Icma.az
close
up
RU
Koreyalı xanımla evlənən azərbaycanlı: Kəlbəcəri çox görmək istəyir FOTO

Koreyalı xanımla evlənən azərbaycanlı: Kəlbəcəri çox görmək istəyir FOTO

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Koreyalı Mincan Kimlə ailə həyatı quran həmyerlimiz, əslən Kəlbəcər rayonundan olan Ələddin Mehralızadənin hekayəsi insanların marağına səbəb olub.

Modern.az hekayənin qəhrəmanı Ələddin Mehralızadə ilə həmsöhbət olub.

O bildirib ki, xanımı ilə 5 ildən artıqdır tanışdırlar, evliliklərinin isə 2-ci ilidir. Ələddinin sözlərinə görə, ailəsi əvvəlcə bu izdivaca razı olmayıb%

“Fərqli bir ölkədən olduğu üçün qəbullanma və razılıq məsələləri ilk olaraq müsbət deyildi. Tanış olduqda ilk görüşdən razı idilər. Hal-hazırda çox mehribandırlar. İlk il onun üçün çətin idi. Bu çətinlikləri birlikdə zamanla aşdıq. Lakin bəzi problemlər hələ də mövcuddur. Bəzən yoldaşım irqi ayrı-seçkiliklə qarşılaşır, bunlara misal olaraq, ona Ni Hao, çinli, "çan çin çon" deyirlər. Əlavə olaraq it əti, ilan, qurbağa yemələri və ya pis qoxu gəlmələri ilə bağlı fikir bildirənlərdə olur. Halbuki koreyalılarda tər qoxusu olmur. Koreya dünyanın ən təmiz və inkişaf etmiş ölkələrindən biridir. İt əti yemək rəsmi olaraq qadağandır.

Digər narahatlıq törəndən amillər də var, buna nümunə olaraq, məsələn həyat yoldaşım bəzi insanların qapalı məkanlarda, küçədə və ya taksidə siqaret çəkməsindən narahat olur".

Müsahibimiz qeyd edib ki, əslində Azəraycanla Koreya arasında bir çox oxşar adət-ənənələr var:

"Bu da çətinliklərin az olmasına səbəb olur. Əsas çətinliklərdən biri insanların başqalarının həyatına müdaxilə etmə istəyidir. İnsanların hər şeyin mükəmməl bildikləri və etdiklərini düşünərək soruşmadan hərəkət etmək kimi hallar çətinlik yaradır. Amma zamanla həyat yoldaşım bunlara alışıb və özü uyğunlaşmağa çalışır. Həyat yoldaşım insanların daha gülərüz olmasını, böyük-kiçik münasibətlərinin qorunmasını və irq fərqlərinə qarşı daha açıq fikirli olmasını arzulayır. Onun Azərbaycanda ən çox sevdiyi xüsusiyyətlər isə metro və avtobusda qadınlara, yaşlılara yer verilməsi, qonaqpərvərlik, böyük gələndə hörmət göstərilməsi və insanların ürəyiaçıqlığıdır".

Ə.Mehralızadə sonda bildirib ki, əslən Kəlbəcərdən olsalar da, Mincin xanımın oraya getməsi hələlik mümkün olmayıb:

“Çox istərdim görsün, onun özü də Kəlbəcəri çox görmək istəyir, amma iş rejimimiz səbəbindən hələ gedə bilməmişik. Həftənin 6 günü fasiləsiz işləyirik. Hazırda isə Bakıda yaşayırıq. Mən 4 il əvvəl bir dəfə getmişəm, amma həyat yoldaşımla birlikdə hələ gedə bilməmişik”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Yanvar 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri