Icma.az
close
up
RU
“Kopenhagen” “Haydenhaym”a “təcrübə dərsi” keçdi

“Kopenhagen” “Haydenhaym”a “təcrübə dərsi” keçdi

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Konfrans Liqasının (KL) pley-offuna yekun vuruldu.

"Football-plus.az" xəbər verir ki, bu mərhələnin cavab oyunlarında sürpriz nəticələr qeydə alındı.
Vahid liqanın yekun cədvəlində ilk 8 yeri tutan “Çelsi”, “Gimaraynş”, “Fiorentina”, “Rapid”, “Yurqorden”, “Luqano”, “Legiya” və “Serkl Brügge” birbaşa 1/8 finala vəsiqə qazanıblar. Reqlamentə əsasən, əsas bu mərhələni 9-24-cü yerlərdə başa vuranlar isə pley-off oyunlarında iştirak etdilər və bu matçların 8 qalibi də 1/8 finala çıxdı.
Liqa mərhələsinin diqqəti daha çox cəlb edən faktı KL-də iştirak edən qitənin 5 aparıcı çempionatından olan 4 komandadan ikisinin ilk “8-liy”ə düşə bilməməsi olmuşdu. Xatırladaq ki, “Çelsi” 6 oyuna maksimum nəticə ilə 1-ci yerə sahib çıxıb. Turnirin son iki mövsümünün finalçısı olan “Fiorentina” yekun cədvəli 3-cü yerdə başa vurub. Hərəyə 10 xal toplayan “Betis” ilə “Haydenhaym” uyğun olaraq 15-16-cı yerləri tutmaqla pley-offda oynamağa məcbur idilər.
“Böyük beşliy”in təmsilçiləri bu mərhələyə uğurla start verməklə əsas mərhələdəki səhvlərindən lazımi nəticələr çıxarmışdılar: hər iki komanda pley-offun ilk səfər oyununda qələbə qazanmışdı. Belçikada “Gent”in qapısına üç dəfə yol tapan “Betis” cavab oyununda minimal hesabla uduzdu. Amma bu nəticə İspaniya klubunun pley-offu adlamasına mane olmadı. Danimarkada “Kopenhagen”ə 2:1 hesabıyla qalib gələn “Haydenhaym” Almaniyada böyük çətinliklərlə qarşılaşdı. Qonaq komanda əsas vaxtı eyni hesabla üstün başa vurmaqla “overtaym”ı labüd etdi. Həlledici hissələrdə də oyun planında üstün görünən “Kopenhagen” 3-cü qolu vuraraq bundesliqa təmsilçisini mübarizədən kənarlaşdırdı. Nəticə ilk baxışdan sürpriz kimi görünür, amma “Haydenhaym”ın avrokubok təcrübəsi(zliyi)nə görə Danimarka klubu ilə müqayisəyə gəlmədiyini də vurğulamalıyıq.
pley-off, cavab oyunları
Betis (İspaniya) - Gent (Belçika) 0:1 (ilk oyun – 3:0)

Braun, 87.
Betis: Vyeytes, Perro, Natan, Lyorente (Bartra, 46), Sabali (Ruibal, 59), Altimira (Kardoso, 59), Flores (Peres, 79), Ezzalzuli, Çimi Avila, Antoni (İsko, 59), Roke.
Haydenhaym (Almaniya) - Kopenhagen (Danimarka) 1:3, əlavə vaxtda (2:1)
Sienza, 73 – Şaxya, 37. Diks, 53-p. Ueskas, 113.
Haydenhaym: Föller, Zirsleben, Mainka, Keller (Piringer, 46), Bek, Vanner (Toyerkauf, 113), Ferenbax (Sienza, 57), Kerber (Honzak, 46), Nihyus (Şeppner, 57), Buş (O.Traore, 74), Zivzivadze.
Olimpiya (Sloveniya) - Borats (Bosniya və Hersoqovina) 0:0 (0:1)

Pafos (Cənubi Kipr) - Omoniya (Cənubi Kipr) 2:1 (1:1)
Bruno Souza, 28. Jonatan Silva, 65 - Yovetiç, 60.
Yagelloniya (Polşa) - TSÇ (Serbiya) 3:1 (3:1)
Hansen, 8. İmas, 70. Radoyeviç, 76-öz qapısına - Lazetiç, 17.
APOEL (Cənubi Kipr) - Selye (Sloveniya) 0:2 (2:2)
Kuçis, 45+4. Svetlin, 51.
Panatinaikos (Yunanıstan) - Vikinqur (İslandiya) 2:0 (1:2)
Mladenoviç, 70. Tete, 90+5-p.
Şemrok Rovers (İrlandiya) - Molde (Norveç) 0:1, p. - 4:5 (1:0)
Eykrem, 10.
Bombardirlər: Qiyu (Çelsi), Pyulyulyu (Yagelloniya) - 6.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:394
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 26 Fevral 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see328

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see322

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see320

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see292

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see287

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see279

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see263

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see254

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see253

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see237

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see231

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see212

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see200

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see191

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see180

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri