Körfəz ölkələrindən Vaşinqton və Tehran arasında danışıqlara çağırış
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Körfəz Əməkdaşlıq Şurasının Nazirlər Şurası ABŞ və İran arasında nüvə danışıqlarını bərpa etməyə çağırıb.
Bakıvaxtı.az xəbər verir ki, Qətərin paytaxtı Dohada keçirilən Körfəz Əməkdaşlıq Şurasının 49-cu fövqəladə iclasında regiondakı son gərginlik müzakirə olunub.
Şuranın baş katibi Casim Məhəmməd Əl-Budeivi yekun bəyanatda ABŞ prezidenti Donald Trampın İsrail və İran arasında əldə olunmuş atəşkəslə bağlı açıqlamasının alqışlandığını bildirib. Bəyanatda ABŞ və İran arasında nüvə danışıqlarının bərpasına çağırış yer alıb.
İclasda həmçinin İranın Qətərdəki ABŞ bazası – "Əl-Udeyd"ə raket zərbələri endirməsi də gündəmdə olub. İranın Xarici İşlər naziri Abbas Əraqçi bu hücumun ABŞ-ın İranın ərazi bütövlüyünə qarşı əvvəlki hərbi əməliyyatlarına cavab olduğunu və Qətərə qarşı yönəlmədiyini bəyan edib.
Əli Hüseynov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 25 İyun 2025 09:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















