Icma.az
close
up
RU
Körfəz ölkələri ABŞ dən üz döndərir? Ərəb NATO su qurulur

Körfəz ölkələri ABŞ dən üz döndərir? Ərəb NATO su qurulur

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatlardan sonra Yaxın Şərqdə gərginlik sürətlə genişlənərək regional müharibə təhlükəsini daha da artırıb. Tehran “qisas əməliyyatları” çərçivəsində Körfəz ölkələrində bir sıra strateji hədəflərə raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirib.

İranın cavab hücumlarından ən çox zərər çəkən ölkə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) olub. BƏƏ Müdafiə Nazirliyi bildirib ki, hava hücumundan müdafiə sistemləri yalnız son hücum dalğasında İrandan atılan 7 ballistik raket və 27 dronu məhv edib.
Ümumilikdə isə müharibə başlayandan bəri ölkənin müdafiə sistemləri 285 ballistik raket, 15 qanadlı raket və 1567 dronu zərərsizləşdirib. Hücumlar nəticəsində müxtəlif millətlərdən 6 nəfər həlak olub, 141 nəfər yaralanıb.

Son iki həftə ərzində digər ərəb ölkələri Küveyt, Bəhreyn, Qətər, İordaniya, Səudiyyə Ərəbistanı, Oman da İranın raket və dron hücumlarının hədəfi olub. Bütün bu göstəricilər ABŞ-nin artıq körfəz ölkələrinin təhlükəsizliyini tam təmin edə bilmədiyi təəssüratı yaradır. Məhz bu səbəbdən Körfəz ölkələrinin təhlükəsizliklə bağlı strategiyalarının dəyişməsi ehtimalı ortaya çıxır. 

Modern.az-a açıqlamasında siyasi şərhçi Rufiz Hafizoğlu bildirib ki, hazırda İran maksimum aqressivlik nümayiş etdirmir:

“Hazırda Avropa İranla müharibədə ABŞ və İsraili meydandan tək qoyub. Məsələ ondan ibarətdir ki, bir vaxtlar İranın nüvə məsələsində dialoq üçün vasitəçilik edən ölkələr belə hazırda gedən proseslər fonunda dialoqun aparılması üçün çıxış belə etmirlər. Reallıq ondan ibarətdir ki, ərəb ölkələri vurulur. Mən İranın hazırda  maksimum aqressivlik nümayiş etdirdiyini düşünmürəm. İran maksimum aqressivliyini daha sonrakı müddətə saxlayıb. Təəssüflər olsun ki, Azərbaycanın da vurulmasının şahidi olduq. Eyni zamanda, Türkiyə ərazisinə 3 raket  atıldı. Məsələ ondan ibarətdir ki, İran rəsmiləri açıq şəkildə ABŞ-nin siyasi, iqtisadi maraqlarını  bölgədə müharibə davam edərsə hədəf alacaqlarını bildirirlər. Əslində bu açıqlama  İranın Naxçıvana hücumun arxasında dayandığını göstərir.  Çünki Naxçıvan olduqca həssas bölgədir. Eləcə də ABŞ Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan və Ermənistanın razılığa gəlməsində uğurlu vasitəçilik missiyası həyata keçirib. Ona görə də, İran öz məntiqinə görə, buranı boş buraxa bilməzdi. Reallıq ondan ibarətdir ki, bu ərazilər də İran tərəfindən vurulub”.

Siyasi şərhçi qeyd edib ki, ABŞ İranla müharibədə istədiyinə nail ola bilməsə ərəb ölkələri təhlükəsizlik alyansında dəyişiklik olacaq:

“Bu gün ərəb mediasında da “Ərəb NATO”su məsələsi gündəmə gəlir və müzakirə olunur.  Lakin “Ərəb NATO”sunun nə qədər effektiv olacağı sual altındadır. Ərəb ölkələri, bəli, dostlarımızdır, onların Azərbaycanla əlaqələri inkişaf edir. Buna baxmayaraq, Misir və İraqı çıxmaq şərti ilə digər ərəb ölkələrinin özlərini müdafiə etmək qabiliyyətləri sıfıra bərabərdir. Bu baxımdan ABŞ müharibədə istənilən nailiyyəti əldə etməyəcəyi təqdirdə, heç şübhəsiz, ərəb ölkələri təhlükəsizlik bloku axtaracaqlar. Artıq bunun startını Səudiyyə Ərəbistanı qoyub. Çünki Səudiyyə Ərəbistanı Pakistanla çox ciddi hərbi blok yaratmışdı. Hərbi əməkdaşlıq məsələsi gündəmə gəlmişdi. Və bunun domino effekti vermə ehtimalı olduqca yüksəkdir. Digər yandan, Qətər ola bilər ki, Türkiyə ilə təhlükəsizlik blokunu daha da gücləndirsin”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 Mart 2026 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see504

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see315

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see287

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see276

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see275

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see275

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see272

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see268

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see268

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see246

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see241

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see239

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see237

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see232

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see220

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see216

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see214

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see210

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see208

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri