Icma.az
close
up
RU
Könül Nurullayeva ƏrRiyad 2025 ilə əlaqədar yaradılmış Koordinasiya Komissiyasının sədri seçilib

Könül Nurullayeva ƏrRiyad 2025 ilə əlaqədar yaradılmış Koordinasiya Komissiyasının sədri seçilib

Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


16-18 dekabr tarixlərində Albaniyanın paytaxtı Tirana şəhərində İslam Həmrəyliyi İdman Assosiasiyasının (ISSA) 13-cü Baş Assambleyası keçirilib. Milli Olimpiya Komitəsinin və ISSA-nin İcraiyyə Komitəsinin üzvü, Milli Məclisin deputatı Könül Nurullayeva "Ər-Riyad 2025" İslam Həmrəyliyi Oyunları ilə əlaqədar yaradılmış Koordinasiya Komissiyasının sədri seçilib.

Bu barədə Newscenter.az-a məlumat verən deputat bildirib ki, bu, Azərbaycanın İslam həmrəyliyinə töhfəsi, ölkəmizdə uğurla reallaşan idman siyasətinin nəticəsidir: “Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Azərbaycanda idmanın, olimpiya hərəkatının inkişafına Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə göstərilən dəstək öz nəticəsini verməkdədir.
Məlumdur ki, Azərbaycan 2017-ci ildə İslamiadaya yüksək səviyyədə ev sahibliyi etdi, Bakıdan dünyaya sülh mesajı verildi. IV İslam Həmrəyliyi Oyunlarının uğurla keçirilməsində bu oyunların Təşkilat Komitəsinin sədri kimi birinci vitse-prezident Mehriban xanım Əliyevanın rolu beynəlxalq idman qurumları tərəfindən də yüksək qiymətləndirilir. Müxtəlif ölkələrdə Azərbaycan təcrübəsinə istinad edilir.

İslam ölkəsi kimi Azərbaycan mədəniyyətlər, xalqlar arasında həmrəyliyin güclənməsinə, əməkdaşlığın dərinləşməsinə töhfə verməkdədir. Hesab edirəm ki, İslam Həmrəyliyi Oyunları ilə əlaqədar yaradılmış Koordinasiya Komissiyasına Azərbaycan təmsilçisinin rəhbər seçilməsi ilk növbədə ölkəmizə olan etimadın, nüfuzunun göstəricisidir. İslam dünyasında böyük nüfuza malik olan Azərbaycan bu gün həm də idman sahəsində öz təcrübəsini bölüşür”.
Deputat bildirib ki, son illər Azərbaycanın İslam dünyasında nüfuzu daha da möhkəmlənib: “Təsadüfi deyil ki, Azərbaycanın tarixi şəhəri olan Şuşa da İslam dünyasının mədəniyyət paytaxtı elan edildi. Yeri gəlmişkən, Azərbaycan ötən gün 8 müsəlman ölkəsinin birləşdiyi D-8 təşkilatının da üzvü seçildi. Bu platformada da ölkəmizə yekdilliklə dəstək göstərildi.”

"Ər-Riyad 2025" İslam Həmrəyliyi Oyunları ilə bağlı keçirilən panel görüşünə spiker qismində qatılan K.Nurullayeva çıxışında bir sıra vacib məqamlara toxunub. Belə ki, oyunların uğurlu təşkilinə töhfəsi, gənclərin idmana marağının artırılması, gender bərabərliyi və parasportun əhəmiyyəti, eləcə də məhdud infrastruktura malik ölkələrə ISSA tərəfindən dəstəyin göstərilməsi və s. məsələlər üzrə təkliflərini səsləndirib.

Könül Nurullayeva, həmçinin ISSA İcraiyyə Komitəsinin və Baş Assambleyasının iclaslarına da təqdimatla qatılıb. Deputat çıxışı zamanı ISSA prezidenti Əbdüləziz bin Turki Əl-Feysələ, eləcə də qurumun İcraiyyə Komitəsindən olan həmkarlarına ona göstərdikləri yüksək etimada görə təşəkkürünü bildirib. O, eyni zamanda Koordinasiya Komissiyasının strukturu, vəzifə bölgüsü və öhdəlikləri ilə bağlı həmkarlarını məlumatlandırıb. Qeyd edək ki, Baş Assambleyada Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və baş katib Azər Əliyev də iştirak edib.
Son olaraq bildirək ki, VI İslam Həmrəyliyi Oyunları 2025-ci il noyabr ayının 7-dən 21-dək 13 olimpiya, 4 qeyri-olimpiya, 3 paralimpiya ve 1 milli idman növləri üzrə keçiriləcək.

Ruhiyyə Mehdiyeva
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 20 Dekabr 2024 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see147

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see131

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see127

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri