Icma.az
close
up
RU
Körpələr qığıltı və çığırtı səsləri ilə nə deyirlər?

Körpələr qığıltı və çığırtı səsləri ilə nə deyirlər?

Icma.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Körpələrin danışmağa başlamazdan əvvəl çıxardıqları səs və qığıltılar təsadüfi səslər deyil. Bu, nitqin inkişafının əsas elementləri ola bilər.

Azpost.info “Planet Today” portalına istinadən yazır ki, körpələr həyatının ilk ayından etibarən bu səsləri arabir deyil, qrup şəklində çıxarır. Bu, onların danışmağı öyrənməzdən əvvəl “məşq” etdiklərini göstərir.

ABŞ-ın  Alabama Universitetində bununla bağlı araşdırma aparan Hen Cu Yu bildirib ki, onların müəyyən etditi tapıntı körpələrin həyatının ilk aylarından müxtəlif səs növləri ilə məşq etdiyini göstərir. “Bu, daha sonrakı dil inkişafının əsasını qoyur”.

Yu deyib ki, əvvəlki tədqiqatlar 5-7 aylıq körpələr üzərində aparılıb. Bununla belə, daha sadə körpə səslərinin üç ən çox yayılmış növü – qığıltılar, nəriltilər və vokant adlanan orta sait kimi səslər – nadir hallarda tədqiq edilib.

Daha çox məlumat əldə etmək üçün Yu və onun həmkarları Atlantada və ya onun yaxınlığında yaşayan, normal inkişaf edən 130 körpənin – 71 oğlan və 59 qızın valideynlərindən körpələrin ciblərinə kiçik diktofonlar qoymağı xahiş ediblər. Bu cihazlar doğumdan sonra ilk iki il ərzində ayda bir dəfə gündə 16 saat körpələrin səsini yazıb.

Tədqiqatçılar körpələr arasında təsadüfi seçim edərək  hər gün 5 dəqiqəlik səsi yazılan 21 seqment seçiblər. Daha sonra körpələrin çıxardıqları səslərin hər birini qığıltı, nərilti, vokant və ya digər səslər kimi təsnif ediblər.

Araşdırma qrupu müəyyən edib ki, bütün körpələr qışqırıq, qığıltı və ya hər ikisinin birləşməsini nümayiş etdirir. Bu o deməkdir ki, bu  5 dəqiqə ərzində təsadüfi deyil, daha tez-tez baş verir. Buna görə də sadəcə təsadüfi səslər deyil, bəlkə də nitq üçün hazırlıqdır. Çığırtıların və qığıltılarn 40 faizi qruplarda baş verir. Səsyazmaların 61 faizində klasterlər ya cığıltılardan, ya da nəriltilərdən ibarət olub.

Körpələrin 87 faizində qışqırıq və ya gurultuya üstünlük vermə onların yaşları ilə əlaqələndirilir. Xüsusilə də ən azı 5 aylıq uşaqlarda qışqırıqlara daha çox rast gəlinir. Bunun səbəbi yüksək səsli cığırların səs tellərinin daha diqqətli idarə edilməsini tələb etməsi ola bilər. Lakin bu tapıntı daha çox araşdırma tələb edir, Yu tədqiqatçıların həmçinin körpələrin vokant səslərini qruplaşdırdığını, lakin təhlil zamanı onlara diqqət yetirmədiyini söyləyib.

“Təəccüblüdür ki, hətta ən kiçik körpələr də səs klasterləri yaratdılar”-deyə Yu bildirib. Bu, körpələrin təxminən 3-4 ayda dillə “oynamağa” başladığını göstərən əvvəlki araşdırmalarla ziddiyyət təşkil edir. Lakin bu nəticələri təsdiqləmək üçün daha çox araşdırmaya ehtiyac var.

Azpost.info

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:207
embedMənbə:https://azpost.info
archiveBu xəbər 26 Aprel 2025 20:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri