Icma.az
close
up
RU
Könül Arif: S. Vurğun suyu üfürə üfürə içib öz başını qoruyub

Könül Arif: S. Vurğun suyu üfürə üfürə içib öz başını qoruyub

Icma.az bildirir, Tribuna saytına əsaslanaraq.

Günlərdir gündəmi zəbt edən Əlisa Nicat və Səməd Vurğun mövzusu sosial şəbəkədə hətta yazıçılar arasında ikili xətt yaradıb.

Belə ki, tarixçi, yazıçı Əlisa Nicat son müsahibəsində S. Vurğunun “yaltaq” olduğunu iddia edib. Bu mövzu zaman-zaman gündəmə gəlsə də heç vaxt birmənalı qarşılanmır və birdəfəlik bu mövzu ilə bağlı ciddi araşdırma ortaya qoyan olmur.

Tribunainfo.az-a bu barədə açıqlama verən şair, tərcüməçi Könül Arif məsələyə nöqtə qoyub.

Könül Arif bildirib ki, Əlisa bəyin müsahibəsini oxudum. Onun fikirlərini hər zaman maraqla oxuyuram. Səməd Vurğun mövzusunda isə razı deyiləm.

“Repressiyadan sağ qalan yeganə insan, tərcüməçi İsmixan Rəhimov idi ki, onunla bir neçə dəfə danışmaq imkanımız olmuşdu. Onun videoyazısı da var, hər kəs izləyə bilər. O, S.Vurğuna dair eyni ittihamlara, həbslərə aydınlıq gətirmişdir. S.Vurğun çox insana dəstək olub. O, möhtəşəm şair idi. Həqiqətən, bunu danmaq mümkün deyil. Əlbəttə, biz demokratik bir dövrdə yaşayırıq. Əlisa Nicat da bu barədə öz fikrini bildirməkdə sərbəstdir. Hər bir zamanın, hətta ilin, mövsümün də öz hökmü vardır, Vurğun barəsində sürülən ittiham isə faşizm üzərində qələbə çalan Sövet İttifaqının dövrünə təsadüf edir ki, bunun da hər sahədə öz təsiri və həm də mənəvi yükü olubdur. O zamanlar, həmin sistemə qarşı durmaqda hamı bir fərd kimi güclü olmaya bilərdi. Hər kəs M.Müşfiq ola bilməz. Bu, o demək deyil ki, hər bir şair mütləq şəkildə özünü siyasətə bəxş etməlidir və biz digərlərini bunu etmədiyinə görə bağışlamamalıyıq. Əgər o zamanın iqtidarına, böyük faşizm üzərində qələbə çalmış bir hakimiyyətə S.Vurğun şeir ithaf etdiyi yaltaqlığa əsas gətirirsə, Müşfiqin də bu kimi ithafı olubdur. Heç bu haqda danışmırıq və onu qınamırıq da. Bəs nəyə görə Səməd Vurğunu qınayırıq? S.Vurğun “yaltaqlıq” adlandırdıqları ithaflarına görə Səməd Vurğun olmayıb. Onun şəni zəngin yaradıcılığına söykənir. Ona görə də mən sanıram ki, 2025-ci ilin şərtləri altında rahat yaşayaraq bu əsassız, tutarsız ittihamları, xüsusilə də həyatda olmayan, özünü əks faktlarla müdafiə etməkdə fiziki gücü olmayanlara qarşı sürmək doğru deyil. Mən qətiyyən Əlisa bəyin fikirləri ilə razı deyiləm. Əminəm ki, Ə.Nicat da o dövrdə, o boyda böyük faşizmə qalib gəlmiş Stalin hakimiyyəti altında fəaliyyət göstərsəydi, onu dövründə belə cəsarətlə ittiham etməzdi. Buna görə Səməd Vurğunu indi ittiham etməyin heç bir yeri yoxdur.
Yeri gəlmişkən İ.Rəhimov S.Vurğunun onlara necə dəstək olduğunu da bildirib.
Həbsə dair… Hökumət Vurğunu yoxlamaq üçün ona tələlər qururdu. O bundan şübhələnirdi. Müşfiqgilin ona bir kağıza yazıb imzasız göndərdiyi ismarıcı, Vurğun hökumət tələsi sanmışdı. O işin içində İsmixan müəllim də olub. Qrupun üzvü olub həm də. Yazıda təxminən belə qeyd olunurdu ki, türk mədəniyyətini dəstəkləyirsənsə filan vaxt bu yerdə ol. S.Vurğun da qorxub və düşünüb ki, sovet hakimiyyəti onu tələyə salıb. Səməd Vurğun həmin kağızı aparıb verib hökumətə. Daha sonra həbs başlanıb. Bu, o demək deyil ki, çağdaşlarının həbsində Vurğunun əli var. İsmixan Rəhimov repressiyadan qayıdandan sonra, Vurğun onlara nə qədər kömək edib və açıqlama verib. Səməd Vurğun bu hadisədən sonra çox pis olub və ölənə qədər bunun ağrısını yaşayıb. Səməd Vurğun sadəcə öz başını qoruyub, nəticədə isə başqaları güdaza gedəcəyini bilməyib. Məsələ budur. O, suyu üfürə-üfürə içib. Bu da onun bəlası olub. Hələ də tarix bunu ona bağışlamır”.

Dəniz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 06 Fevral 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see325

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see318

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see311

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see283

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see275

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see253

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see245

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see239

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see232

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see227

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see222

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see220

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see214

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see214

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see209

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see207

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see189

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see185

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri