Icma.az
close
up
RU
Zərərsiz hesab etdiyiniz bu 7 vərdiş beyninizi sakitcə məhv edir Mütəxəssisdən xəbərdarlıq

Zərərsiz hesab etdiyiniz bu 7 vərdiş beyninizi sakitcə məhv edir Mütəxəssisdən xəbərdarlıq

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Gündəlik həyatımızda fərqinə varmadan davam etdirdiyimiz bəzi sadə vərdişlər, beynimizə düşündüyümüzdən daha çox zərər verə bilər. ABŞ-li tanınmış psixiatr və beyin mütəxəssisi Dr. Daniel Amen, beynin sağlam qalması üçün diqqət edilməli 7 zərərli gündəlik vərdişi açıqlayıb. O, bildirib ki, bu davranışlar "beyni sakitcə zədələyir" və uzunmüddətli fəsadlara yol aça bilər.

Hər şeyə "bəli" demək və özünüzü məcbur etmək

Çox insan başqalarını razı salmaq üçün özünü unudur. Hər işi eyni anda görməyə çalışmaq, beyində gərginlik yaradır və prefrontal korteks adlanan qərarvermə hissəsini zəiflədir. Dr. Amen "Bunun haqqında düşünməliyəm" deməyin vacibliyini vurğulayır. Çoxlu tapşırıqla məşğul olmaq diqqəti, yaddaşı və qərarverməni zəiflədir.

Zərərli qidaları tez-tez yemək

Cips, şirniyyat, qazlı içkilər və dondurma kimi çox emal olunmuş qidalar təkcə bədənə deyil, beyinə də mənfi təsir göstərir. Araşdırmalara görə, bu cür məhsullar obezlik, şəkərli diabet, depressiya, narahatlıq və vaxtsız ölüm riski ilə əlaqəlidir.
Dr. Amen xəbərdarlıq edir: "Zərərli yeməklər mükafat deyil, cəzadır."

Hərəkətsiz həyat tərzi

Uzun müddət oturaq həyat tərzi beyinə gedən qan axınını azaldır. Bu isə depressiya, diqqət pozğunluğu və Alzheimer xəstəliyinə səbəb ola bilər. Hətta yüngül gündəlik fiziki fəaliyyət belə beyin üçün çox faydalıdır.

Toksik şəxsi qulluq vasitələrindən istifadə

Paraben, ftalat və formaldehid kimi kimyəvi maddələr olan bəzi kosmetik və şəxsi qulluq məhsulları hormon sistemini pozur. Nəticədə yorğunluq, depressiya, "beyin sisi" (bulanıqlıq) və diqqət pozğunluğu yarana bilər.
Mütəxəssis bu məhsulları seçərkən tərkib analiz proqramlarından (məsələn, "Think Dirty") istifadə etməyi və zərərli məhsulları həyatımızdan çıxarmağı tövsiyə edir.

Həmişə eyni rutində qalmaq

Hər gün eyni şeyləri təkrarlamaq beynin inkişafını ləngidir. Yeni hobbilər, kitab oxumaq, dil öyrənmək və ya fərqli düşünmə tərzləri beynin aktiv qalması üçün vacibdir. Dr. Amen deyir: "Öyrənməyi dayandırdığınız anda beyniniz zəifləməyə başlayır."

Riskli davranışlar və baş zədələri

ABŞ-də aparılan bir araşdırmaya görə, hər il böyüklərin 3,3%-i, uşaqların isə 2,2%-i beyin travması keçirir. Yıxılmalar, qəza və zərbələr uzunmüddətli beyin zədələrinə səbəb ola bilər.
Amen baş zədələrinin qarşısını almaq üçün kask taxmağı, pilləkəndə məhəccərdən tutmağı və maşın sürərkən telefonla yazışmamağı tövsiyə edir. "Hətta yüngül zərbələr belə psixi sağlamlığa ciddi təsir edə bilər" - deyə xəbərdarlıq edir.

Pis vərdişləri dəyişdirməmək

Pis vərdişlərdən xilas olmaq çətin ola bilər, amma mümkündür. Mütəxəssislər bunun üçün üç əsas addım tövsiyə edir:

Mühiti dəyişmək - sizi pis vərdişə sürükləyən şeylərdən uzaqlaşın.

Sağlam alternativlər tapmaq - zərərli davranışları faydalı vərdişlərlə əvəz edin.

Özünüzə qarşı mərhəmətli olun - uğursuzluqları normal prosesin bir hissəsi kimi qəbul edin.
Lalə Qüdrətova
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 28 Sentyabr 2025 07:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see173

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see168

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see156

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see147

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see146

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see142

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see137

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see132

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see131

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see129

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri