Icma.az
close
up
RU
Koronavirusun yeni növü yayılır Pandemiya olacaq?

Koronavirusun yeni növü yayılır Pandemiya olacaq?

Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.

Koronavirusun "Nimbus" adlı yeni ştammı bütün dünyada yayılmağa başlayıb. Artıq Böyük Britaniya, Hindistan, ABŞ və digər ölkələrdə yoluxma halları aşkarlanıb. Bəs yeni ştammın Azərbaycanda yayılması mümkündür?

Tibb eksperti Adil Qeybulla Metbuat.az-a açıqlamasında bildirib ki, koronavirus pandemiyası bitsə də, hələ də epidemik ocaqlar davam edir. Bu, koronavirusa qarşı effektiv müalicə üsulunun və profilaktik tədbirlərin olmaması ilə bağlıdır:

“Bildiyiniz kimi, pandemiya başlayanda onu ciddiyə almadılar, dünya ölkələri arasında vahid koordinasiya sistemi qurula bilmədi. Dünya Səhiyyə Təşkilatı bu məsələdə kifayət qədər moderator rolunu oynaya bilmədi və nəticədə koronavirus qısa müddətdə bütün dünyaya yayılaraq qlobal pandemiyaya çevrildi. Hərçənd bu gün vaksinlərin hesabına infeksiya zənciri qırılıb və pandemiya rəsmi olaraq sona çatsa da, bəzi epidemik ocaqlar hələ də qalmaqdadır. Çünki omikron ştamının bəzi variantları hələ də xəstə orqanizmlərdə – məsələn, terminal mərhələdə olan, orqan köçürülmüş immunosupressiya altında olan və ya autoimmun xəstəliklər səbəbindən uzunmüddətli müalicə alan insanlarda qalmaqdadır. Bu cür zəif immun sisteminə malik orqanizmlərdə virus yaşamağa, artmağa, mutasiyaya uğrayaraq yeni variantlar yaratmağa davam edir”.

A.Qeybulla “Nimbus" adlı ştamın omikronun yeni mutasiya olunmuş variant olduğunu deyib:

“Bu variantın öldürücülük qabiliyyəti və yoluxuculuq indeksi ilə bağlı dəqiq, yekdil fikir olmasa da, onun yayılması narahatlıq doğurur. Düzdür, ekspertlər yeni pandemiyanın baş verməsini istisna edirlər, lakin bu cür davam edən epidemik ocaqlar prosesin xroniki xarakter almasına səbəb ola bilər. Orta əsrlərdə pandemiyalar dalğavari, yəni gah artan, gah azalan bir xarakter daşıyırdı. Hazırda da vəziyyət buna bənzəyir. Bu səbəbdən düşünürəm ki, bu məsələyə ciddi yanaşmaq lazımdır. Dünya Səhiyyə Təşkilatının yeni və daha təsirli tövsiyələri vacibdir və ayrı-ayrı ölkələr bu tövsiyələri yerinə yetirməyə məsuliyyətli yanaşmalıdırlar”.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:241
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 23 İyun 2025 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see364

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see334

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see325

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see295

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see292

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see275

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see271

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see255

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see252

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see242

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see232

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see225

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see216

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see203

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see197

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see196

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see182

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri