Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

Secret Santa üçün ideal hədiyyə seçimi necə olmalıdır?

Həsən Həsənovun yaradıcılıq psixologiyası Səməd Seyidov yazır

Həsən Həsənovun yaradıcılıq psixologiyası Səməd Seyidov yazır

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Səməd SEYİDOV

Belə qədim bir ərəb məsəli var: hər şey zamandan qorxur, zaman isə piramidalardan... Amansız və güzəştsiz zaman piramidalarla mübarizədə məğlub oldu. Bu məğlubiyyətin səbəbi təkcə onların tikildiyi daş blokların keyfiyyəti və möhkəmliyi deyil, həm də onları qədim Misirin qumlarında ucaldan insanların yaradıcığı, dahiliyi və tükənməz potensialıdır. Əgər onlardan insan yaradıcılığının çıxarsaq, onlar dağılacaq və qum dənəciklərinə çevriləcək, zaman isə öz sirlərini əbədi olaraq örtən yorğan kimi onları gizlədəcəkdir.

Mən bu misalı təsadüfən çəkmədim, çünki yaradıcılıq yer üzündə mövcudluğumuza məna verən, həm də yaradıcının adını və onun fəaliyyətinin nəticələrini ölümsüzləşdirərək zamanın sərhədlərini genişləndirən heyrətamiz bir fenomendir. Məhz bu səbəbdən bütün dövrlərin alimləri yaradıcılığın mənbələrini açmağa, ona "qızıl açar" tapmağa çalışmışlar. Onlar hər yerdə axtarırdılar: səmada və yerdə, kimyəvi reaksiyalarda və gen strukturlarında, DNT-də və molekullarda, lakin hər şey puç olurdu. Alimlər yaradıcılıq prosesinin təbiətini anlamağa nə qədər yaxınlaşırdılarsa, onun incə toxuması əllərində həll olur, yalnız insan beynində gedən konkret biokimyəvi proseslər qalırdı.

Yalnız XX əsrin ortalarında alimlər belə nəticəyə gəldilər ki, yaradıcılığın təbiətini başa düşmək və öyrənmək yalnız yaradıcılıq fəaliyyətinin məhsulunu deyil, həm də yaradıcı şəxsiyyətin özünüdə təhlil etməklə mümkündür.

Məhz buna görə hörmətli Həsən müəllimin əsərlərini təhlil etmək istəmirəm. Bu işləri başqaları daha yaxşı və peşəkar şəkildə həyata keçirəcək. Mənim məqsədim onun həyat fəaliyyətini təsvir etmək də deyil. Mən Həsən müəllimin təkrarolunmaz şəxsiyyətinin bəzi yaradıcı qabiliyyətlərinin təhlilinə keçmək istəyirəm, çünki o, artıq zamanla mübarizəni qazanıb və adını ölkəmizin həm elm, həm də tarix salnaməsinə layiqincə yazıb.

Məcazi və orijinal təfəkkür qabiliyyəti: Həsən müəllimin yaradıcı şəxsiyyətinin əsas xüsusiyyətlərindən biri məhz budur. Həsən Həsənovun bir neçə məqalə və ya kitabını oxumaq kifayətdir ki, onun maraqlandığı mövzulara - Azərbaycanın tarixinə necə orijinal və təkrarolunmaz yanaşdığı aydın olsun. Bu yaxınlarda kitab evində onun "Azərbaycanın tarixi-coğrafi atlası" və "Azərbaycanın tarixi-etnoqrafik atlası" adlı fundamental kitablarının təqdimatı keçirildi. Bu kitablarda Həsən müəllim çoxlarını maraqlandıran məsələləri sadəcə daha yaxşı araşdırmaqla kifayətlənmədi, həm də onları təqdim etmək üçün heç kimin ağlına gəlməyən üsul tapdı. Beləliklə, o, təkcə tariximizdəki mühüm hadisələrə işıq salmadı, həm də öz təfəkkürünün məcaziliyini və orijinallığını sübut etdi. Görkəmli psixoloqlar çoxdan sübut ediblər ki, adi şeyləri, hadisələri və fenomenləri yeni, qeyri-ənənəvi formalarda və əlaqələrdə təqdim edə bilmək yaradıcılıq fəaliyyətinin məhsuldarlığını əks etdirir.

Çoxşaxəli sahələrdə peşəkarlıq: Həsən Həsənovun yaradıcı şəxsiyyətinin digər əhəmiyyətli xüsusiyyəti bir-biri ilə birbaşa əlaqəsi olmayan hadisələrdə, fenomenlərdə və proseslərdə asanlıqla istiqamətlənmə qabiliyyətidir. Mühəndis, memar, iqtisadçı, diplomat, tarixçi alim, siyasətçi, böyük idarəçi, menecer, yazıçı, dramaturq və s. bu, Həsən Həsənovun yüksək peşəkar hazırlığını və bir sahədəki biliklərini başqa sahədə ustalıqla istifadə etmə qabiliyyətini əks etdirən sahələrdən yalnız bir hissəsidir. Həsən Həsənovun düşüncə çevikliyi, xüsusən tarixi faktların və hadisələrin təfsirində fərqli olanı birləşdirmək və ortaq cəhətləri tapmaq bacarığı insanı heyran edir.

"Daxili görmə" qabiliyyəti: Tanınmış yaradıcı proseslər tədqiqatçısı F.Baranın fikrincə, "daxili görmə" qabiliyyəti yaradıcı şəxsləri fərqləndirən əsas xüsusiyyətlərdən biridir. Həsən Həsənov bunun parlaq nümunəsidir. O, hadisənin mahiyyətinə son təhlilinə qədər nüfuz edə, intuisiyası ilə doğru istiqaməti hiss edə bilir. Mən onun bu qabiliyyətinin bir çox dəfə diplomatik, elmi və siyasi fəaliyyətində şahidi olmuşam. O, başqalarının ilkin olaraq görə bilmədiyi hadisə və ya prosesin ən mühüm xüsusiyyətlərini dəqiq müəyyənləşdirə bilir. Təsadüfi deyil ki, Həsən müəllim Ümummilli lider Heydər Əliyevin ən yaxın silahdaşlarından biri idi və onun ideyalarını daim icra edən şəxlərdən biri olub.

Nizam yaratma qabiliyyəti: Həsən Həsənovun başqa bir heyrətamiz xüsusiyyəti də var. O, sadəcə nizamı və dəqiqliyi sevmir, onları yaradır. Bəzən bunu təzyiq, qəzəb və ya etirazla etsə də, tez sakitləşir və emosional fonunu praqmatik yanaşma ilə əvəz edir, nəticə əldə etmək üçün dəqiq təlimatlar verir. Öz davranışı ilə fəaliyyətin effektivliyinin əhəmiyyətini göstərir. Mən anlayıram ki, nizam və xaos anlayışları çox subyektivdir. Bəzən bir nəfər üçün nizam olan şey digər biri üçün xaos kimi görünə bilər. Lakin bu ziddiyyəti həll etmək olar: əgər fəaliyyətin effektivliyi və məhsuldarlığı yüksəkdirsə, deməli, hər şey qaydasındadır. Həsən Həsənovun məhsuldarlıq səviyyəsi çox yüksəkdir. 85 yaşında olmasına baxmayaraq, o, enerjilidir: mühazirələr oxuyur, kitablar yazır, alimlər və siyasətçilərlə müzakirələr aparır, Türk dünyasının ağsaqqallar şurasında Azərbaycanın nümayəndə heyətində çalışır, tez-tez beynəlxalq konfranslarda çıxışlar edir. Sadaladıqlarım xüsusiyyətlərin onda olması Ulu öndər Heydər Əliyevin onu seçməsi və öz kadrı kimi yetişdirməsinin bir növ təzahürüdür. Heydər Əliyevin tələbkarlığı və xüsusi idarəetmə qabiliyyəti Həsən müəllimi ən uğurlu dövlət xadimlərindən birinə çevirdi.

Vətənə xidmət: Həsən Həsənovun ən böyük qabiliyyəti isə onun bütün potensialını doğma Azərbaycanının rifahı naminə istifadə etməsidir. Fərq etməz, o, harada işləyib, hansı məsul vəzifələrdə olub. O, həm Baş nazir, həm xarici işlər naziri, həm diplomat, həm də alim kimi bütün fəaliyyətini Azərbaycanın inkişafına həsr edib. Bu gün isə Türk Dövlətləri Təşkilatında ölkəmizi təmsil edərək, əsl ağsaqqal kimi yaradıcılıq fəallığının nümunəsini nümayiş etdirir. Onun fəaliyyəti təkrarsızdır və Vətənə sonsuz məhəbbətlə doludur. O, bütün həyatı boyu Azərbaycanı istedadı və yaradıcılığı ilə qoruyub və indi də qoruyur.

Həsən müəllimə möhkəm cansağlığı və tükənməz enerji arzu edirəm. İnanıram ki, növbəti illərdə bizi yaradıcı əsərləri ilə yenə də sevindirəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Avqust 2025 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see255

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see241

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see215

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see211

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see209

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see196

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see191

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see190

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see165

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see162

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see162

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see161

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see159

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see159

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see156

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see154

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see152

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see148

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see147

Secret Santa üçün ideal hədiyyə seçimi necə olmalıdır?

25 Dekabr 2025 06:13see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri