Gürcüstanda etiraz aksiyası keçirilir Əmrə əməl etməyənlər cəzalandırılacaq
Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.
Bizimyol.info xəbər verir ki, bu barədə Ölkənin Daxili İşlər Nazirliyi məlumat verib.
“Biz etiraz aksiyasının iştirakçılarını və təşkilatçılarını qanuna riayət etməyə, “Məclis və nümayişlər haqqında” qanunun 13-cü maddəsinə uyğun olaraq 15 dəqiqə ərzində yolun hərəkət hissəsinin açılmasına və Rustaveli prospektində nəqliyyatın maneəsiz hərəkətini təmin etməyə çağırırıq. Əks halda cinayətkarları müəyyən edilib cəzalandırılacaqlar”, - deyə nazirliyin açıqlamasında bildirilir.
Paytaxtda Gürcüstan parlamentinin binası qarşısında nümayiş keçirilir. İştirakçılar yolu bağlayıblar.
Oktyabrın 16-da Gürcüstan parlamenti inzibati və cinayət məcəllələrinə dəyişiklikləri qəbul edib. İndi müəyyən edilmiş piyada zonası daxilində etiraz aksiyasının iştirakçıları yolu bağladıqlarına görə 15 sutkalıq həbsə məruz qalırlar. Nümayişçinin üzünü maska ilə gizlətməsi və ya gözyaşardıcı qaz və ya zəhərli maddələr daşıması halında oxşar cəza tətbiq edilir. Daxili İşlər Nazirliyinin aksiyanı dayandırmaq barədə əmrinə əməl etmədikdə, yaxud onların əlində silah və ya partlayıcı əşyalar olduqda, 60 sutka həbs cəzası verilir. Təkrar cinayətlərə görə bir il həbs cəzası nəzərdə tutulur.
Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 18 Oktyabr 2025 22:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















