Icma.az
close
up
RU
Korluğun əlacı tapıldı Çindən KƏŞF

Korluğun əlacı tapıldı Çindən KƏŞF

Sfera.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Çinin Fudan Universitetinin tədqiqat qrupu tibb sahəsində böyük elmi irəliləyişə imza atıb.

Sfera.az türk mediasına istinadən xəbər verir ki, onlar tellur adlı nadir mineral əsasında korluğun müalicəsində istifadə edilə biləcək süni tor qişa hazırlayıblar. Bu yenilik yalnız görmə qabiliyyətini bərpa etmir, həm də orqanizmin təbii imkanlarını aşaraq “super görmə” funksiyası qazandırır.

“Science” jurnalında dərc olunan araşdırma süni tor qişanın hazırlanmasında platin kimi nadir element sayılan tellurdan istifadə olunduğunu göstərir. Tellurun unikal fotoelektrik xüsusiyyətləri sayəsində bu nanotel implantları görünən işığı və infraqırmızı şüaları heç bir əlavə qurğuya ehtiyac olmadan birbaşa elektrik siqnallarına çevirə bilir.

Bu texnologiya genetik olaraq kor edilmiş siçanlar və meymunlar üzərində sınaqdan keçirilib və zədələnmiş fotoreseptor hüceyrələri uğurla əvəzləyərək görmə qabiliyyətini bərpa edib. Ən diqqətçəkən nəticə isə implant yerləşdirilmiş kor siçanların normal siçanlardan daha yaxşı performans göstərməsi və infraqırmızı işığı da görə bilməsi olub. Mütəxəssislər bildirirlər ki, bu süni tor qişa təkcə korluğun müalicəsində deyil, eyni zamanda insan görmə imkanlarını genişləndirməkdə də mühüm rol oynaya bilər. Gələcəkdə bu texnologiyanın insanlara tətbiqi ilə həm görmə itkisinin qarşısı alınacaq, həm də texnologiya dəstəyi ilə yeni bir görmə erası başlaya bilər. Tədqiqat qrupu bu ixtiranın tibbdə və nevrologiyada geniş tətbiq sahələrinə yol açacağını və insan həyat keyfiyyətində ciddi dəyişikliklər yaradacağını vurğulayır.

Fidan Hacızadə

Sfera.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://sfera.az
archiveBu xəbər 09 İyun 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda biznesmenlərin 3 milyonunu alan dəstəyə HÖKM OXUNDU

04 Avqust 2026 12:39see514

Yer kürəsindəki bütün insanlar eyni anda tullanarsa, nə baş verər?

04 Avqust 2026 05:05see475

Təhsil kreditində böhran siqnalı: “İflasa uğrayıb”

04 Avqust 2026 11:52see318

Corcina Rodriges ona “kök” deyənlərə cavab olaraq bədənini nümayiş etdirib FOTO

05 Avqust 2026 04:19see255

Bir ailə eyni anda 200 “Ginnes” rekorduna imza atdı

05 Avqust 2026 06:22see254

İtaliya miqrantların yerləşdirilməsi üçün Ermənistanı nəzərdən keçirir KİV

04 Avqust 2026 18:03see254

Nəriman Həsənzadənin Elçibəyə yazdığı şeiri üzə çıxdı

04 Avqust 2026 08:26see247

İnanılmaz ikiüzlülük... Trampdan ŞOK paylaşım

04 Avqust 2026 02:21see236

Təyyarəyə simsiz qulaqlıqla minmək qadağası gəlir səbəb

05 Avqust 2026 02:03see218

“Nizami” və “28 May” arasında fəaliyyət göstərəcək avtobuslar pullu olacaq

04 Avqust 2026 15:41see212

Vəkil manipulyativ şəxsi dərhal susduran 3 ifadəni açıqladı

04 Avqust 2026 05:05see203

Silva: “Mourinyonun rəhbərliyi altında öyrənməyi səbirsizliklə gözləyirəm”

04 Avqust 2026 05:10see202

Deko Xulian Alvares üçün Madridə gəlib

05 Avqust 2026 02:08see196

“Yuventus” müdafiəçi transfer edir

04 Avqust 2026 01:24see194

Qarabağda minalar belə təmizlənir VİDEO

04 Avqust 2026 17:10see193

Qvardiolanın gözü MLS in gənc ulduzundadır

04 Avqust 2026 19:33see192

Hindistan Rusiyanın bu təyyarələrini almaqdan imtina etdi

05 Avqust 2026 01:22see182

Dua edən it, kəkilli buzov, uçan at... Fotolar

05 Avqust 2026 03:47see173

19FortyFive: Moskvaya uçan dronlar...

05 Avqust 2026 18:49see172

Bakı metrosunda avqustun 15 dən yeni mərhələ BAŞLAYIR

05 Avqust 2026 19:27see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri