Icma.az
close
up
RU
Koroğlu kimmer, Dədə Qorqud skif tayfasından olub Həsən Həsənovun kitablarının təqdimatından REPORTAJ

Koroğlu kimmer, Dədə Qorqud skif tayfasından olub Həsən Həsənovun kitablarının təqdimatından REPORTAJ

Icma.az, Lent az saytına istinadən bildirir.

Böyük Britaniyanın BP şirkətinin təşkilatçılığı ilə tanınmış alim, görkəmli ictimai və dövlət xadimi, tarix elmləri doktoru, professor Həsən Həsənovun  "AZƏRBAYCAN Tarixi-coğrafi atlas" və "AZƏRBAYCAN Tarixi-etnoqrfik atlas" kitab-albomlarının təqdimatı keçirilib.

Lent.az kitab təqdimatından reportajı təqdim edir.

Bakı Kitab Mərkəzindəyəm. Tədbirin başlamasına hələ 20 dəqiqə var. Tanış və tanınmış simaları, media nümayəndələrini görürəm. "525-ci qəzet"in baş redaktoru, Mətbuat Şurasının sədri Rəşad Məcid filologiya elmləri doktoru, professor Nizami Cəfərovla söhbət edir. Yaxınlaşıb salamlaşıram. Rəşad müəllim əsərin məziyyətlərindən, Azərbaycan tarixi üçün dəyərli olmasından danışır:

- Sən özün də oxu, Həsən müəllim çox dəyərli şeylər yazıb...

Alimlər, professorlar, deputatlar dəyirmi masalar ətrafında söhbət edir, Həsən Həsənovun kitabından danışırlar. Rəşad Məcid məni masaya dəvət edir. Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev də buradadır. Xalq şairi Sabir Rüstəmxanlı da gəldi. Həsən Həsənovla salamlaşıb təbrik edir.

Təqdimat başlayır. Hamı yavaş-yavaş yerlərinə keçir. Stulların üstündə səliqəli bağlamada Həsən müəllimin kitabları qoyulub. Yerimə oturub kitabı vərəqləyirəm - "AZƏRBAYCAN Tarixi-coğrafi atlas". Kitabda qədim Azərbaycan xəritələri, onların tarixi və bir çox mövzular haqqında geniş fəsillər var.

Tədbirin açılışını Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı edir. O, kitablarda Azərbaycanın qədim bir dövlət kimi formalaşmasının tarixi faktlarla sübut edildiyini bildirir. 

Nəhayət, söz müəllifə - Həsən Həsənova verilir. O, kitabın ən maraqlı yerlərindən danışır, izahlar verir.

Qarşısındakı monitorda Koroğlunun şəkili açılır:

- Araşdırmaçılar təsdiqləyiblər ki, Koroğlu kimmer tayfasından olub, Dədə-Qorqud isə skif tayfasından. 

Həsən Həsənov kitabdakı digər faktlardan danışır. İllərdir inandığımız fikirləri darmadağın edir:

- Novruz Zərdüştilərin bayramı deyil. Zərdüştilikdə odun üzərindən tullaqmaq günahdır...

Zalda hamı təəccüblə Həsən müəllimi dinləyir. O, çıxışını (buna seminar da deyə bilərik) bitirir.

Deputat Rasim Musabəyov Həsən müəllimin kitabından, onun Azərbaycan tarixindəki yerindən, mədəniyyətimizə qatqısından danışır. 

...Mən isə kitabı vərəqləyirəm: Atropatena... Albaniya... Asssuriya... Azərbaycan...

Foto - İlkin Nəbiyev ©️ APA GROUP

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://lent.az
archiveBu xəbər 14 May 2025 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see240

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see146

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see146

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see137

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see137

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see136

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see135

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see133

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see133

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see128

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri