Icma.az
close
up
RU
Korluğun müalicəsi TAPILDI: inqilabi KƏŞF

Korluğun müalicəsi TAPILDI: inqilabi KƏŞF

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Alimlər ilk dəfə olaraq yaşla bağlı makulyar degenerasiya (yaşlı insanlarda korluğun əsas səbəblərindən biri) olan xəstələrdə görmənin bərpa olunduğunu bildiriblər. “Cell Stem Cell” jurnalında dərc olunan erkən klinik tədqiqat mərhələsində göstərilib ki, torlu qişanın altına kök hüceyrələrin köçürülməsi təkcə təhlükəsiz olmayıb, həm də bütün iştirakçılarda görməni yaxşılaşdırıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, araşdırmada xəstəliyin ağır mərhələsindən əziyyət çəkən 71–86 yaş arası altı nəfər iştirak edib. Tədqiqatçılar hər bir xəstənin ən çox zədələnmiş gözünə 50 min ədəd kök hüceyrə yeridiblər. Bu hüceyrələr makulyar degenerasiya zamanı məhv olan torlu qişanın piqment epitel hüceyrələrinə çevrilə bilir. Tədqiqatın əsas məqsədi üsulun təhlükəsizliyini yoxlamaq idi, lakin nəticələr gözləniləndən daha yaxşı olub. Hüceyrələrlə bağlı heç bir fəsad qeydə alınmayıb və xəstələrdə görmə qabiliyyəti yaxşılaşıb.

Xüsusilə də ilkin görmə qabiliyyəti ən zəif olan üç iştirakçıda müşahidə olunan dəyişikliklər təsirli olub: bir ildən sonra onlar orta hesabla 21 hərf daha çox görə biliblər. Alimlər qeyd edirlər ki, xəstəliyin quru formasının gec mərhələsində olan pasiyentlərdə belə yaxşılaşma əvvəllər müşahidə edilməyib.

Hazırda tədqiqatçılar daha yüksək dozalı hüceyrələrlə sınaqları davam etdirirlər. Əgər təhlükəsizlik təsdiqlənsə, bu texnologiya mərkəzi görmənin itmə sürətini yalnız yavaşlatmaqla kifayətlənməyib, onu real şəkildə bərpa etməyə qadir ilk müalicənin əsasını qoya bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:265
embedMənbə:https://lent.az
archiveBu xəbər 28 Noyabr 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see743

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see307

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see287

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see280

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see276

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see263

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see252

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see249

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see246

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see242

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see230

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see218

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see210

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see206

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see206

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see205

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see201

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see199

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see197

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri