Icma.az
close
up
RU
Tarixi kəşf: TƏSADÜFƏN TAPILDI

Tarixi kəşf: TƏSADÜFƏN TAPILDI

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

Türkiyənin Bartın vilayətinin Akbaş kəndində kəndlilər təsadüfən qədim bir çinar ağacı aşkar ediblər. Uzmanlar tərəfindən aparılan ilkin araşdırmalara əsasən, ağacın təqribən 640 il yaşı olduğu müəyyən edilib. Boyu 39 metr, gövdəsinin diametri 4 metr olan bu ağac, həm tarixi, həm də bioloji baxımdan yüksək dəyərə malikdir.

Bu barədə News24.az Milliyet-ə istinadən xəbər verir. 

Kəndlilərin məlumat verməsindən sonra bölgəyə Bartın valisi Nurtaç Arslan və müvafiq qurumların nümayəndələri gedib, ağac yerində incələnib. Vali Arslan onun “anıt ağac” kimi rəsmi şəkildə qeydiyyata alınaraq qorunması üçün göstəriş verib.

Bartın Universitetinin rektoru Prof. Dr. Ahmet Akkaya isə bu ağacla bağlı aparılan araşdırmaların nəticələrini ictimaiyyətə təqdim edib. Onun sözlərinə görə, həmin bölgədə ikinci bir qədim ağac daha aşkarlanıb. Hər iki ağacın turizm və mədəni dəyərinin artırılması üçün onların tarixçəsinin və yerli əfsanələrinin toplanması vacib sayılır.

Komissiyada iştirak edən Orman Fakültəsinin müəllimi Prof. Dr. Barbaros Yaman bildirib ki, ağacın yaşı çevrədəki digər çinarların illik inkişaf halqaları əsas götürülərək hesablanıb və təxmini 600–680 il aralığında olduğu müəyyən edilib. Bu xüsusiyyətləri sayəsində ağac “anıt ağac” statusuna layiq görülüb.

Hazırda hər iki ağacın rəsmi qeydiyyatı və turizm dəyərinin artırılması ilə bağlı işlər aparılır. Ağacların tarixi ilə bağlı kəndlilərin bildikləri əfsanələr və xatirələr də toplanacaq. Bu nadir tapıntı bölgə üçün həm təbiət abidəsi, həm də mədəni miras olaraq qorunacaq.

Xeyrənsə Piriyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://news24.az
archiveBu xəbər 23 İyul 2025 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see477

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see452

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see386

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see380

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see355

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see349

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see339

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see339

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see334

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see330

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see314

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see288

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see286

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see272

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see260

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see236

Uşaqlara vitamin verməklə immuniteti gücləndirmək mümkün deyil Səhiyyə Nazirliyinin eksperti

24 Noyabr 2026 22:15see231

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see228

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see207

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri