Icma.az
close
up
RU
Kopernikin təhsil aldığı universitetdə Bakının polyak memarlığı nümayiş olunur

Kopernikin təhsil aldığı universitetdə Bakının polyak memarlığı nümayiş olunur

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Vyana, 12 iyun, AZƏRTAC

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Azərbaycanın Polşadakı səfirliyi tərəfindən Polşanın ən qədim ali təhsil müəssisəsi olan Yaqellon Universitetinin Kitabxanasında “Azərbaycanda polyak memarlığının inciləri” adlı sərgi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, sərginin açılışındaçıxış edən Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova Azərbaycan və Polşa xalqları arasında formalaşmış tarixi əlaqələrin, mədəni yaxınlığın və qarşılıqlı hörmətin əhəmiyyətini vurğulayıb. Azərbaycanın tarix boyu müxtəlif mədəniyyətlərin, dinlərin və xalqların qovuşduğu məkan olduğunu vurğulayan səfir bildirib ki, ölkədə multikulturalizm və tolerantlıq ənənələri əsrlər boyu formalaşıb. Onun sözlərinə görə, müxtəlif dinlərin birgə mövcudluğu Azərbaycanın zəngin mədəni irsinin əsas sütunlarından biridir. Məhz bu mühit müxtəlif xalqların və icmaların ölkənin inkişafına töhfə verməsinə imkan yaradıb.O qeyd edib ki, Azərbaycanda yaşayan polyaklar müxtəlif sahələrdə, o cümlədən memarlıq, mühəndislik, hüquq, təhsil, dövlət idarəçiliyi və hərb sahələrində mühüm iz qoyublar. Xüsusilə XIX əsrin sonu və XX əsrin əvvəllərində Bakının sürətli inkişafında polyak memarlarının rolu xüsusi əhəmiyyət daşıyıb. Neft sənayesinin sürətli yüksəlişi nəticəsində Bakı qısa müddətdə dünyanın ən mühüm sənaye və ticarət mərkəzlərindən birinə çevrilib. Bu dövrdə şəhərin memarlıq simasının formalaşmasında polyak memarlar Y.Qoslavski, K.Skureviç, Y.Ploşko və Y.Skibinskinin mühüm xidmətləri olub. Onların layihələndirdiyi binalar bu gün də Bakının memarlıq irsinin ən dəyərli nümunələri sırasında yer alır.

Səfir qeydedib ki, Polşa memarlıq məktəbinin təsiri təkcə Bakı ilə məhdudlaşmayıb. Belə ki, Y.Ploşko Şamaxıda Cümə mməscidinin bərpasına rəhbərlik edib, İ.Kşıştaloviç isə Gəncə şəhərinin baş memarı kimi şəhərin inkişafına mühüm töhfələr verib. Həmçinin Qusar və Zaqatalada polyak hərbçiləri tərəfindən tikilmiş katolik kilsələri bu gün də qorunub saxlanılır və iki xalqın ortaq tarixinin canlı şahidləri hesab olunur.

Çıxış zamanı Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və fəaliyyətində polyak mənşəli şəxslərin iştirakına da xüsusi diqqət yetirilib. Səfir qeyd edib ki, onlar hökumət strukturlarında, parlamentdə və məhkəmə sistemində məsul vəzifələr tutaraq gənc dövlətin möhkəmlənməsinə xidmət ediblər. Bu görkəmli şəxsiyyətlər arasında general M.Sulkeviç xüsusi yer tutur. Azərbaycan Milli Ordusunun Baş Qərargah rəisi olmuş M.Sulkeviç ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparıb. Həmçinin polyak zabitlərin Azərbaycanın ilk müstəqillik dövründə göstərdikləri xidmətlər yüksək qiymətləndirilib.

Səfir, həmçinin qeyd edib ki, Azərbaycanəsilli zabitlər də Polşanın müstəqilliyi uğrunda mübarizədə fəal iştirak ediblər. Onların sırasında polkovnik Vəli bəy Yadigar, polkovnik İsrafil bəy İsrafilov, polkovnik Cahangir bəy Kazımbəyli, polkovnik-leytenant İsrafil bəy Yadigarov, Həmid bəy Məmmədzadə və Kazım bəy Səfəroğlu kimi şəxsiyyətlər yer alır. Sonda səfir N.Qurbanova Polşanın Azərbaycanın mədəni, akademik və iqtisadi inkişafına verdiyi töhfələri yüksək qiymətləndirdiyini bildirib, iki xalq arasında əsrlər boyu davam edən dostluq münasibətlərinin və ölkələr arasında mövcud olan strateji tərəfdaşlığın gələcəkdə yeni birgə layihələrin həyata keçirilməsinə zəmin yaradacağına əminliyini ifadə edib.

Tədbirdə Yaqellon Universitetinin prorektoru Yaroslav Qurniak çıxış edərək sərginin iki xalq arasında uzun illər ərzində formalaşmış münasibətlərin, qarşılıqlı hörmətin və ortaq tarixi irsin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, polyak memarların, mühəndislərin, alimlərin və ictimai xadimlərin Azərbaycanın inkişafına verdikləri töhfələr təkcə iki ölkənin ortaq tarixinin bir hissəsi deyil, həm də müxtəlif mədəniyyətlərin əməkdaşlığının uğurlu nümunəsidir. Y.Qurniak vurğulayıb ki, Yagellon Universiteti tarixən xalqlar arasında elmi və mədəni dialoqun inkişafına böyük önəm verib. Bu baxımdan sərginin universitetin kitabxanasında keçirilməsi xüsusi rəmzi məna daşıyır. O qeyd edib ki, belə təşəbbüslər tarixi yaddaşın qorunmasına, eləcə də yeni nəsillərin ortaq irs haqqında məlumatlandırılmasına xidmət edir.

Çıxışının sonunda Y.Qurniak Azərbaycan və Polşa arasında akademik əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə edib, iki ölkənin universitetləri və elmi mərkəzləri arasında yeni layihələrin həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib.

Ali təhsil müəssisəsinin Filologiya fakültəsinin dekanı Vladislav Vitaliş çıxışında Azərbaycanın Polşadakı səfirliyi ilə Yagellon Universiteti arasında formalaşmış səmərəli əməkdaşlığı yüksək qiymətləndirib. O qeyd edib ki, son illərdə həyata keçirilən birgə layihələr, elmi tədbirlər, sərgilər və mədəni təşəbbüslər iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir. V.Vitaliş bildirib ki, Azərbaycan zəngin tarixi, dili, ədəbiyyatı və mədəni irsi ilə universitetin tələbələri və tədqiqatçıları üçün böyük maraq doğuran ölkələrdən biridir. Bu baxımdan əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı elmi mübadilələrin təşviqi və ortaq tədqiqat layihələrinin həyata keçirilməsi gələcək əməkdaşlığın əsas istiqamətlərindən biridir.

Dekan vurğulayıb ki, Yagellon Universiteti Azərbaycanın ali təhsil müəssisələri və elmi qurumları ilə yeni tərəfdaşlıqlar qurmaqda maraqlıdır.

Tədbirin davamında Filologiya fakültəsinin professoru E.Şimenets-Qolaş Azərbaycan-Polşa əlaqələri, Azərbaycanda Polşa memarlarının fəaliyyəti və irsi barədə məruzə ilə çıxış edib. Məruzədə xüsusilə XIX–XX əsrlərdə Azərbaycanda fəaliyyət göstərmiş Polşa memarlarının irsinə geniş yer verilib. Professor E.Şimenets-Qolaş onların Bakı və digər şəhərlərin şəhərsalma və memarlıq inkişafında mühüm rol oynadıqlarını bildirib. O vurğulayıb ki, bu memarların yaratdığı layihələr təkcə dövrünün mühüm memarlıq nümunələri deyil, həm də bu gün Azərbaycanın mədəni irsinin ayrılmaz hissəsidir.

Tədbirin sonunda iştirakçılara milli mətbəximizdən ləziz təamlar təqdim olunub. 30 iyun tarixinədək davam edəcək sərgi iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Qeyd edək ki, XIV əsrə aid Yaqellon Universiteti Polşanın ən qədim ali təhsil müəssisəsidir və dünyanın ən qədim universitetlərindən biri kimi tanınır. 1364-cü ildə təsis edilən bu ali məktəb əsrlər boyu Avropanın elmi və mədəni həyatında mühüm rol oynayıb. Məşhur astronom Nikolay Kopernik Yaqellon Universitetində təhsil alıb.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 İyun 2026 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see306

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see285

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see262

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see257

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see251

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see232

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see227

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see216

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see212

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see211

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see208

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see206

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see200

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see193

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see192

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see189

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see187

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see177

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see175

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri