Icma.az
close
up
RU
İnsan hüquqlarına əsaslanan iqlim ədaləti ilə bağlı interaktiv müzakirə təşkil olunub

İnsan hüquqlarına əsaslanan iqlim ədaləti ilə bağlı interaktiv müzakirə təşkil olunub

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Respublikasının ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) tərəfindən “İnsan hüquqlarına əsaslanan iqlim ədaləti: Milli insan hüquqları institutlarının rolu” mövzusunda interaktiv müzakirə təşkil edilib. SİA xəbər verir ki, müzakirədə Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansının (GANHRI) katibliyinin nümayəndəsi Karolina Krittin, Hondurasın İnsan Hüquqları üzrə Müvəkkili təsisatının icraçı direktoru Zabdi Abigail Kanales Funes, iqlim dəyişikliyi ilə mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq ekspertlər, Milli Məclisin deputatları, dövlət qurumlarının, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər.Tədbirdə çıxış edən ombudsman Səbinə Əliyeva COP29 kimi mühüm qlobal tədbirə ev sahibliyi edən Azərbaycanda iqlim dəyişikliyi ilə mübarizə sahəsində kompleks tədbirlərin həyata keçirildiyini bildirib. Müvəkkil bu istiqamətdə görülən işlərdən danışaraq, Azərbaycanda 2030-cu ilə qədər sosial-iqtisadi inkişafın beş milli prioritetindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edildiyini, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonaları kimi müəyyən olunduğunu bildirib.Səbinə Əliyeva ombudsman və milli insan hüquqları institutlarının iqlim ədalətinin təmin edilməsində, sağlam ətraf mühit hüququnun və iqlim dəyişikliyindən təsirlənən həssas qrupların hüquqlarının qorunmasında mühüm rol oynadığını diqqətə çatdırıb. Müvəkkil iqlim dəyişikliyi ilə mübarizə sahəsində milli və beynəlxalq səviyyələrdə əməkdaşlığın gücləndirilməsinin, bu problemin insanlara hüquqi, sosial və iqtisadi təsirləri barədə məlumatlılığın artırılmasının əhəmiyyətini vurğulayıb və hər kəsi həmrəylik nümayiş etdirməyə, təcili tədbirlərin görülməsi istiqamətində birgə əməkdaşlığa çağırıb.Sonra Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Beynəlxalq insan haqları və BMT sistemi üzrə ekspert Afərin Şahidzadə və “Müstəqil Həyat” İnkişaf və Dəstək Mərkəzi İctimai Birliyinin rəhbəri Aydın Xəlilov çıxış ediblər.Tədbirdə iqlim dəyişikliyinin ən çox təsir göstərdiyi həssas qrupların müdafiəsi, ətraf mühitin mühafizəsinin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunlaşdırılması, iqlim ədalətinin təmin edilməsində ombudsman təsisatlarının rolunun gücləndirilməsi imkanları və digər müvafiq məsələlər barədə ekspertlərin məruzələri dinlənilib, iqlim dəyişikliyinin insan hüquqlarına təsiri, mövcud problemlər və onların həll yolları, əldə edilmiş müsbət təcrübələr, həmçinin müvafiq sahələr üzrə interaktiv müzakirələr aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Noyabr 2024 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see223

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see220

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see218

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see212

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see195

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see192

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see191

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see178

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see178

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see171

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see167

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see164

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see164

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see164

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see162

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see160

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see158

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see154

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see146

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri