Icma.az
close
up
RU
Könüllülər ADYnin gücünə güc qatdılar FOTOLAR

Könüllülər ADYnin gücünə güc qatdılar FOTOLAR

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

23 noyabr tarixində Azərbaycan Dəmiryol Muzeyində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) günlərində fəaliyyət göstərmiş COP29 və “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) könüllüləri ilə görüş keçirilib.

QSC-dən Globalinfo.az-a verilən məlumata görə, ADY rəhbərliyinin iştirak etdiyi görüşdə ölkəmizin dünya əhəmiyyətli daha bir tədbirə uğurla ev sahibliyi etdiyi və bu prosesdə könüllülərin böyük əməyi olduğu diqqətə çatdırılıb.

Könüllülərin planetimizin gələcəyi naminə qlobal dialoqu dəstəkləmək məqsədilə fədakarcasına çalışaraq hər kəsi ruhlandırdığı, COP29-u hər kəs üçün əlçatan etdiyi vurğulanıb.

Qeyd olunub ki, COP29 və ADY könüllüləri 11-23 noyabr tarixlərində Abşeron dairəvi marşrutu üzrə stansiya və dayanacaqlarda akkreditasiyalı şəxslərin rahat keçidinə kömək etməklə, onları qatarların hərəkət cədvəli ilə tanış etmək və istiqamətləndirməklə tədbirin uğurla keçməsinə töhfə veriblər.

Bildirilib ki, COP29 günlərində qatarlarla ümumilikdə 10 mindən çox akkreditasiyalı sərnişin daşınıb. “Koroğlu” sərnişinlərin ən çox istifadə etdiyi dayanacaq olub. Tədbirin keçirildiyi Azərbaycan Dəmiryol Muzeyi də bu dövrdə fəaliyyətini gücləndirib. COP29 tədbirlərində iştirak etmək üçün Bakıya gələn Çin, Almaniya, İsveçrə, Böyük Britaniya, Braziliya, İrlandiya kimi ölkələrin vətəndaşları muzeyi ziyarət ediblər.

Sonda ADY adından könüllülərə xatirə hədiyyələri və təşəkkürnamə təqdim edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 25 Noyabr 2024 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see356

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see348

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see268

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see261

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see253

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see245

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see243

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see242

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see236

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see236

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see226

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see219

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see215

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see212

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see206

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see202

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see198

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see196

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see193

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri