasi-hüquqi sistemin sarsılmaz təməlini qurmağa, peşəkar dövlət hakimiyyəti institutlarını formalaşdırmağa və genişmiqyaslı siyasi, iqtisadi və hüquq islahatlarını həyata keçirməyə imkan verdi. Onun rəhbərlik etdiyi komissiya tərəfindən müstəqil dövlətimizin ilk Konstitusiyasının hazırlanması və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi müasir Azərbaycanın tarixində taleyüklü hadisələrdən biridir. Ulu Öndərin siyasi fəlsəfəsini əks etdirən Konstitusiya hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunun əsaslarını müəyyən etmiş, qanunun aliliyi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının üstünlüyü prinsiplərini bərqərar etmiş, dövlətin müstəqilliyinin, ərazi bütövlüyünün və suverenliyinin sarsılmazlığını bəyan etmişdir. Əsas qanunumuz Azərbaycanın modernləşdirilməsinə yol açaraq milli tərəqqinin möhkəm bünövrəsini yaratmışdır.

Ötən 22 ilə yaxın dövrdə Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu XXI əsrin çağırışlarına uyğunlaşdıraraq, yaradıcı surətdə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz siyasi və hərbi cəhətdən güclü, iqtisadi cəhətdən dayanıqlı bir dövlətə çevrilmişdir. Həyata keçirilən dövlət siyasətinin mərkəzində ölkənin dinamik inkişafının təmin olunması, müstəqilliyin möhkəmləndirilməsi, ərazi bütövlüyünün və suverenliyin bərpa edilməsi amalı dayanmışdır.

Ardıcıl siyasi-hüquqi islahatlar yolu ilə daxili sabitlik, qanunun aliliyi və demokratik təsisatların inkişafı təmin edilmişdir. Dövlət idarəçiliyi modernləşdirilmiş, hakimiyyət orqanlarının fəaliyyəti təkmilləşdirilmiş, rəqəmsal platformalar və hesabatlılıq mexanizmləri tətbiq edilmişdir.

Azərbaycan Respublikası beynəlxalq aləmdə etibarlı tərəfdaş və sözünün sahibi olan bir dövlət kimi tanınır. Dünyanın qüdrətli dövlətləri və təşkilatları ilə münasibətlərimiz daha da möhkəmlənmişdir.

Bu gün Azərbaycan öz tarixinin ən şərəfli dövrlərindən birini yaşayır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsində və antiterror əməliyyatında əldə edilən möhtəşəm qələbələr milli tariximizin ən şanlı səhifələrini təşkil edir. Qarabağın və Şərqi Zəngəzurun 30 illik işğalına son qoyulması, dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması Cənubi Qafqaz bölgəsinin geosiyasi vəziyyətini həmişəlik dəyişdirmiş, Azərbaycanın qarşısında yeni perspektivlər açmışdır.

İki əsrə yaxın dövrdə xalqımıza qarşı düşmənçilik siyasəti yeridən erməni şovinizminə və ekspansionizminə endirilən “dəmir yumruq” Azərbaycanın sarsılmaz milli birliyini və həmrəyliyini nümayiş etdirmişdir. Tarixi ədalətin bərqərar edilməsi və ölkə ərazisinin vahidliyi, toxunulmazlığı və bölünməzliyi haqqında Konstitusiya müddəasının həyata keçirilməsi dövlətçilik tariximizin ən mühüm dövrlərindən birinə yekun vurmuşdur.

Bu gün Azərbaycan öz inkişafının yeni quruculuq dövrünə qədəm qoymuşdur. Məcburi köçkünlərin ata-baba yurdlarına dönməsini nəzərdə tutan azad edilmiş ərazilərə böyük qayıdış ölkəmizin 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. Bu məqsədlə ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsinə, işğal dövründə dağıdılmış şəhər və kəndlərin yenidən inşa edilməsinə, müasir yaşayış, istehsal, nəqliyyat və xidmət infrastrukturunun qurulmasına, iqtisadi fəallığın canlandırılmasına dair genişmiqyaslı layihələr həyata keçirilir.

İnamla söyləmək olar ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkənin dinamik iqtisadi inkişafının təmin edilməsinə, dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsinə, milli maraqların qorunmasına, milli təhlükəsizliyin, müdafiə qabiliyyətinin artırılmasına yönələn strategiyası sayəsində Azərbaycan dövləti qarşıdakı illərdə yeni böyük uğurlara imza atacaqdır. Konstitusiya, dövlət müstəqilliyi və suverenlik prinsiplərinə həmişə sadiq olan Milli Məclis Ulu Öndər Heydər Əliyev tərəfindən başlanmış və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən tarixi missiyanı qanunvericilik səviyyəsində bundan sonra da fəal surətdə dəstəkləyəcəyini bəyan edir. Parlament yeni çağırışlar və imkanlar şəraitində ölkənin bütün vətəndaşlarını ümumi dəyərlər və gələcəyə birgə baxış əsasında daha sıx birləşməyə səsləyir”.

Azərbaycanpolisi.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 08 May 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see178

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see136

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri