Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Roma nın Raspadori planı

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

Flik komandasının yeni il üçün hədəflərini açıqlayıb

Kopenhagen müzakirələri: Bakı İqlim Birliyi Paktı impulsuna əsaslanan Tərəflər COP30 un uğurlu nəticəsinin təmin edilməsini müzakirə ediblər

Kopenhagen müzakirələri: Bakı İqlim Birliyi Paktı impulsuna əsaslanan Tərəflər COP30 un uğurlu nəticəsinin təmin edilməsini müzakirə ediblər

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 13 may, AZƏRTAC

Bu il mayın 7-8-də 35-ə yaxın ölkənin nazirləri və yüksəksəviyyəli nümayəndələri Kopenhagendə qlobal iqlim gündəmini formalaşdıran ən aktual məsələlər ətrafında qeyri-rəsmi, lakin diqqət mərkəzində olan fikir mübadiləsi üçün bir araya gəldilər. Bakı İqlim Birliyi Paktı və BƏƏ Konsensusunun impulsuna əsaslanaraq, çoxtərəfli iqlim fəaliyyəti üçün xüsusilə kritik bir ildə noyabr ayında keçiriləcək COP-30-da uğurlu nəticə əldə etmək üçün Tərəfləri ən yaxşı şəkildə necə hazırlamaqla bağlı müzakirələr aparıldı, çünki yeni Milli Müəyyən Edilmiş Töhfələr (NDC) 1,5°C hədəfinə çatmaq yolunda olub-olmadığımızı göstərəcək.

AZƏRTAC xəbər verir ki, Danimarkanın naziri Lars Aaqaardın COP29-un prezidenti Muxtar Babayev və COP30-un təyin olunmuş prezidenti Andre Korrea do Laqo ilə birgə təşkil etdiyi görüşdə BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyasının İcraçı katibi Saymon Stil, BMT Baş katibinin iqlim sahəsində hərəkətlər üzrə xüsusi müşavirinin nümayəndəsi Selvin Hart və BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyasının müşahidəçilərinin seçki dairələrinin nümayəndələri ilə ölkələrin nümayəndə heyətləri bir araya gəliblər.

NDC uzunmüddətli inkişaf planlaşdırılmasının hərəkətverici qüvvəsi kimi

İştirakçılar razılaşıblar ki, 2025-ci il NDC ilidir. Paris Sazişi işləyir, lakin 1,5°C-dən aşağı səviyyədə qalmaq üçün qlobal birlik ambisiyaları və icranı sürətləndirməlidir. NDC bunun təməl daşıdır. İştirakçılar GST-nin tarixi nəticəsini və NDC-in COP28-in nəticələri, eləcə də mövcud olan ən yaxşı elm barədə məlumatlandırılmasının vacibliyini xatırladıblar. Onlar qeyd ediblər ki, NDC-in bütün istixana qazları emissiyalarını və bütün sektorları əhatə etməsi olduqca vacibdir.

Bir çoxları, həmçinin NDC-in hökumətlərə, investorlara və özəl sektora aydın siqnallar ötürməsinin vacibliyini vurğulayıblar. İştirakçılar onu da bildiriblər ki, NDC aşağı səviyyəli emissiyalara dair uzunmüddətli inkişaf strategiyaları ilə əlaqəli olmalı, tərəqqi və inkişafa aparan yolları göstərməlidir.

NDC Tərəfdaşlığı kimi beynəlxalq əməkdaşlıq və tərəfdaşlığın bir çoxları tərəfindən razılaşdırılmış 1,5°C hədəfinin uğurlu inkişafı və həyata keçirilməsi üçün vacib olduğu qeyd edilib. Bir çoxları NDC-in ümumi hökumət, cəmiyyət və iqtisadi yanaşma əsasında işlənib hazırlandığını və həyata keçirildiyini də iddia ediblər. COP30-a gəldikdə, NDC-in milli səviyyədə müəyyən edildiyini etiraf etməklə yanaşı, iştirakçılar bu kontekstdə kollektiv ambisiya səviyyəsi barədə düşüncələrin danışıqlar üçün mühüm əhəmiyyət kəsb edəcəyini qeyd ediblər.

Bu kontekstdə bir çoxları NDC-in sintezi haqqında Hesabatı bu müzakirəyə əsas töhfə kimi qiymətləndiriblər.

Paris Sazişinin məqsədlərinə nail olmaq üçün ədalətli keçid yolları

İştirakçılar qeyd ediblər ki, ədalətli keçidlə bağlı çoxlu anlayışlar mövcuddur, çünki ölkələrin Paris Sazişinin temperatur hədəfinə nail olmasının yolları fərqli görünür. Lakin çoxları ədalətli keçid zamanı heç kimin unudulmamasının vacibliyinə diqqət çəkib.

Bir çox iştirakçılar, həmçinin işçilər, yerli xalqlar, qadınlar, gənclər və yerli qruplarla sosial dialoqun vacibliyini vurğulayıblar. Bu cür qarşılıqlı əlaqə iqlim dəyişikliyi ilə mübarizədə iddialı fəaliyyətin ədalətli və əhatəli olmasını təmin edən iqlim siyasətinin əsaslarının formalaşdırılması üçün zəruri hesab edilib.

İştirakçılar əlçatan enerji və enerji təhlükəsizliyinin vacibliyini vurğuladılar. Çoxları bildirdi ki, xalis sıfır emissiya səviyyəli cəmiyyətə keçid əhəmiyyətli faydalar, həm də problemlər gətirir və faydaların maksimum dərəcədə artırılması və çətinliklərin minimuma endirilməsi, yenidən hazırlıq və ixtisasların artırılması işçilərin geridə qalmamasını təmin etmək üçün ən mühüm əhəmiyyət kəsb edir.

Bir çox iştirakçılar üçün ədalətli keçid enerji ilə yanaşı, həmçinin nəqliyyat, kənd təsərrüfatı, tullantılar kimi digər sektorlara da aid olan geniş anlayışdır. Bir neçə iştirakçı sektoral fəaliyyətin onların milli keçidi üçün faydalı olduğunu, vətəndaş cəmiyyətinin iştirakının həlledici əhəmiyyət kəsb etdiyini və insan hüquqlarına əsaslanan yanaşmanın ilkin əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Xüsusilə, Ədalətli keçidlə bağlı İş Proqramına (JTWP) gəldikdə, bütün iştirakçılar həm Panamada keçiriləcək dialoqda, həm Bonn İqlim Dəyişikliyi Konfransında, həm də COP30-da gündəliyin bu maddəsi üzrə irəliləyişin əldə edilməsinin vacibliyi barədə razılığa gəliblər. JTWP üzrə razılığa gəlmək problemini aradan qaldırmaq üçün bəzi tərəflər bütün məsələləri bir yerdə müzakirə etməmək üçün mövzular üzrə müzakirələrin təşkil edilməsinin vacibliyini qeyd ediblər.

İqlim maliyyəsinin səfərbər edilməsindən maliyyə axınlarının bərabərləşdirilməsinə qədər

İştirakçılar COP29-un mühüm nəticəsi kimi iqlimin maliyyələşdirilməsinə dair Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) qəbul edilməsini vurğulayıblar. Çoxları 2035-ci ilə qədər ən azı 300 milyard ABŞ dollarının səfərbər edilməsi hədəfi və iqlim dəyişikliyi ilə mübarizə üçün inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon ABŞ dollarının səfərbər edilməsi çağırışı da daxil olmaqla NCQG-nin həyata keçirilməsinin təmin edilməsinin vacibliyini qeyd edib.

Bir çox iştirakçılar ən az inkişaf etmiş ölkələr üçün maliyyələşdirmə və icra resurslarının artırılmasına ehtiyac olduğunu vurğulayaraq, xüsusilə İqlim Fondlarına əhəmiyyətli dərəcədə sadələşdirilmiş çıxış prosedurlarının vacibliyini vurğulayıblar.

Belə ki, 1.3T (B2BRM) üzrə Bakı-Belen Yol Xəritəsinin rolu ilə bağlı iştirakçılar xüsusilə qeyd ediblər ki, o, iqlim maliyyələşməsinə yeni, vahid və hərtərəfli yanaşma üçün bir fürsətdir. Onlar iddia irəli sürüblər ki, Yol Xəritəsi konkret, icra oluna bilən olsun və Tərəflər, vətəndaş cəmiyyəti, özəl sektor və həm BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyası daxilində, həm də onun hüdudlarından kənarda beynəlxalq institutlarla məsləhətləşmələrə əsaslanan şəffaf və inklüziv prosesə əsaslansın.

İştirakçılar beynəlxalq və daxili səviyyələrdə investisiyalar və kapitala çıxış üçün mövcud olan nöqsanların və maneələrin aradan qaldırılmasının vacibliyini qeyd ediblər. Bir çox iştirakçı qeyd edib ki, ümumdövlət səviyyəsində iqtisadi NDC-lər (Milli Müəyyən Edilmiş Töhfələr), uzunmüddətli investisiya planları ilə tamamlandıqda, bazarlara güclü siqnal göndərəcək və investisiyalara yol açacaq.

Bir çox iştirakçı risklərin azaldılması, zəmanətlər, borcların silinməsi, güzəştli maliyyələşmə və borcsuz maliyyə alətlərini özəl sektordan maliyyə axınlarını artırmaq üçün vasitə kimi qeyd ediblər.

Maliyyə axınlarının bərabərləşdirilməsinə gəlincə, iştirakçılar Şarm-əl-Şeyxdə aparılan dialoqun və bu dialoqun nəticələri əsasında davam etdiriləcək tədbirlərin əhəmiyyətini vurğulayıblar.

İqlimə yatırılan investisiyaların artırılması ilə bağlı problemlərdən danışan iştirakçılar, həmçinin ölkənin konkret şəraitinə, problemlərə və imkanlara uyğunlaşdırılmış ölkə platformalarını iqlim dəyişikliyi ilə mübarizə üzrə tədbirlərə maliyyə axınlarını artırmaq vasitəsi kimi qeyd ediblər. Bununla bağlı bir sıra iştirakçılar milli səviyyədə iqlimin makroiqtisadi planlaşdırmaya inteqrasiyasının və özəl investisiyalar üçün əlverişli mühitin gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Bu kontekstdə Braziliyanın COP30-dakı sədrliyi tərəfindən yaradılmış Maliyyə Nazirləri Dairəsi və iqlim dəyişikliyi ilə mübarizə üzrə maliyyə nazirlərinin işi qeyd olunub.

Sonda bəzi iştirakçılar strateji və səmərəli inkişaf məqsədləri üçün rəsmi yardımların istifadəsinin vacibliyini qeyd ediblər. Bu məqsədlə Sevilyada keçirilmiş İnkişafın Maliyyələşdirilməsi üzrə Konfrans, iqlim maliyyələşdirilməsi üzrə G20-nin işi, Beynəlxalq Maliyyə İnstitutları və Brictaun təşəbbüsü də daxil olmaqla beynəlxalq maliyyə arxitekturasının davam edən islahatı nəzərə alınıb.

Adaptasiya və dayanıqlılıq

İştirakçılar bildiriblər ki, adaptasiya ilə bağlı nəticə COP30 üçün əsas prioritetdir və adaptasiya tədbirlərinin miqyasının genişləndirilməsi bütün ölkələr üçün aktualdır. Bir çoxları bu ili qlobal adaptasiya hədəfi üçün göstəricilərin razılaşdırılması da daxil olmaqla, adaptasiya tədbirlərini fəal şəkildə irəlilətmək imkanı kimi qiymətləndiriblər.

İştirakçılar bildiriblər ki, bu göstəricilər qlobal dayanıqlılıq səviyyəmizin artımını göstərmək, tədbirləri istiqamətləndirmək və adaptasiya üzrə biliklərin, qabaqcıl təcrübələrin paylaşılmasına kömək edə bilər.

Bir çox iştirakçı yoxsul və həssas ölkələrdə məlumat boşluqlarının aradan qaldırılmasının, habelə ölçülməsi həmişə mümkün olmayan yerli icmaların və xalqların biliklərinin nəzərə alınmasının vacibliyini vurğulayıblar.

İştirakçılar innovativ həllər, özəl sektorun daha fəal iştirakı və texnologiyaların ötürülməsi də daxil olmaqla, adaptasiyanın maliyyələşdirilməsinin artırılmasına çağırıblar.

Həmçinin dövlət-özəl tərəfdaşlığı və sığorta sektoru ilə əməkdaşlığın zəruriliyi qeyd olunub. Bir çox iştirakçı milli adaptasiya planlarının (NAP) hazırlanması və həyata keçirilməsində irəliləyişə nail olmağın əhəmiyyətini və bu planların NDC-lərlə əlaqələndirilməsinin sinerji yaradaraq koordinasiyalı və daha çox investisiyalar cəlb edilməsinə töhfə verə biləcəyini vurğulayıb.

