Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib FOTOLAR
Adelet.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Milli Məclisin deputatı Könül Nurullayeva qərargahına daxil olan müraciətlərə əsasən, növbəti vətəndaş qəbulunu keçirib. Millət vəkili qəbul zamanı vətəndaşlarla görüşərək, onların qaldırdığı müraciətlər ətrafında qarşı tərəflə geniş fikir mübadiləsi aparıb.
Deputat Könül Nurullayeva Nizami rayon sakinləri ilə səyyar görüşlərini də müntəzəm olaraq davam etdirir. Belə ki, millət vəkili K.Nurullayeva Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi 74, 80, M.X.Şərifli küçəsi 76 və 78 ünvanlarında yaşayan seçicilərinə baş çəkərək, onların rastlaşdıqları gündəlik problemlər ilə yerindəcə tanış olub.
Vətəndaşlarla görüş zamanı qəbul iştirakçılarını narahat edən problemlər səsləndirilmişdir. Verilən məlumata görə, seçicilərin görüş ərzində deputat Könül Nurullayevaya çatdırdığı bütün müraciətlər səlahiyyətləri daxilində qeydiyyata götürülmüşdür və ən yaxın zamanda aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanacaqdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 04 Noyabr 2025 12:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