İştirakçılar qeyd ediblər ki, adaptasiya və iqlim dəyişikliyinin fəsadlarının azaldılması üzrə vaxtında və adekvat tədbirlər itki və zərərlərin minimuma endirilməsi baxımından həlledicidir. Onlar, həmçinin etiraf ediblər ki, iqlim dəyişikliyinin təsirləri artıq həssas icmalara zərbə vurur. Bildirilib ki, itki və zərərlərə cavab tədbirlərinin effektiv həyata keçirilməsi üçün mövcud mexanizmlər arasında qarşılıqlı tamamlayıcılığın və koordinasiyanın gücləndirilməsi, habelə Itki və Zərərin Ödənilməsi Fondunun işinin təmin olunması vacibdir.

Qlobal Hesabatın nəticələrinin reallaşdırılması

Bir çox iştirakçı Qlobal Hesabatın nəticələrini dünya birliyinin cavab verməli olduğu çağırış kimi dəyərləndirib və bu çağırışın Paris Sazişində qeyd olunan qlobal məqsədlərə çatmaq üçün əsas olduğunu bildirib.

İştirakçılar NDC-ləri bu çağırışa cavab vermək üçün əsas mexanizm kimi vurğulayıblar və qeyd ediblər ki, sentyabr ayına qədər Qlobal Hesabat (GST) haqqında məlumatla birgə NDC-ləri təqdim etməlidirlər.

Bəzi iştirakçılar Qlobal Hesabat üzrə öhdəliklərin yerinə yetirilməsinin monitorinqi üçün kollektiv mexanizmin olmamasından təəssüfləndiklərini bildiriblər. Onlar BƏƏ dialoqunu və Təsirin Azaldılması üzrə Fəaliyyət Proqramını kollektiv irəliləyişin izlənməsi üçün vacib məkanlar kimi qiymətləndiriblər.

Vurğulanıb ki, məqsəd yeni hədəfləri müəyyənləşdirmək deyil, bilik mübadiləsini təmin etmək və milli fəaliyyətin məlumatlandırılmasıdır.

İştirakçılar Qlobal Hesabatın məqsədlərinə nail olmaq üçün maliyyə axınlarının islahı, iqlim maliyyəsinin ayrılması və texnologiyaların inkişaf etməkdə olan ölkələrə ötürülməsinin vacibliyini qeyd ediblər.

Bu yanaşma incə fərqləndirmə prinsipini vurğulayan digər iştirakçılar tərəfindən dəstəklənib. Bildirilib ki, “biz iki qrupa bölünməmişik, bütün ölkələr isə müxtəlif xüsusiyyətlərə malikdir, məsələn, artan sayda orta gəlirli ölkələr var ki, inkişaf etməkdə olan dövlətlərdən fərqli olaraq, onlar üçün fərqli yardım formaları tələb olunur”.

Bərpaolunan enerji və enerji infrastrukturunun mövcudluğu və əlçatanlığı Qlobal Hesabatın həyata keçirilməsinə yardım vasitəsi kimi qeyd olunub.

Bəzi iştirakçılar okeanlar və digər ekosistemlərin, o cümlədən meşələrin də danışıqlara daxil edilməsinin vacibliyini qeyd ediblər.

Həmçinin yerli xalqların və icmaların ekosistemlərin bərpası üzrə milli strategiyaların effektivliyinin artırılmasında iştirak etməsinin əhəmiyyəti vurğulanıb. Meşələrin rəqəmsal monitorinq proqramı da uğurlu vasitə kimi göstərilib.

Bəzi iştirakçılar adaptasiya maliyyəsinin hədəfinin mövcud trayektoriyaları nəzərə alaraq risk altında olduğunu qeyd edib və bunun tənzimləyici tədbirlərin gücləndirilməsinin açarı olduğunu bildiriblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 May 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see269

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see231

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see229

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see205

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see191

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see175

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see166

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see156

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see150

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see148

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see145

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see145

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see138

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see138

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

26 Dekabr 2025 00:28see134

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see133

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see131

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see130

Flik komandasının yeni il üçün hədəflərini açıqlayıb

25 Dekabr 2025 22:55see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri